Tehran ətrafında nisbətən güclü zəlzələ baş verib, ölən və yaralananlar var08 May 2020, 09:17 (GMT +4) Bakı, 8 may, SalamNews, B.Samid. Ötən gecə Tehranın şərqində Dəmavənd bölgəsində 5.1 bal gücündə zəlzələ baş verib.
SalamNews Tasnim-ə istinadla xəbər verir ki, ötən gecə mərkəzi Dəmavənd bölgəsində və dərinliyi 7 km olan 5.1 bal gücündə zəlzələ baş verib.
İranın Təcili Tibi Yardım Təşkilatının sədri Pir-Hüseyn Kulivənd bildirib ki, zəlzələ nəticəsində insanların təşvişə düşməsi və qaçması zamanı xəsarət alanalar olub.
23 nəfərin xəsarət aldığı və bir yaşlı şəxsin yıxılaraq, həyatını itirdiyi bildirilib.
Qeyd edək ki, iki gün öncə İranın Lorestan əyalətində də 5.1 bal gücündə zəlzələ baş vermiş, əyalətdə yerləşən qədimi tikililər o cümlədən bir neçə tarixi abidə cüzi dağıntılara məruz qalmışdı.
|