DMX-nın Çağrı Mərkəzinə apreldə 52 min 848 zəng daxil olub08 May 2020, 18:06 (GMT +4) Bakı, 8 may, SalamNews.Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 - Çağrı mərkəzinə aprel ayı ərzində 52 min 848 zəng daxil olub. Onlardan 49 min 136-sı Azərbaycan, 3228-si rus, 484-ü isə ingilis dilində cavablandırılıb.
DMX-nin ictimaiyyətlə əlaqələr idarəsindən SalamNews-a bildiriblər ki, qəbul edilən zənglərin 19 min 287-si müvəqqəti olma müddətinin uzadılması, 14 min 683-ü müvəqqəti yaşama icazəsi, 1741-i iş icazəsi, 1098-i daimi yaşama icazəsi, 840-ı inzibati xəta, 784-ü vətəndaşlıq məsələləri, 375-i olduğu yer üzrə qeydiyyat, 14 min 40-ı isə digər məsələlər ilə bağlı olub.
|