ABŞ-ın Nevada ştatının qərbində 6.4 bal gücündə zəlzələ baş verib15 May 2020, 16:55 (GMT +4) Bakı, 15 may, SalamNews. ABŞ-ın Nevada ştatının qərbində 6.4 bal gücündə zəlzələ baş verib.
SalamNews RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələ UTC vaxtı ilə 11.03-də (Moskva vaxtı ilə 14.03) qeydə alınıb. Zəlzələnin episentri Nevada ştatının Tonop şəhərindən 57 kilometr şimal-qərbdə yerləşib.
Yeraltı təkanlar 7.6 kilometr dərinlikdə qeydə alınıb.
Mümkün tələfatlar və dağıntılar barədə məlumat verilmir.
|