AŞ Nazirlər Komitəsinə sədrlik Gürcüstandan Yunanıstana keçəcək08 May 2020, 17:47 (GMT +4) Bakı, 8 may, SalamNews. Avropa Şurası Nazirlər Komitəsinə sədrlik mayın 15-də Gürcüstandan Yunanıstana keçəcək.
SalamNews-un məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani açıqlayıb.
"Bildiyiniz kimi Gürcüstan mayın 15-dək Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Pandemiya sədrlik vəzifələrimizə ciddi təsir göstərdi. Müntəzəm iclasların dayandırılmasına baxmayaraq, sədrlik edən ölkə olaraq fəaliyyətimizi bərpa etdik. Təəssüf ki, planlaşdırılan kimi nazirlərin görüşünü keçirə bilmərik, amma iclas onlayn formatda mayın 15-də keçiriləcək", deyə D. Zalkaliani bildirib.
Noyabr ayında Yunanıstanın sədrliyi ilə Avropa Şurası Nazirlər Toplantısı keçiriləcək.
|