Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

"Sərhəddə ticarət" indikatoru üzrə işçi qrupun görüşü keçirilib

16 May 2020, 14:13 (GMT +4)

Bakı, 16 may, SalamNews. Dövlət Gömrük Komitəsində Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının "Sərhəddə ticarət" indikatoru üzrə işçi qrupunun onlayn iclası keçirilib.

İclasda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Komitənin aidiyyəti qurumlarının rəhbərləri, İqtisadiyyat, Ədliyyə nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, Qida Təhlükəsizliyi, Kiçik və Orta Biznesin İnkişafı agentlikləri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, "Ekvita", "BM Morrison Partners" və "Ernst & Young Azerbaijan" şirkətlərinin nümayəndələri iştirak edib.

Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi, iqtisadi və sosial islahatlar dönməz xarakter almaqla, cəmiyyətin bütün fəaliyyət sahələrini əhatə edib, ölkəni yeni inkişaf mərhələsinə çıxarıb.

Qeyd olunub ki, makroiqtisadi sabitliyin əldə olunması istiqamətində atılan qətiyyətli addımlar, dövlət başçısının rəhbərliyi və bilavasitə nəzarəti ilə həyata keçirilən qabaqlayıcı tədbirlər COVID-19 pandemiyasının milli iqtisadiyyata təsirlərinin azaldılmasında, infeksiyanın kütləvi şəkildə yayılmasının qarşısının alınmasında mühüm rol oynayıb. İlk növbədə insanların sağlamlığının qorunmasına, əhalinin sosial müdafiəsinin təmin edilməsinə, iqtisadiyyata dəyən zərərin minimuma endirilməsinə hesablanan bu siyasət beynəlxalq müstəvidə də təqdir olunur.

Sonra "Sərhəddə ticarət" indikatoru üzrə görülən işlər və gələcəkdə atılacaq addımlar barədə müzakirələr aparılıb və diqqətə çatdırılıb ki, ölkəmizdə son illər həyata keçirilən islahatlar beynəlxalq ticarətin asanlaşdırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsinə münbit şərait yaradıb və ölkəmizin bu istiqamətdə beynəlxalq reytinq cədvəllərində mövqeyini möhkəmləndirib.

İclasda işçi qrupun 2020-ci ilin birinci rübündəki fəaliyyət planına uyğun olaraq görülən işlər, koronavirus pandemiyasının iqtisadiyyata və xarici iqtisadi fəaliyyətə göstərə biləcəyi təsirlərin qarşısının alınması ilə bağlı həyata keçiriləcək qabaqlayıcı tədbirlər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 165 nömrəli Qərarı ilə təsdiq edilmiş "Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı" qaydaları müzakirə edilib. Eyni zamanda, "Sərhəddə ticarət" indikatoru üzrə vaxt və xərclərə dair məsələlər barədə fikir mübadiləsi aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan ötən ay 1,4 milyard dollarlıq ticarət əməliyyatları aparıb

Tramp ABŞ və Çin arasındakı ticarət müqaviləsinə xitam verilmədiyini açıqlayıb

AQTA qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrlə bağlı tövsiyələr verib

İqtisadiyyat Nazirliyi iri ticarət mərkəzlərinin rəhbərləri ilə müzakirələr aparıb

Azərbaycan 161 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıb

"Azexport" Beynəlxalq Ticarət Mərkəzi ilə təlimlərə başlayır

Cəlilabadda narkotik ticarəti ilə məşğul olan qohumlar saxlanılıb

Azərbaycanda iri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti bərpa olunur

Ötən ay Azərbaycan 2,8 milyard dollarlıq ticarət əməliyyatları aparıb

DGK: Ermənistanla ölkəmiz arasında hər hansı ticarət əlaqəsindən söhbət gedə bilməz

"Xarici ticarətin aparılması" indikatoru üzrə onlayn iclas keçirilib

Ticarət obyektləri, bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti bərpa olunub

Ticarət obyektləri, bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti bərpa olunur

Suriyada koronavirusa görə bağlanan ticarət mərkəzləri və bazarlar yenidən açılıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 16% artıb

Postpandemiya dövründə Rəqəmsal Ticarət Qovşağının önəmi daha da artacaq

AQTA: Qida məhsullarının xarici ticarət dövriyyəsində məhdudiyyət tətbiq olunmayıb

Bakıda ticarət mərkəzləri və bazarlar dezinfeksiya edilir (FOTOLAR)

Operativ Qərargah vətəndaşları elektron ticarətdən istifadəyə çağırıb

“Sədərək” və “Binə”  ticarət mərkəzləri fəaliyyətini dayandırır

13 İyul 2020, 09:54 (GMT +4)
Ombudsman Aparatı ermənilərin sərhəddəki təxribatı ilə bağlı açıqlama yayıb

13 İyul 2020, 09:50 (GMT +4)
Exit-poll: Duda ikinci dəfə Polşa prezidenti postuna seçilib

13 İyul 2020, 09:33 (GMT +4)
İsraildə etiraz aksiyalarından sonra Netanyahu yardımların edilməsi vədini verib (VİDEO)

13 İyul 2020, 09:30 (GMT +4)
Prezidentin köməkçisi: Ermənistan tərəfi hər hansı ərazi əldə etməyib

13 İyul 2020, 09:14 (GMT +4)
ÜST dünyada rekord sayda insanın koronavirusa yoluxduğunu açıqlayıb

13 İyul 2020, 09:00 (GMT +4)
MN: Azərbaycana məxsus PUA-nın vurulması barədə xəbər həqiqətə uyğun deyil

13 İyul 2020, 08:42 (GMT +4)
ABŞ-da böyük aviadaşıyıcıda güclü yanğın baş verib (VİDEO)

12 İyul 2020, 17:44 (GMT +4)
Ayətullah Xamenei parlamentin Ruhaniyə qarşı impiçment planına münasibət bildirib

12 İyul 2020, 17:24 (GMT +4)
Azərbaycan Ordusu 2 şəhid verib, 5 hərbiçi yaralanıb

12 İyul 2020, 16:13 (GMT +4)
MN: Ermənistan silahlı qüvvələri təxribat törədib, itki var

12 İyul 2020, 09:44 (GMT +4)
Aprel döyüşlərinin şəhidi Raquf Orucovun doğum günüdür

11 İyul 2020, 18:45 (GMT +4)
Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirilib

11 İyul 2020, 18:20 (GMT +4)
Ağstafanın icra başçısı Seymur Orucovun rəhbərliyi ilə reydlər keçirilib

11 İyul 2020, 17:09 (GMT +4)
Azərbaycan-Türkiyə arasında həftədə 4 dəfə uçuş həyata keçiriləcək

11 İyul 2020, 17:04 (GMT +4)
Tramp ABŞ-ı NATO-dan çıxarmaq niyyətində deyil

11 İyul 2020, 16:56 (GMT +4)
Xızıda hərbi hissənin yaxınlığında top mərmisi tapılıb

11 İyul 2020, 16:51 (GMT +4)
Əlcəzair Ərəb Dövlətləri Liqasını Liviya və Suriya ilə bağlı mövqeyinə görə tənqid edib

11 İyul 2020, 16:48 (GMT +4)
DİM qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib

11 İyul 2020, 16:48 (GMT +4)
BMT-nin xüsusi məruzəçisi Məhəmməd bin Salmanı “Kaşıqçı işinin əsas şübhəlisi” adlandırılıb

11 İyul 2020, 16:38 (GMT +4)
Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

11 İyul 2020, 16:35 (GMT +4)
Kür çayında batan şəxslərdən daha birinin meyiti tapılıb

11 İyul 2020, 16:21 (GMT +4)
BDU-nun jurnalistika fakültəsinin müəllimi koronavirusdan sağalıb

11 İyul 2020, 16:11 (GMT +4)
Bill Geyts ilk növbədə ehtiyacı olanları koronavirus peyvəndi ilə təmin etməyə çağırıb

11 İyul 2020, 16:00 (GMT +4)
AZAL Ər-Riyaddan çarter reysi ilə 83 həmyerlimizi Bakıya gətirib

11 İyul 2020, 15:45 (GMT +4)
Bu gün Srebrenitsa qətliamının 25-ci ildönümüdür

11 İyul 2020, 15:35 (GMT +4)
Talibanın son həftədə hücumu nəticəsində 23 mülki şəxs həlak olub – Rəsmi Kabil

11 İyul 2020, 15:32 (GMT +4)
Yaponiyada leysan yağışları nəticəsində 12 mindən çox binaya ziyan dəyib

11 İyul 2020, 15:30 (GMT +4)
“Nar” abunəçilərini “e-Təbib” tətbiqindən istifadə etməyə çağırır

11 İyul 2020, 15:13 (GMT +4)
Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

11 İyul 2020, 15:11 (GMT +4)
Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66