Yəmənin cənubunda Səudiyyə və BƏƏ-nin dəstəklədiyi qüvvələr arasında döyüşlər başlayıb11 May 2020, 12:55 (GMT +4) Bakı, 11 may, SalamNews, B.Samid. Yəmənin Əbyən əyalətinin inzibati mərkəzi və sair rayonları qarşıdurmaların şahidi olub.
SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, ötən gecədən başlayaraq Yəmənin cənubunda Əbyən əyalətinin inzibati mərkəzi Zəncəbarda və bu şəhərin bir sıra rayonlarında döyüşlər baş qaldırıb.
Məlumata görə beynəlxalq ictimaiyyətin və Səudiyyə Ərəbistanın dəstəklədiyi Yəmən hökuməti qüvvələri şəhərdə və onun ətrafında olan separatçı meyilli “Cənubun Keçid Şurası” qüvvələrinə hücum ediblər.
Tərəflər qarşıdurmalarda artileriyadan da istifadə ediblər.
"Cənubun Keçid Şurası"nın BƏƏ-də olan rəhbərliyi hərbi hazırlıq barədə çağırış ediblər.
Qeyd edək ki, tərəflərin qüvvələri arasında bundan öncə Yəmənin Sokotra adasında da qarşıdurmalar baş verib.
Səudiyyə Ərəbistanın təzyiqləri ilə tərəflər bir neçə ay öncə ər-Riyad sazişini imzalayaraq, qarşıdurmaları dayandırmışdılar.
|