Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » RAMAZAN

Allahın mömindən razı qalması böyük bir ilahi məqamdır - Ramazan ayının 24-cü gününün duası

18 May 2020, 03:23 (GMT +4)

Bakı, 18 may, SalamNews. İslam dininin məğzi Allahı razı salan əməlləri həyata keçirmək və onu narazı salan əməllərdən çəkinməkdən ibarətdir.

SalamNews xəbər verir ki, bu gün mübarək Ramazan ayının 24-cü günüdür.

Hər bir inanclı şəxs bu günün münacatını oxuduqda brinci növbədə Allahın razılığını əldə etməyi və onu narazı salan əməllərdən çəkinməyin vacibliyini başa düşür. Allahı razı salmaq və onun razılığını əldə etmək dünya və axirət nemətlərinin ən üstünü sayılır. Bu məsələni Qurani-kərimdə "Tövbə" surəsinin 72-ci ayəsində də görmək olar. Burada mömin kişi və qadınlar əbədi cənnətlə müjdələnirlər. Lakin ayənin sonunda bildirilir ki, Allahın mömindən razı qalması daha böyük bir ilahi məqamdır.

Bununla yanaşı, hər bir müsəlman Allahı narazı salan və onu qəzəbləndirən amillərdən də uzaq durmalıdır. Çünki Allahın qəzəbinə tuş gələnlər dünya və axirətdə bədbəxt olanlardır (Hud peyğəmbərin tayfası hesab edilən Ad tayfası kimi).

Namaz qılınan zaman oxunan "Fatihə" surəsinə və orada keçən “ğəyril-məğzubi ələyhim” (Məni qəzəbinə düçar olanların yoluna yönəltmə) ifadəsinə də diqqət yetirmək lazımdır. İbadət edən şəxs bu ifadəni bir gündə 17 dəfə təkrar edir. Elə isə bunu diləyən şəxs Allahın qəzəbi, onun cəzası barədə ayıq olmalıdır.

Ramazan ayının 24-cü gününün duası belədir:

"Allahummə inni əsəlukə fihi ma yurzik. Və əuzu bikə mimma yuzik. Və əs’əlukət-tovfiqə fihi li-ən utiəkə və la əsiyək. Ya cəvadəs-sailin".

Tərcüməsi:

"İlahi, bu gün Səni razı edən əməlləri Səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən Sənə sığınıram. Sənə tabe olmaq və Sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey istəyənlərə bəxş edən Allah!".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 May 2020, 19:27 (GMT +4)
Azərbaycanda daha 191 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib

28 May 2020, 16:50 (GMT +4)
Nigeriyada terror hücumu nəticəsində azı 60 nəfər həyatını itirib

28 May 2020, 16:43 (GMT +4)
Mərakeş Kralı Prezident İlham Əliyevi təbrik edib

28 May 2020, 16:16 (GMT +4)
İranda son sutkada koronavirusdan 63 nəfərin ölümü qeydə alınıb

28 May 2020, 16:11 (GMT +4)
Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib

28 May 2020, 15:54 (GMT +4)
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

28 May 2020, 15:39 (GMT +4)
ABŞ-ın təhdidlərinə baxmayaraq, İranın 4-cü neft tankeri də Venesuela sularına daxil olub

28 May 2020, 15:31 (GMT +4)
XDMX-nin geyimindən istifadə edərək karantini pozan şəxs ifşa olunub

28 May 2020, 15:17 (GMT +4)
İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür edib

28 May 2020, 14:58 (GMT +4)
Abşeronda it döyüşləri təşkil edənlər saxlanılıb

28 May 2020, 14:42 (GMT +4)
Ukrayna XİN Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib

28 May 2020, 14:29 (GMT +4)
Qüdsdə əl-Əqsa məscidi iki ay fasilədən sonra bu həftə açılır

28 May 2020, 14:15 (GMT +4)
Göyçayda narkotik bitkilər yetişdirən bərbər tutulub

28 May 2020, 14:01 (GMT +4)
Mayın 30-dan Bakıda şimal-qərb küləyi güclənəcək

28 May 2020, 13:45 (GMT +4)
İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışını edib

28 May 2020, 13:40 (GMT +4)
ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini ötüb

28 May 2020, 13:30 (GMT +4)
Azərbaycanda imtahanların keçirilməsinə hazırlıq işləri müzakirə olunub

28 May 2020, 13:06 (GMT +4)
Türkiyədə sərnişin qatarlarının əyalətlərarası hərəkəti bərpa edilib

28 May 2020, 13:01 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanılıb

28 May 2020, 12:45 (GMT +4)
Şəmkirdə sərxoş halda avtomobil qaçıran şəxs saxlanılıb

28 May 2020, 12:23 (GMT +4)
İran Parlamentinin sabiq sədri Əli Laricani Ayətullah Xameneinin müşaviri təyin edilib

28 May 2020, 12:20 (GMT +4)
“Xəzər regionunda COVID-19: Səhiyyə siyasətinə təsir” adlı onlayn konfrans keçirilib

28 May 2020, 12:00 (GMT +4)
ABŞ-ın daha 4 şəhərində “Azərbaycan Milli Günü” elan edilib

28 May 2020, 11:47 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

28 May 2020, 11:32 (GMT +4)
ABŞ-ın Minnesota ştatında etirazlar və polislə qarşıdurmalar davam edir (VİDEO)

28 May 2020, 11:31 (GMT +4)
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

28 May 2020, 11:00 (GMT +4)
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək

28 May 2020, 10:58 (GMT +4)
Tramp Administrasiyası Səudiyyə ilə yeni silah müqaviləsi imzalamağı planlaşdırır

28 May 2020, 10:45 (GMT +4)
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır

28 May 2020, 10:30 (GMT +4)
Zakir Həsənov Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib (FOTOLAR)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66