Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Nazir Xaçmaz və Qubada əkin sahələri və meyvə bağlarına baxış keçirib

14 May 2020, 17:01 (GMT +4)

Bakı, 14 may, SalamNews. Kənd Təsərrüfatı naziri İnam Kərimov Xaçmaz rayonunda intensiv meyvə bağına baxış keçirib. Bildirilib ki, 24 hektarlıq sahədə yeni intensiv bağ salınıb. Bununla da albalı, armud, şaftalı, gilas meyvələrinin əkildiyi müasir tipli bağın sahəsi 76 hektara çatdırılıb. Damcı üsulu ilə suvarılan bu bağlarda işlər tam mexanikləşdirilib. Plastik borulara vurulan su avtomatik olaraq ağaclara verilir. Bu isə öz növbəsində həm vaxt itkisini, həm də su məsrəfinin qarşısını alır.

Daha sonra nazir İnam Kərimov Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Qusarçay təcrübə stansiyasına baş çəkib. 161 hektarlıq nümunəvi təsərrüfatda yüksək məhsuldarlığa və keyfiyyət göstəricilərinə malik, abiotik amillərin mənfi təsirinə, xəstəlik və zərərvericilərə davamlı tərəvəz məhsulları yetişdirilir.

Nazir İnam Kərimov Xaçmaz sort sınaq məntəqəsinin tikinti işlərinin gedişi ilə maraqlanıb, 2500 ton tutumu olan soyuducu anbara baxış keçirib. Azərbaycanda ilk dəfə Qubada müasir texnologiyaların tətbiqi ilə yaradılan “Ağıllı bağ” layihəsi çərçivəsində görülən işlərlə tanış olub. Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun “Ağıllı bağ” layihəsi çərçivəsində salınan meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılıb və kompüter idarəetməsi tətbiq olunub. Qarışıq meyvə bağında alma, armud, heyva, şaftalı və gilas olmaqla müxtəlif növ meyvə ağacları becərilir. Ən böyük yeniliklərdən biri də odur ki, su mənbəyi üçün qazılan subartezian quyusu Günəş panellərindən alınmış elektrik enerjisi ilə çalışır. “Ağıllı bağ”da günəş, dolu və şaxtaya qarşı örtük sistemi də yaradılıb. “Ağıllı bağ”da mərkəzi xəbərdarlıq sistemi də qurulub. Bu sistem vasitəsilə meyvə bağlarında bitkilərin inkişafı prosesinə nəzarət olunur. Meyvə ağaclarının suya, gübrəyə olan tələbatı, həmçinin zərərverici və xəstəlikləri barədə məlumatlar mərkəzi sistemə ötürülür. Bundan başqa, sistemdə meyvələrin ölçülərinin böyüməsi dinamikası da mütəmadi öz əksini tapacaq.

Daha sonra Kənd Təsərrüfatı naziri İnam Kərimov Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna, “Fermer evi”nə, II Nügədi kəndinin ərazisində yerləşən intensiv bağa baxış keçirib, fermerlərlə fikir mübadiləsi aparıb. Fermerlər bildiriblər ki, dövlətin aqrar sahənin inkişafına verdiyi dəstək insanların kənd təsərrüfatına marağını daha da artırıb.

Kənd Təsərrüfatı naziri jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib: “Koronavirus pandemiyasının kənd təsərrüfatına təsirinin minimuma endirilməsi üçün dövlət başçısının tapşırığı əsasında müvafiq tədbirlər görülür. Ölkədə pandemiyaya qarşı mübarizə tədbirləri davam edir. Koronavirusun yayılmasına qarşı görülən tədbirlərin kənd təsərrüfatına, fermerlərin fəaliyyətinə, vətəndaşların kənd təsərrüfatı məhsulları ilə təminatına mənfi təsir göstərməməsi üçün bütün zəruri addımlar atılıb. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə ciddi əməl edilməklə bölgələrdə aqrar sektorda fəaliyyət davam etdirilir. Eyni zamanda, həm rayonlararası, həm də şəhərlərarası ərzaq məhsullarının daşınmasında heç bir problem yoxdur. Biz bu gün Xaçmaz və Quba rayonlarında təsərrüfatlara, kənd təsərrüfatı infrastrukturuna baxış keçirdik. Bildiyiniz kimi, Quba-Xaçmaz iqtisadi rayonu tərəvəz və meyvə istehsalı üzrə ixtisaslaşıb və kənd təsərrüfatı məhsullarının ixracında bu rayonların payı böyükdür. Xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının ixracında heç bir problem yoxdur”.

Nazir qeyd edib ki, bu il sahələrdə məhsulun bol olması fermerlərə öz məhsulunu həm daxili bazarlara çıxarmağa, həm də xarici ölkələrə ixrac etməyə imkan verir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Xaçmaz KOB evində ötən il sahibkarlara 21 minə yaxın xidmət göstərilib

Xaçmazda qanunsuz balıq ovlayan şəxs postda saxlanılıb

Xaçmazda karantin rejimini pozan çayxana aşkar edilib

Xaçmazda qanunsuz fəaliyyət göstərən tədris mərkəzi aşkarlanıb

Xaçmazda ağır yol qəzası baş verib

Xaçmazda yanğınla nəticələnən partlayış olub, xəsarət alan var

Xaçmazda evlərdən oğurluq edən şəxs tutulub

Xaçmazda COVID-19 xəstəsi saxlanılıb

Xaçmazda avtomobil yanıb

Xaçmazda polis əməliyyat keçirib

Xaçmazda kürəkən qayınana və qayınatasını güllələyərək öldürüb

Heydər Əliyev Fondu tərəfindən Xaçmazda təmir edilmiş məktəbin açılışı olub 

“Azəriqaz” Salyan və Xaçmazda sosial aksiyalara start verib

Xaçmazda “Fedya” ləqəbli narkotacir tutulub

Xaçmaz KOB evində on mininci xidmət göstərilib

Xaçmaz polisi bir yük avtomobili həcmində narkotik aşkarlayıb

Xaçmazda narkotik becərən şəxslər saxlanılıb

Xaçmazda karantin qaydalarına riayət edilməsi ilə bağlı reyd keçirilib

Xaçmazda toy edən bəy və qonaqları saxlanılıb

Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib

25 Yanvar 2021, 22:18 (GMT +4)
FHN: Dağıntılar altından xilas edilənlərin sayı 6-ya çatıb 

25 Yanvar 2021, 19:19 (GMT +4)
Xırdalanda partlayış olub, dağıntılar altından 2 nəfər çıxarılıb

25 Yanvar 2021, 18:00 (GMT +4)
Bakıda evlərdən oğurluq edən şəxslər tutulub

25 Yanvar 2021, 17:50 (GMT +4)
Ötən il İraq həbsxanalarından və uşaq evlərindən qayıtmış 194 uşaq-dan 83-ü dövlət qeydiyyatına alınıb

25 Yanvar 2021, 17:47 (GMT +4)
Putin yetkinlik yaşına çatmayanların icazəsiz aksiyalara cəlb edilməsinə münasibət bildirib

25 Yanvar 2021, 17:45 (GMT +4)
Şəhid ailəsi üzvlərinin bir hissəsi azadlığa buraxılıb

25 Yanvar 2021, 17:39 (GMT +4)
"Azercell"in LTE şəbəkəsinin əhatə dairəsi 85%-i ötüb

25 Yanvar 2021, 17:32 (GMT +4)
Baş Prokurorluqda başlanmış 62 cinayət işi üzrə 21 şəxs barəsində axtarış elan edilib

25 Yanvar 2021, 17:23 (GMT +4)
XİN Ceyhun Bayramov və Cavad Zərifin görüşünə dair məlumat yayıb

25 Yanvar 2021, 17:17 (GMT +4)
Əfqanıstanda İtaliya səfirliyinin avtomobili partladılıb, yaralananlar var

25 Yanvar 2021, 17:17 (GMT +4)
MN Füzuli rayonunun Kürdlər kəndindən videogörüntülər hazırlayıb

25 Yanvar 2021, 17:11 (GMT +4)
Putin Gəlincikdəki "saray" ilə bağlı aparılan araşdırmanı şərh edib

25 Yanvar 2021, 17:06 (GMT +4)
Ağstafa sakinindən narkotik vasitə götürülüb

25 Yanvar 2021, 17:00 (GMT +4)
Bakıda avtomobil piyadanı vuraraq öldürüb

25 Yanvar 2021, 16:53 (GMT +4)
NRYTN-in Apellyasiya Şurasının növbəti iclası keçirilib

25 Yanvar 2021, 16:42 (GMT +4)
Putin Rusiyada epidemioloji vəziyyətin sabitləşdiyini açıqlayıb

25 Yanvar 2021, 16:42 (GMT +4)
Şəmkir sakinlərindən silah aşkarlanıb

25 Yanvar 2021, 16:31 (GMT +4)
Ötən il 2 072 məhkum cəzadan şərti azad edilib

25 Yanvar 2021, 16:21 (GMT +4)
Azərbaycan XİN rusiyalı deputatın adını «qara siyahı»ya salıb

25 Yanvar 2021, 16:15 (GMT +4)
Bağdad partlayışından sonra onlarla İŞİD üzvü barədə edam hökmü çıxarılıb

25 Yanvar 2021, 16:14 (GMT +4)
Çavuşoğlu: Dəniz quldurları tərəfindən öldürülən azərbaycanlının nəşi Qabona gətirilib

25 Yanvar 2021, 16:05 (GMT +4)
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

25 Yanvar 2021, 15:58 (GMT +4)
İngiltərə ölkəyə gələnlər üçün karantini sərtləşdirməyi planlaşdırır

25 Yanvar 2021, 15:53 (GMT +4)
Azərbaycan Qarabağda vuruşan 17 muzdlu döyüşçü barəsində axtarış elan edib

25 Yanvar 2021, 15:40 (GMT +4)
Qəbələdə evi tərk edən koronavirus xəstəsi saxlanılıb

25 Yanvar 2021, 15:30 (GMT +4)
Ötən il ali dövlət mükafatları ilə təltif edilən prokurorluq işçilərinin sayı açıqlanıb

25 Yanvar 2021, 15:20 (GMT +4)
Avstriya sakinləri maska yerinə respirator taxmağa məcbur edilir

25 Yanvar 2021, 15:20 (GMT +4)
Milli Depozit Mərkəzi yeni strateji planını açıqlayıb

25 Yanvar 2021, 15:10 (GMT +4)
Astarada narkotik alverçisi tutulub 

25 Yanvar 2021, 15:00 (GMT +4)
Bağdadda 32 nəfərin ölümünə səbəb olan kamikadzelərin kimliyi müəyyənləşib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66