Xaçmazda taxta emalı sexində yanğın olub14 May 2020, 15:03 (GMT +4) Bakı, 14 may, SalamNews.Xaçmaz rayonunun Ağtala kəndində ümumi sahəsi 2000 m² olan taxta emalı sexinin ərazisində yeşiklər və taxta tullantıları 75 m² sahədə yanıb.
Fövqəladə Hallah Nazirliyindən SalamNews-a verilən məlumata görə, sex yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
|