Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

NRYTN və "Cisco" arasında əməkdaşlığa dair video-konfrans keçirilib

13 May 2020, 10:15 (GMT +4)

Bakı, 13 may, SalamNews.Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRTYN) ilə “Cisco” şirkəti arasında birgə fəaliyyətin müzakirəsi və gələcək planların müəyyən edilməsi məqsədilə video-konfrans təşkil edilib.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, video-görüşdə Azərbaycan tərəfi ilə yanaşı, “Cisco”nun vitse-prezidenti Qay Diedriç, Rusiya və MDB üzrə vitse-prezidenti Jonathan Sparou və Azərbaycan üzrə regional direktoru Vladimir Orlov, Azərbaycan üçün “Rəqəmsallaşdırma proqramı”nın rəhbəri Ramil Eyyubov iştirak edirdilər.

Video-tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı və qlobal iqtisadi-ticari proseslərə ciddi təsir etdiyi bir dövrdə yüksək texnologiyalardan istifadənin prioritet olduğunu deyib. Nazir bu səbəbdən cənab Prezident və digər hökumət təşkilatları üçün video-konfrans keçirmək məqsədilə müvafiq infrastrukturun qurulması istiqamətində yaxından əməkdaşlığa və dəstəyə görə “Cisco” şirkətinin rəhbərliyinə təşəkkür edib. Bildirib ki, göstərdiyi dəstəyə görə şirkətin Azərbaycan üzrə regional direktoru Vladimir Orlova 21 aprel 2020-ci il tarixində Fəxri Fərman təqdim olunub.
“Ölkəmizdə yüksək texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığımızın daha da genişləndirilməsi vacibdir. Hazırda şirkətinizlə birlikdə 8 rəqəmsal prioritet üzərində işləyirik. Bu layihələrin həyata keçirilməsi ölkədə innovativ texnologiyaların inkişafında mühüm rol oynayır”, - deyə Ramin Quluzadə əlavə edib.

COVID-19 pandemiyası zamanı vacib vasitə olan video-konfranslar üçün “Connected Government” layihəsinin tətbiqindən danışan nazir bir sıra əhəmiyyətli görüşlərin “Cisco” şəbəkə texnologiyalarından və “Azcloud” platformasından istifadə edilərək təşkil edildiyini vurğulayıb. O, nazirliyin tabeliyində fəaliyyət göstərən “AzInTelecom”un özəl şirkətlər və dövlət orqanları üçün “Cisco” Görüş Serveri həlli mövzusunda “VCaaS” adı ilə tanınan videokonfrans xidmətinin tətbiqinə başladığını diqqətə çatdırıb. Həmçinin xidmətin gələcəkdə uğurla davam etdirilməsi üçün onun lisenziya müddətinin uzadılmasını nəzərdən keçirmək təklifi ilə çıxış edib.

R. Quluzadə əməkdaşlığın vacib elementləri və prioritetlərinə toxunaraq bağlantı, eləcə də dekriminallaşdırma, “ağıllı” kənd təsərrüfatı və kibertəhlükəsizlik məsələlərini səmərəli şəkildə həyata keçirmək üçün birlikdə fəal işləndiyini qeyd edərək deyib: “Ağıllı şəhər” layihəsinə gəldikdə isə, “Əlaqələndirilmiş Mərkəzi Avtobus Dayanacağı” pilot layihə konsepsiyası uğurla tamamlanıb. 2019-cu ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidentinə və Birinci vitse-prezidentinə təqdim edilib. Azərbaycanın rəqəmsallaşdırma prioritetlərini tam müəyyənləşdirmək və ölkə iqtisadiyyatının inkişafında innovativ texnologiyaların tətbiqini genişləndirmək vacibdir. Bu səbəbdən, nazirlik yaxın vaxtlarda Azərbaycanda start veriləcək “Ağıllı şəhər” layihəsi üzrə məsləhətləşmələr haqqında məlumat toplamaq üçün bir çox beynəlxalq şirkətlərlə Məlumat Sorğusu paylaşıb. Eyni zamanda, “Cisco” və “Kvantella” ilə ölkənin bütün “ağıllı” sistemlərini birləşdirmək üçün “Tək Ölkə Tablosu” konsepsiyasını müzakirə edirik. “Ağıllı şəhər” layihəsi çərçivəsində göstəriləcək məsləhət xidmətlərinin “Cisco” tərəfindən maliyyələşdirilməsinə baxılmasını təklif edirik”.

Nazir Ramin Quluzadə çıxışında tədris sahəsində əldə olunmuş uğurlu nəticələrdən də bəhs edib: “Nazirliyin İKT-nin Tətbiqi və Təlim Mərkəzi “Cisco” Şəbəkə Akademiyası Proqramı ilə sertifikatlaşdırılıb. Bu Tədris Mərkəzi, həmçinin “Cisco”nun Azərbaycandakı ofisi tərəfindən pulsuz təchiz edilmiş avadanlıqla “Cisco” Tədris Laboratoriyasını inşa edib. “Connected schools” layihəsinin icrası da müsbət istiqamətdə inkişaf etməkdədir”.

Vladimir Orlov şirkətin Azərbaycandakı fəaliyyətinə davamlı dəstəyinə görə nazir R. Quluzadəyə təşəkkür edərək bildirib ki, “COVID-19” pandemiyası dövründə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vətəndaşların təhlükəsizliyini qorumaq üçün atdığı addımları yüksək dəyərləndirirlər.

V. Orlov qeyd edib ki, yerli komandamız bu çətin dövrdə fəaliyyətin davamlılığını təmin etmək üçün “Cisco” həllərini tətbiq etməklə Azərbaycanın bəzi hökumət qurumlarına vaxtında və uğurlu dəstək verə bildi.

O, çıxışının sonunda innovasiya və rəqəmsallaşma sahəsində ölkəmizin əsas tərəfdaşı kimi çıxış etmələrindən məmnun olduqlarını deyib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

NRYTN "Bakı-2019"la bağlı gücləndirilmiş iş rejiminə keçib

NRYTN rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları keçirilib

NRYTN-in İnnovasiyalar Agentliyinin layihəsi “İlin İT hadisəsi” olub

NRYTN-da Ulu Öndərin anadan olmasının 96-cı ildönümü qeyd edilib

NRYTN nümayəndələri Moskvada “Rabitə” sərgisində iştirak edir

NRYTN və Caspian European Club biznes-forum keçirəcək

Almaniya nümayəndə heyəti ilə NRYTN-də görüş keçirilib

Məsafə qət etmədən evlərə və ofislərə yeni telefon xətti çəkdirmək olar - NRYTN

06 İyun 2020, 19:45 (GMT +4)
Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb

06 İyun 2020, 19:08 (GMT +4)
Deputat: Avropanın qarşısında duran bir sıra vəzifələr yeni bir yanaşma tələb edir

06 İyun 2020, 18:53 (GMT +4)
MOK: "Maklarenin hesabatı"nda Azərbaycanla bağlı iddialar əsassız və qərəzlidir

06 İyun 2020, 17:00 (GMT +4)
Mərkəzi Bank depozit hərracı keçirəcək

06 İyun 2020, 16:58 (GMT +4)
Tramp Almaniyadakı ABŞ qüvvələrindən 9500 hərbçinin çıxarılması göstərişini verib

06 İyun 2020, 16:50 (GMT +4)
DİM ali məktəblərə sənəd verənlərin sayını açıqlayıb

06 İyun 2020, 16:47 (GMT +4)
Karantin günlərində Bakı - FOTOLENT

06 İyun 2020, 16:35 (GMT +4)
Rusiya Qələbə Paradında NATO-nun mümkün təxribatını istisna etmir

06 İyun 2020, 16:20 (GMT +4)
İki rayonda qanunsuz qaz qoşulmaları aşkarlanıb

06 İyun 2020, 16:03 (GMT +4)
Suriyanın şimal-şərqində partlayış nəticəsində 8 mülki şəxs həlak olub

06 İyun 2020, 16:00 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxan analardan doğulan körpələrdə virus aşkarlanmayıb

06 İyun 2020, 15:58 (GMT +4)
Gürcüstanda daha 3 nəfər koronavirusa yoluxub

06 İyun 2020, 15:30 (GMT +4)
Xaçmazda həyətində çətənə becərən şəxs saxlanılıb

06 İyun 2020, 15:27 (GMT +4)
Versal sarayı karantin bitdikdən sonra açılıb

06 İyun 2020, 15:05 (GMT +4)
General Haftar ordusunun Liviyada geriləməsindən sonra Misirə gedib

06 İyun 2020, 15:00 (GMT +4)
DİN 7,3 ton narkotiki məhv edib

06 İyun 2020, 14:48 (GMT +4)
ABŞ diplomatik obyektləri Rusiyaya qaytarmaqdan imtina edib

06 İyun 2020, 14:32 (GMT +4)
"Dərs vaxtı"nın iyunun 8-nə olan cədvəli açıqlayıb

06 İyun 2020, 14:27 (GMT +4)
G20 ölkələri COVID-19 ilə mübarizə üçün 20 milyard dollardan çox vəsait ayıracaq

06 İyun 2020, 14:11 (GMT +4)
İranda son sutkada 75 nəfər koronavirusdan vəfat edib

06 İyun 2020, 14:03 (GMT +4)
Sabah Azərbaycanda 37 dərəcə isti gözlənilir

06 İyun 2020, 13:54 (GMT +4)
Azərbaycanda aparılan taxıl biçini ilə bağlı son statistika açıqlanıb

06 İyun 2020, 13:45 (GMT +4)
BANM Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfranslarını onlayn keçirir

06 İyun 2020, 13:45 (GMT +4)
Braziliya ÜST-ü tərk etməyə hazırdır

06 İyun 2020, 13:29 (GMT +4)
Liviyaya silah idxalının qadağası müddəti daha bir il artırılıb

06 İyun 2020, 13:28 (GMT +4)
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

06 İyun 2020, 13:26 (GMT +4)
Trüdo ABŞ-dakı etirazçılarla həmrəylik üçün diz çöküb

06 İyun 2020, 13:10 (GMT +4)
Azərbaycanda 6 871 müəllim iş yerini dəyişmək istəyir

06 İyun 2020, 12:51 (GMT +4)
Rusiyada son sutkada 8 mindən çox insan COVID-19-a yoluxub 

06 İyun 2020, 12:41 (GMT +4)
ABŞ İrana qarşı silah enbarqosnu uzadan qanun layihəsini böyük dövlətlərə təqdim edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66