Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Rektor: Koronavirusun varlığını inkar edənlər daha təhlükəlidir

13 May 2020, 13:20 (GMT +4)

Bakı, 13 may, SalamNews.“Hər zaman pandemiya onu yaşayan cəmiyyət və hər bir üzvü üçün stressdir. Belə gərgin durum istər-istəməz insanların psixologiyasına təsir edir”.

SalamNews xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin rektoru, professor, psixiat Gəray Gəraybəyli deyib.

Onun sözlərinə görə, insanların psixoloji durumu tam fərqli olduğuna görə, onların bu cür situasiyalara reaksiyası da müxtəlif olur: “Belə dövrlərdə insanlar əsasən iki psixoloji qrupa bölünür: virusdan qorxanlar və onun varlığını inkar edənlər. Həddindən artıq həssas, tez həyəcanlanmağa meylli insanlar qorxuya düşürlər. Həkim kimi deyə bilərəm ki, bu qrupa aid insanlarda belə dövrdə həddən artıq narahatlıq yaranır, həyəcanlanmaları kəskinləşir. Bu hal xüsusilə də müxtəlif xəstəliklərdən qorxan insanlarda müşahidə edilir. Digər psixoloji qrupa aid insanlar isə pandemiyaya əks reaksiya verənlərdir. Yəni, onlar düşünürlər ki, belə bir virus yoxdur, bunların hamısı boş söhbətlərdir, bu, adi soyuqdəymədir. Sanki həmin insanlar reallığı inkar edir. Bütün dünya bu barədə danışsa da, yalnız onlar reallığı qəbul etmirlər. İstər birinci, istərsə də ikinci psixoloji hal insanın davranışına təsir edir".

Rektor qeyd edib ki, virusun, xəstəliyin varlığını inkar edənlər bu gün üçün daha təhlükəlidir: "Çünki həddindən artıq qorxan adam ancaq özünə əzab verir, ancaq özü bundan əziyyət çəkir, özünü qorusa da, stress keçirir, bu, onda yuxu pozuntusu, iştahsızlıq kimi hallara gətirib çıxarır. Bu vəziyyət artıq çoxaldıqda ailə üzvləri onu psixiatr müayinəsinə aparır. İkinci qrupa aid olanlar isə xəstəliyə inanmadıqları üçün təhlükəsizlik qaydalarına da riayət etmirlər - sosial məsafəni qorumur, maska taxmırlar və digər tövsüyələrə riayət etmirlər. Nəticədə yalnız özləri üçün yox, həm də yaxınları, ailə üzvləri, ətrafdakıların hamısına risk yaratmış olurlar. Təəssüf ki, istər ölkə rəhbərliyi, istər səhiyyə orqanlarının dəfələrlə müraciətinə baxmayaraq, insanlar hələ də buna yüngül bir hal kimi yanaşırlar. Əslində, indi koronavirus hər kəsin psixologiyasında dominantlıq təşkil edir".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Putin Rusiyada koronavirusla bağlı vəziyyətin yaxşılaşdığını açıqlayıb

Azərbaycanda daha 262 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

İranda bir günə 3,574 nəfərin koronavirusa yoluxması qeydə alınıb

Yəmənin sabiq səhiyyə naziri koronavirusdan ölüb

Paşinyan Ermənistanda koronavirusla bağlı vəziyyətin pisləşdiyini açıqlayıb

Türkiyədə koronavirusdan sağalmış xəstələrin sayı 130 mini keçib

İran prezidenti koronavirusla bağlı sabiq məhdudiyyətin yenidən tətbiq ediləcəyi xəbərdarlığını verib

Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib

Paşinyan Ermənistanda koronavirusla bağlı vəziyyəti fəlakət adlandırıb

Fələstində koronavirusa görə fövqəladə vəziyyət daha bir ay uzadılıb

Putin koronavirus peyvəndinə dair sammitdə iştirak etməyəcək

İranda koronavirusdan ölənlərin sayı səkkiz mini keçib

Moskvada koronavirusdan sağalanların sayı 90 min nəfəri keçib

AP: Çin koronavirusla bağlı ÜST-ə məlumat verməyi qəsdən gecikdirib  

Husilərin dəstəklədiyi Yəmən hökumətinin tanınmış rəsmisi koronavirusdan vəfat edib

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 6,1 milyonu keçib

Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 90 minə çatıb

İranda gündəlik koronavirusa yoluxma sayı rekord həddə çatıb

Rusiyada son sutka ərzində 8 863 nəfərdə koronavirus aşkar edilib

Nazirlər Kabineti koronavirusa görə vəsait ayırıb

04 İyun 2020, 18:00 (GMT +4)
TƏBİB: Xəbər saytlarının əməkdaşları ev şəraitində fəaliyyət göstərməlidir

04 İyun 2020, 17:46 (GMT +4)
BMT ABŞ-ı irqçilikdə ittiham edib 

04 İyun 2020, 17:35 (GMT +4)
İyunda Azərbaycanın bütün hava limanları sərnişin reysləri üçün bağlı olacaq

04 İyun 2020, 17:26 (GMT +4)
Putin Rusiyada koronavirusla bağlı vəziyyətin yaxşılaşdığını açıqlayıb

04 İyun 2020, 17:21 (GMT +4)
Turizm istiqaməti üzrə düzgün peşə seçimi və iş imkanları müzakirə olunacaq

04 İyun 2020, 17:13 (GMT +4)
Azərbaycanda daha 262 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

04 İyun 2020, 17:10 (GMT +4)
Sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolu yenidən qurulur

04 İyun 2020, 17:08 (GMT +4)
Rusiya mətbuatı azərbaycanlı «qanuni oğru» barədə dezinformasiya yayıb

04 İyun 2020, 16:59 (GMT +4)
Türkiyə İran və İraq sərhədlərində iki keçidi beynəlxalq nəqliyyat üçün açıq elan edib

04 İyun 2020, 16:53 (GMT +4)
Braziliyada son sutka ərzində 1,3 mindən çox insan COVID-19-dan ölüb

04 İyun 2020, 16:34 (GMT +4)
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılır

04 İyun 2020, 16:30 (GMT +4)
Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərini təltif edib

04 İyun 2020, 16:21 (GMT +4)
Onlayn imtahanların keçirilməsi üçün proqram hazırlanıb

04 İyun 2020, 16:06 (GMT +4)
Dünyada son sutka ərzində 93 mindən çox insan COVID-19-a yoluxub

04 İyun 2020, 15:58 (GMT +4)
«Liviya Milli Razılıq Hökuməti» Tripolinin bütün inzibati ərazilərini geri aldığını bildirib

04 İyun 2020, 15:53 (GMT +4)
Dövlət maliyyə dəstəyi üçün 141 mindən çox vergiödəyicisi müraciət edib

04 İyun 2020, 15:43 (GMT +4)
“Nəqliyyat Könüllüləri” proqramı yekunlaşdırılıb

04 İyun 2020, 15:40 (GMT +4)
Füzuli Dövlət Dram Teatrının aktyoru vəfat edib

04 İyun 2020, 15:37 (GMT +4)
Tramp Si Tzinpinə qarşı sanksiya tətbiq etmə ehtimalını hələ nəzərdən keçirməyib

04 İyun 2020, 15:10 (GMT +4)
Ağcabədidə yol tikintisinə 5 milyon manat ayrılıb

04 İyun 2020, 15:05 (GMT +4)
ABŞ etirazlarında saxlanılan və həbs edilənlərin sayı 10 mini keçib

04 İyun 2020, 15:03 (GMT +4)
"Kapital Bank" "Sberbank" ilə əməkdaşlığını davam etdirir

04 İyun 2020, 14:51 (GMT +4)
Həftəsonu market və apteklər işləməyəcək

04 İyun 2020, 14:43 (GMT +4)
Kim Çen Inın bacısı Seulu hərbi anlaşmanın pozulması ilə hədələyib

04 İyun 2020, 14:30 (GMT +4)
Vətəndaşlar vacib halda evdən çıxarkən 102-yə zəng vurmalıdır

04 İyun 2020, 14:23 (GMT +4)
Yaxınlarının dəfninə qatılmaq istəyənlər DİN-dən icazə alacaqlar

04 İyun 2020, 14:18 (GMT +4)
Həftəsonu Bakıda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti qadağan edilib

04 İyun 2020, 14:14 (GMT +4)
İranda bir günə 3,574 nəfərin koronavirusa yoluxması qeydə alınıb

04 İyun 2020, 14:13 (GMT +4)
Nazirlər Kabineti həftəsonu məhdudiyyətlərin siyahısını açıqlayıb

04 İyun 2020, 14:03 (GMT +4)
Lukaşenko ölkəyə yeni baş nazir təyin edib 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66