KTMT baş katibi NATO ilə hərbi münaqişə təhlükəsinin olmadığını bildirib15 May 2020, 17:14 (GMT +4) Bakı, 15 may, SalamNews. Əsas beynəlxalq problemlərin həllində fərqli yanaşmalara baxmayaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (NATO) ilə NATO arasında hərbi qarşıdurma təhlükəsi yoxdur.
SalamNews xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində KTMT baş katibi Stanislav Zas açıqlama verib.
"NATO ilə hərbi qarşıdurma təhlükəsi yoxdur. Biz ümid edirik ki, siyasi elita və NATO dövlətlərinin cəmiyyəti də bizim kimi belə bir qarşıdurmanın qlobal fəlakətinin mahiyyətini dərk edər", Zas bildirib.
|