Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Gənclər Fondu gənclər təşkilatları ilə növbəti onlayn görüş keçirib

14 May 2020, 13:28 (GMT +4)

Bakı, 14 may, SalamNews.Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə gənclər təşkilatları ilə onlayn məsləhətləşmələr baş tutub. Görüşün məqsədi pandemiya dövründə gənclər təşkilatlarının fəaliyyətinin stimullaşdırılması, 14-cü qrant müsabiqəsinə təqdim olunan layihələrin qiymətləndirmə və icra mexanizmlərinin müzakirə edilməsi olub. Görüşdə 100-ə yaxın gənclər təşkilatının səlahiyyətli nümayəndəsi iştirak edib.

İştirakçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstək olmaq məqsədilə gənclər təşkilatlarının da öz fəaliyyətlərini genişləndirməli və şaxələndirməli olduqlarını bildirib. Gənclər təşkilatlarına Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini, koronavirusla mübarizə tədbirləri ilə bağlı maarifləndirici materialların gənclər arasında geniş yayılmasına dəstək olmaları tövsiyə olundu. Qeyd edilib ki, xüsusi karantin rejimi ilə bağlı kütləvi tədbirlərin təxirə salınmasını nəzərə alaraq, bu cür görüşlərin videobağlantı formatında davam etdirilməsi gənclərlə iş sahəsində fəaliyyətin fasiləsizliyinin təmin olunmasına şərait yaradır.

Fondun nümayəndələri gənclər təşkilatlarının təmsilçilərinin çoxsaylı sualları cavablandırıb, təklifləri dinləyib. Daha sonra görüş gənclər təşkilatlarının layihə müraciətlərinin pandemiya dövrünün tələblərinə uyğun olaraq yenidən baxılması, layihələrin adaptasiyası və sair mövzular ətrafında müzakirələrlə davam etdirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib

Gənclər Fondu yeni maarifləndirmə kampaniyasına start verib

Azərbaycan Gənclər Fondu gənclərə müraciət edib

Gənclər Fondu növbəti maraqlı layihəyə start verib

Gənclər Fondu Prezidentin təşəbbüsünə qoşulub

Gənclər Fondu xaricdə təhsil alan tələbələrlə bağlı məlumat yayıb

Gənclər Fondunun qrant müsabiqəsi elan edilib

Azərbaycan Gənclər Fondu Türkiyə Gənclər Fondu ilə əməkdaşlıq edəcək

KOBİA Gənclər Fondu və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi ilə əməkdaşlıq edəcək

Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Gənclər Fonduna 4 milyon manat ayrılıb

Gənclər Fondu “GəncLİK” proqramının üçüncü seçim mərhələsinin nəticələrini açıqlayıb

Gənclər Fondu müsabiqənin nəticələrini açıqlayıb

Gənclər Fondu 13-cü qrant müsabiqəsini elan edib

Gənclər Fondu 12-ci qrant müsabiqəsinin nəticələrini elan edib

SalamNews Gənclər Fondu tərəfindən təltif edilib

Gənclər Fondu KOBİA ilə birgə forum keçirib (FOTOLAR)

Gənclər Fondu yazı müsabiqəsinin nəticələrini elan edib

Gənclər Fondu növbəti müsabiqə elan edib

Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

03 İyun 2020, 12:22 (GMT +4)
Tripolidə hava limanı uğrunda döyüşlər yenidən baş qaldırıb (VİDEO)

03 İyun 2020, 12:20 (GMT +4)
AP: Çin koronavirusla bağlı ÜST-ə məlumat verməyi qəsdən gecikdirib  

03 İyun 2020, 12:15 (GMT +4)
DİM: Ali məktəblərə ərizə qəbulu iyulun 10-dək uzadılıb

03 İyun 2020, 12:08 (GMT +4)
Baş Prokurorluq: Daha bir tikinti şirkətinin təsisçiləri barədə cinayət işi başlanıb

03 İyun 2020, 11:56 (GMT +4)
Senatda Trampı pisləyən qətnamə blok edilib

03 İyun 2020, 11:43 (GMT +4)
DİM buraxılış imtahanında iştirak edənlərə müraciət edib

03 İyun 2020, 11:33 (GMT +4)
ABŞ-ın xristian dini liderləri Trampın kilsə qarşısından bəyanat verməsini tənqid ediblər

03 İyun 2020, 11:30 (GMT +4)
Bakı küçələrində yenidənqurma işləri aparılır

03 İyun 2020, 11:17 (GMT +4)
Corc Floyd gələn həftə Hyustonda dəfn ediləcək

03 İyun 2020, 11:15 (GMT +4)
Müəllimlərin yay məzuniyyəti əvvəlki illərdə olduğu müddətdən başlayacaq

03 İyun 2020, 11:13 (GMT +4)
Gömrük Hospitalının həkimi canlı yayımda çıxış edəcək

03 İyun 2020, 11:01 (GMT +4)
Ali Hərbi Məktəbdə dövlət imtahanları başlayıb (FOTOLAR)

03 İyun 2020, 10:49 (GMT +4)
Pentaqon etiraz aksiyalarına görə Vaşinqton ərazisinə 1,6 min hərbçi göndərib

03 İyun 2020, 10:42 (GMT +4)
Husilərin dəstəklədiyi Yəmən hökumətinin tanınmış rəsmisi koronavirusdan vəfat edib

03 İyun 2020, 10:40 (GMT +4)
Penitensiar Xidmət polis əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat keçirib

03 İyun 2020, 10:22 (GMT +4)
Baş Prokurorluq 35 yaşlı kişinin intihara cəhd etməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib

03 İyun 2020, 10:13 (GMT +4)
Komendant saatına baxmayaraq Nyu Yorkda etiraz aksiyaları davam edir

03 İyun 2020, 10:00 (GMT +4)
Paytaxtda ekspres xətlərlə daşınan sərnişinlərin sayı açıqlanıb

03 İyun 2020, 09:51 (GMT +4)
Əfqanıstan paytaxtında məsciddə partlayış törədilib, məscidin imamı həyatini itirib (FOTO)

03 İyun 2020, 09:48 (GMT +4)
Bakıda ekspres marşrut xətləri üzrə sərnişindaşımalar dayandırılır

03 İyun 2020, 09:37 (GMT +4)
ABŞ-da etiraz aksiyaları zamanı azı 11 nəfər ölüb

03 İyun 2020, 09:30 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

03 İyun 2020, 09:18 (GMT +4)
ABŞ-da etiraz aksiyaları 250 şəhərə və 23 xarici ölkəyə sirayət edib (VİDEO)

03 İyun 2020, 09:15 (GMT +4)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 6,1 milyonu keçib

03 İyun 2020, 09:15 (GMT +4)
Prezident İlham Əliyev vergi güzəştləri ilə bağlı qərarı təsdiqləyib

03 İyun 2020, 07:32 (GMT +4)
İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatından 31 il keçir

02 İyun 2020, 18:00 (GMT +4)
İqtisadiyyat Nazirliyi bir sıra iaşə müəssisələrində pozuntu aşkar edib

02 İyun 2020, 17:58 (GMT +4)
Ukraynada DİN rəhbərinin istefası tələb edilir

02 İyun 2020, 17:46 (GMT +4)
Dövlət qulluğu ilə bağlı ümumi müsahibə elan edilib

02 İyun 2020, 17:32 (GMT +4)
İŞİD ilə əməkdaşlıq edən Dağıstan sakini üç il müddətinə həbs edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66