Ulu öndərin anadan olmasının 97-ci ildönümü münasibətilə yeni mahnı bəstələnib
11 May 2020, 14:14 (GMT +4)
Bakı, 11 may, SalamNews.Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Bakı Dövlət Universitetinin Mədəniyyət-Yaradıcılıq Mərkəzinin direktoru, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli yeni mahnı bəstələyib.
SalamNews BDU-ya istinadən xəbər verir ki, “Ulu Öndər” adlı mahnının sözləri Əziz Piriyevindir. Mahnını Aslan Əzimzadə ifa edir.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.