Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

İsrailin işğal siyasəti fələstinlilər üçün heç bir dialoq yolu saxlamayıb – Şərqşünas

18 May 2020, 09:13 (GMT +4)

Bakı, 18 may, SalamNews. “İsrail 1948-ci ildə təsis edilən zaman Fələstin torpaqlarından 800 min civarında insan ev-eşiklərindən didərgin salındı. Növbəti dəfə 1967-ci ildə Fələstinin digər torpaqları da işğal edilən zaman yenidən çoxlu insan qaçqın vəziyyətinə düşdü. Ötən əsrin səksən-doxsanıncı illərində və müasir dövrümüzdə də işğal edilən ərazilərdə İsrail tərəfindən yeni massivlərin salınması, daxildə qalmış fələstinlilərə müxtəlif zəminlərdə təzyiqlər, Fələstin xaricində qaçqın vəziyyətində olanların öz doğma yurdlarına qayıda bilməməsi, işğal edilən ərazilərdə İsrailin suverenliyini elan etmək çabası və sair amillər münaqişənin alovlanmasına səbəb olur. Buna görə demək olar ki, İsrail fələstinlilər üçün sülh danışqları istiqamətində bir yol qoymayıb.”

SalamNews xəbər verir ki, bu fikirləri şərqşünas Samid Bağırov Beynəlxalq Qüds günü ilə bağlı verdiyi müsahibəsində deyib.

Yaxın Şərqdə mövcud vəziyyəti açıqlayan şərqşünas bildirib ki, "fələstinlilər hazırki durumda öz səslərini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün əlçatan instansiyalardan istifadə etməyə çalışırlar, lakin onların dövlətlərinin tanınmasının qarşısında qoyulan süni əngəllərə görə, bəzən də ABŞ kimi dövlətlər tərəfindən BMT, Beynəlxalq Cinayətlər Məhkəməsi və sair beynəlxalq təşkilatlarda şikayət qaldırmağa belə imkan verilmədiyinə və vetoların qoyulduğuna görə, fələstinlilər “İntifazə” hərəkatları və ya Beynəlxalq Qüds Günü aksiyaları kimi ümumxalq tədbirləri keçirməyə məcbur qalırlar."

"Beynəlxaq Qüds günü artıq 40 ilə yaxındır yerdə qalan Fələstin torpaqlarında, müsəlman dünyasında və bir çox dünya ölkələrində hər ramazan ayının son cümə günündə keçirilir. Bəzən bu dinc aksiyaların keçirilməsinə belə müxtəif bölgələrdə zorakılıqla qarşılıq verilir. Fələstin məsələsilə bağlı dünya ictimaiyyəti üçün ən narahatedici məqam fələstinli qaçqınların vəziyyətidir. Bir xalqı təsəvvür edin ki, onların yarıdan çoxu qaçqın şəraitində yaşayır. Dünyada belə xalq varmı?!. Statistikalara görə 13 milyon fələstinlidən 6.6 milyonu öz vətənlərindən kənarda yaşamağa məcburdurlar. Ötən əsrin ortalarında qaçqın vəziyyətinə düşən 800 min fələstinlinin sayı indi 6.6 milyondur. BMT-nin fələstinli qaçqınların işləri üzrə UNRWA adlı xüsusi beynəlxalq təşkılatı var. Burada maraqlı məqamlardan biri də ABŞ kimi dövlətlərin bu UNRWA fonduna etdiyi sabiq yardımları dayandırmasıdır. Səbəb isə fələstinlilərin ABŞ prezidenti Donald Trampın “Əsrin Sazişi” adlı planına razılıq verməmələridir."

Şərşqünas ABŞ-ın münaqişə ilə bağlı “Əsrin Sazişi” planına və yaxın gələcəkdə bölgədə nələrin ola biləcəyinə belə münasibət bildirib:

“Fələstinlilər Trampın “Əsrin Sazişi” planını yeni məkrli plan kimi qiymətləndirirlər. Burada İsrailin 1967-ci ildə işğal etdiyi ərazilərin bir qismi İsrailinki kimi təqdim edilir. Bu plan fələstinliləri 50 milyardlıq sərmayə yatırımı qarşılığında bir çox bölgələri unutmağa çağırır. Artıq ABŞ bunu gizlətmir və İsrailin işğalda olan bəzi Fələstin əraziləri üzərində suverenliyini elan etməsini rəsmən tanıyacağını bildirir. Hazırda İsrai işğalda olan İordan vadisi üzərində, eləcə də işğalda olan İordan çayının qərb sahilində sonradan salınan 120-dən artıq massivin üzərində suverenliyini elan etməyə hazırlaşır. İsrail rəsmi mənbələri bunun yaxın zamanlarda baş tutacağını bildirirlər. BMT, Avropa Bilrliyi və sair beynəlxalq təşkilat və dövlətlər indidən bu addımın əleyhinə olduğunu bildiriblər. Lakin İsrail bunu həyata keçirəcəyini bildirir. Görünən də budur ki, bunu edəcək. Çünki ABŞ bundan öncə Colan Yüksəkliklərini İsrailin ərazisi kimi, Qüdsü İsrailin paytaxtı kimi tanıyanda cüzi etirazlar baş verdi, lakin dünya ictimaiyyəti işğal qarşısında susmağı tərcih etdi. Təcrübələr də bunu göstərir ki, ABŞ hökumətinin davamlı dəstəyi bu işğalı da davamlı edəcək. Baxmayaraq ki, BMT TŞ-nın işğal edilmiş ərazilərin boşaldılması ilə bağlı 242-ci qərarı kimi bir sıra mühüm qərarlar vardır. Ona görə deyilir ki, artıq İsrail sülh danışıqları və dialoq zəminində fələstinlilər üçün bir açıq qapı saxlamayıb.”


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Emanuel Makron İsraili Fələstin ərazilərini özünə ilhaq etməməyə çağırıb

İsraildə 350 əsgər koronavirusa yoluxub, 10 min hərbçi sosial təcridə alınıb

İsrail qüvvələri işğal edilən ərazilərdə 14 fələstinlini həbs ediblər

İsrail işğal edilən Qüds şəhərinin mərkəzində yeni kvartal salır

İsrailin sabiq müdafiə naziri İranın nüvə obyektindəki «partlayış»dan söz açıb

İsraildə koronavirusa yoluxanların sayı 30 mini keçib

Fələstində karantin müddəti daha bir ay uzadılıb

İsrail qüvvələri fələstinlilərin aksiyasına müdaxilə edib, 23 nəfər xəsarət alıb

Daha bir Avropa dövləti İsraillə Fələstin arasında vasitəçiliyə başlayıb

İsraildə koronavirusa yoluxmada rekord rəqəm qeydə alınıb

HƏMAS Qəzzada İsrailə cəsusluq edən qrupu ələ keçirib

Ərdoğan, Putin və Ruhaninin görüşü başlayıb, tərəflər ABŞ və İsrailin siyasətini tənqid ediblər

İsraildə koronavirusa yoluxma rekord həddə çatıb

Azərbaycan fələstinli qaçqınlara 300 min dollar yardım ayırıb

Britaniya baş naziri İsraili Fələstin ərazilərini ilhaq etməməyə çağırıb

Netanyahu bu gün Fələstin ərazilərinin İsrailə ilhaqını elan edə bilər

İsrail Livanla sərhəddə yerləşən mübahisəli sularda qaz yataqlarının kəşfiyyatına başlayıb

İsraillə əlaqələri normallaşdırmayacağıq – Mahatir Məhəmməd

Netanyahu ərazilərin ilhaqı ilə yanaşı fələstinliləri «danışıqlar»a çağırıb

İsrail Qəzzanı aviazərbələr və artileriyadan hədəfə alıb

12 İyul 2020, 17:44 (GMT +4)
Ayətullah Xamenei parlamentin Ruhaniyə qarşı impiçment planına münasibət bildirib

12 İyul 2020, 17:24 (GMT +4)
Azərbaycan Ordusu 2 şəhid verib, 5 hərbiçi yaralanıb

12 İyul 2020, 16:13 (GMT +4)
MN: Ermənistan silahlı qüvvələri təxribat törədib, itki var

12 İyul 2020, 09:44 (GMT +4)
Aprel döyüşlərinin şəhidi Raquf Orucovun doğum günüdür

11 İyul 2020, 18:45 (GMT +4)
Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirilib

11 İyul 2020, 18:20 (GMT +4)
Ağstafanın icra başçısı Seymur Orucovun rəhbərliyi ilə reydlər keçirilib

11 İyul 2020, 17:09 (GMT +4)
Azərbaycan-Türkiyə arasında həftədə 4 dəfə uçuş həyata keçiriləcək

11 İyul 2020, 17:04 (GMT +4)
Tramp ABŞ-ı NATO-dan çıxarmaq niyyətində deyil

11 İyul 2020, 16:56 (GMT +4)
Xızıda hərbi hissənin yaxınlığında top mərmisi tapılıb

11 İyul 2020, 16:51 (GMT +4)
Əlcəzair Ərəb Dövlətləri Liqasını Liviya və Suriya ilə bağlı mövqeyinə görə tənqid edib

11 İyul 2020, 16:48 (GMT +4)
DİM qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib

11 İyul 2020, 16:48 (GMT +4)
BMT-nin xüsusi məruzəçisi Məhəmməd bin Salmanı “Kaşıqçı işinin əsas şübhəlisi” adlandırılıb

11 İyul 2020, 16:38 (GMT +4)
Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

11 İyul 2020, 16:35 (GMT +4)
Kür çayında batan şəxslərdən daha birinin meyiti tapılıb

11 İyul 2020, 16:21 (GMT +4)
BDU-nun jurnalistika fakültəsinin müəllimi koronavirusdan sağalıb

11 İyul 2020, 16:11 (GMT +4)
Bill Geyts ilk növbədə ehtiyacı olanları koronavirus peyvəndi ilə təmin etməyə çağırıb

11 İyul 2020, 16:00 (GMT +4)
AZAL Ər-Riyaddan çarter reysi ilə 83 həmyerlimizi Bakıya gətirib

11 İyul 2020, 15:45 (GMT +4)
Bu gün Srebrenitsa qətliamının 25-ci ildönümüdür

11 İyul 2020, 15:35 (GMT +4)
Talibanın son həftədə hücumu nəticəsində 23 mülki şəxs həlak olub – Rəsmi Kabil

11 İyul 2020, 15:32 (GMT +4)
Yaponiyada leysan yağışları nəticəsində 12 mindən çox binaya ziyan dəyib

11 İyul 2020, 15:30 (GMT +4)
“Nar” abunəçilərini “e-Təbib” tətbiqindən istifadə etməyə çağırır

11 İyul 2020, 15:13 (GMT +4)
Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

11 İyul 2020, 15:11 (GMT +4)
Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub

11 İyul 2020, 14:57 (GMT +4)
"Facebook" siyasi reklamları qadağan edə bilər

11 İyul 2020, 14:40 (GMT +4)
“Sumqayıt Texnologiyalar Parkı”na müvəqqəti olaraq baş direktor təyin olunub

11 İyul 2020, 14:30 (GMT +4)
İranda son sutkada koronavirusdan 188 nəfərin ölümü qeydə alınıb

11 İyul 2020, 14:27 (GMT +4)
BMT Yəməndəki münaqişə tərəflərinə yeni saziş layihəsi təklif edib

11 İyul 2020, 14:11 (GMT +4)
Təhsil Nazirliyi və Aİ-nın birgə təşkilatçılığı konfrans keçirilib

11 İyul 2020, 13:41 (GMT +4)
Türkiyənin şimal-şərqində təhlükəli terrorçu zərərsizləşdirilib

11 İyul 2020, 13:35 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66