Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında Donor Sazişi imzalanıb

11 May 2020, 15:05 (GMT +4)

Bakı, 11 may, SalamNews. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun təşəbbüsü ilə cari ilin mayın 4-də keçirilmiş Hərəkatın COVID-19 virusu ilə mübarizəyə həsr olunmuş Zirvə görüşündə bu sahədə Qoşulmama Hərəkatının ən çox yardıma ehtiyacı olan üzv dövlətləri üçün Azərbaycan Hökuməti tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına ianənin ayrılmasını bəyan edib.

SalamNews-un məlumatına görə, bununla bağlı cari ilin mayın 11-də Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədəki baş qərargahında “Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında Donor Sazişi” imzalanıb.

Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov və ÜST-ün Baş direktoru Tedros Qebreyesus tərəfindən imzalanmış Donor Sazişi Azərbaycan tərəfindən ÜST-ün “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılmasını və bu vəsaitin Azərbaycanla razılaşdırmaqla ən çox köməyə ehtiyacı olan Afrika, Asiya və Latın Amerikasında yerləşən Qoşulmama Hərəkatının üzv dövlətləri üçün istifadə edilməsini nəzərdə tutur.

Sənədin imzalanma mərasimi zamanı ÜST-ün Baş direktoru Azərbaycan tərəfindən verilmiş bu qərarın çox təqdirəlayiq olduğunu vurğulayaraq, ölkəmizin səhiyyə sektoruna, xüsusilə hazırda COVID-19 virusuna qarşı beynəlxalq səviyyədə mübarizəyə yönəldiyi diqqət və qayğının yüksək qiymətləndirildiyini bildirib. Tedros Qebreyesus Azərbaycan tərəfindən COVID-19 virusu ilə mübarizə üçün ayrılmış könüllü maliyyə töhfəsinin qlobal həmrəyliyin nümunəvi nümayişi olduğunu diqqətə çatdıraraq, verilmiş qərara görə Azərbaycan Respublikası Prezidentinə ÜST adından dərin minnətdarlığını ifadə edib.

Daimi nümayəndə V.Sadıqov, öz növbəsində, Azərbaycanın ÜST ilə əməkdaşlığa yüksək önəm verdiyini vurğulayıb və ölkəsi tərəfindən Təşkilatın qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərinin yüksək qiymətləndirildiyini bildirərək, pandemiya ilə bağlı ÜST-ün tövsiyələrinin Azərbaycan tərəfindən tətbiq edildiyini nəzərə çatdırıb.

Qeyd edək ki, BMT-nin ixtisaslaşmış qurumu kimi qlobal miqyasda beynəlxalq sağlamlığa cavabdeh olan Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın səhiyyə sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq tərəfdaşıdır. Azərbaycanın ÜST ilə əməkdaşlığı Təşkilatın Cenevrədəki baş qərargahı və Kopenhagendəki ÜST-ün Avropa üzrə Regional Ofisi vasitəsilə həyata keçirilir. Eyni zamanda, ÜST-ün ölkəmizdə ofisi mövcuddur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BDYPİ: 1898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub

BDYPİ: Ötən gün karantin qaydalarını pozan 1403 nəfər məsuliyyətə cəlb edilib

BDYPİ: Sərt karantin günlərində 635 sürücü cərimə olunub

BDYPİ: Ötən gün karantini pozan 639 sürücü cərimələnib

BDYPİ: Karantinlə bağlı 11 318 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

BDYPİ: Karantin qaydalarını pozan 1243 nəfər cərimələnib

Yanvar-iyun aylarında Bakı şəhəri ərazisində 297 yol-nəqliyyat hadisəsi baş verib - BDYPİ

BDYPİ: Yol-nəqliyyat hadisələrinin 49 faizini piyadaların vurulması təşkil edib

Azərbaycanda bayram günlərində yol qəzalarında 10 nəfər ölüb - BDYPİ

BDYPİ avtobuslarla regionlara səyahət təşkil edən hüquqi və fiziki şəxslərə müraciət edib

Avqust ayında 203 minə yaxın yol hərəkəti qayda pozuntusu qeydə alınıb - BDYPİ

Yük avtomobilləri Bakıya buraxılmayacaq - BDYPİ

13 İyul 2020, 16:10 (GMT +4)
Gəncədə yanacaqdoldurma məntəqəsində partlayış baş verib

13 İyul 2020, 16:02 (GMT +4)
Prezident İlham Əliyev: Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq

13 İyul 2020, 15:45 (GMT +4)
Türkiyə Liviyada siyasi danışıqların başlaması üçün şərtləri açıqlayıb

13 İyul 2020, 15:41 (GMT +4)
Gədəbəydə əmisini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

13 İyul 2020, 15:24 (GMT +4)
ABŞ Şimali Koreyanın hərbi aktivliyini izləmək üçün Yaponiyaya kəşfiyyat təyyarəsi göndərib

13 İyul 2020, 15:12 (GMT +4)
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

13 İyul 2020, 15:00 (GMT +4)
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramının monitorinq və qiymətləndirilməsi aparılıb

13 İyul 2020, 14:56 (GMT +4)
Rusiya XİN: Ermənistan-Azərbaycan sərhədində eskalasiya yolverilməzdir

13 İyul 2020, 14:35 (GMT +4)
Dövlət Xidməti: Çoxlu sayda gənc döyüşə getmək üçün müraciət edib

13 İyul 2020, 14:31 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 13 mini ötüb

13 İyul 2020, 14:29 (GMT +4)
Rusiyada son sutkada 6,5 mindən çox insan koronavirusa yoluxub

13 İyul 2020, 14:14 (GMT +4)
Vaqif Dərgahlı: Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib

13 İyul 2020, 13:57 (GMT +4)
Braziliyada COVID-19-dan ölənlərin sayı 72 mini keçib

13 İyul 2020, 13:50 (GMT +4)
Prezident: Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq

13 İyul 2020, 13:40 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanı ərazisini ballistik raketlər və PUA-larla hədəfə aldıqlarını bildiriblər

13 İyul 2020, 13:27 (GMT +4)
Forbes "Amazon" rəhbərinin keçmiş həyat yoldaşını ABŞ-ın ən varlı qadını adlandırıb

13 İyul 2020, 13:10 (GMT +4)
Gömrük Akademiyasında yay imtahan sessiyası sona çatıb

13 İyul 2020, 12:55 (GMT +4)
Əfqanıstanın şimalında şiddətli partlayış törədilib, Onlarla ölən və yaralı var (VİDEO)

13 İyul 2020, 12:49 (GMT +4)
Putin Rusiyada koronavirusdan ölüm hallarının digər ölkələrə nisbətən daha az olduğunu açıqlayıb

13 İyul 2020, 12:40 (GMT +4)
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

13 İyul 2020, 12:23 (GMT +4)
Çində təxminən 38 milyon insan seldən zərər görüb

13 İyul 2020, 12:10 (GMT +4)
Yevlaxda karantin qaydalarını pozan idman zalı aşkarlanıb

13 İyul 2020, 11:50 (GMT +4)
Türkiyə XİN: Azərbaycanın yanındayıq

13 İyul 2020, 11:40 (GMT +4)
İran Azərbaycan və Ermənistan orduları arasında baş verən son qarşıdurmaya münasibət bildirib

13 İyul 2020, 11:40 (GMT +4)
Şəhid Vüqar Sadıqov Ağstafada torpağa tapşırılıb

13 İyul 2020, 11:31 (GMT +4)
Şəhid hərbi qulluqçu Elşad Məmmədov Tovuzda dəfn olunub

13 İyul 2020, 11:21 (GMT +4)
Azərbaycanda gəminin heyət üzvləri koronavirusa yoluxub

13 İyul 2020, 11:20 (GMT +4)
Suriyada Hmeymim bazasına hücumun qarşısı alınıb

13 İyul 2020, 11:20 (GMT +4)
Macarıstan Rusiya üçün sərhədləri açan ilk Aİ ölkəsidir

13 İyul 2020, 11:02 (GMT +4)
Azərbaycanda elektrik enerjisi istehsalı artıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66