Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

XİN Laçının işğalının 28-ci ildönümünü ilə əlaqədar açıqlama yayıb

18 May 2020, 10:30 (GMT +4)

Bakı, 18 may, SalamNews.Azərbaycan Respublikasının Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-ci ildönümünü ilə əlaqədar Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsi açıqlama yayıb.

XİN-dən SalamNews-a daxil olan açıqlamada deyilir:

“18 may tarixində Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28 ili tamam olur.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonunun işğalı nəticəsində 237 nəfər həlak olub, 67 nəfər isə itkin düşüb. Bölgənin əhalisi etnik təmizləməyə məruz qalıb və hazırda 77 700 nəfər Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüz siyasətinin davamı olan bu işğal rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri məhv edilib. Həmçinin yerli və dünya əhəmiyyətli çoxsaylı tarixi abidə vandalizmə məruz qalıb. O cümlədən, 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq viran edilib; Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib.

Təcavüzkar Ermənistan işğal etdiyi digər Azərbaycan ərazilərində olduğu kimi, Laçın rayonunda da beynəlxalq humanitar hüququ, o cümlədən Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq bu ərazidə qeyri-qanuni fəaliyyəti davam etdirir. Coğrafi adlar dəyişdirilir, rayonun təbii resursları talan edilir, qanunsuz infrastruktur dəyişiklikləri həyata keçirilir, burada məqsədyönlü məskunlaşma siyasəti aparılaraq bölgənin demoqrafik tərkibi dəyişdirilir.

Məlum olduğu kimi, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə 2015-ci il 16 iyun tarixli qərar qəbul edilərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin, bu qərarın 19-20-ci paraqraflarında Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.

Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrinin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələri, habelə digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan, münaqişənin sülh yolu ilə həlli pərdəsi arxasında Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarında işğala əsaslanan status-quo rejimini möhkəmləndirməyə çalışır və Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsi siyasətini yürüdür.

Lakin, dəyişməyən bir həqiqət var; Laçın və işğal olunmuş Dağlıq Qarabağ və ətraf digər rayonlar da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi beynəlxalq ictimaiyyət tərəfindən tanınır və Azərbaycan ərazilərinin işğalının nəticələri birmənalı şəkildə rədd edilir. Azərbaycan ərazilərinin hərbi işğal altında saxlanılması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verməyəcəkdir. Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü müzakirə mövzusu olmayıb və ola da bilməz.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların məqsədi münaqişənin nəticələrinin aradan qaldırılması, beləliklə də Azərbaycan torpaqlarının işğalına son qoyulması və etnik təmizləməyə məruz qalmış məcburi köçkünlərin fundamental hüquqlarının bərpa edilməsidir. Beynəlxalq hüquq, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Paris Xartiyasında əks olunan norma və prinsipləri münaqişənin həlli üzrə aparılan danışıqlar prosesinin əsasını təşkil edir. Ermənistanın danışıqlar prosesinin əsassız şəkildə, yalan və saxtakarlıqla uzatması cəhdləri qəbuledilməzdir və bölgədə sülhün təmin olunmasına başlıca maneədir.

Münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi Azərbaycan dövlətinin ayrılmaz hüququdur”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ukrayna XİN Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib

Sabah Bakıda 30 dərəcəyə yaxın isti olacaq

Şamaxının icra başçısı karantinə alınıb

ABŞ-da COVİD-19-dan ölənlərin sayı 100 minə yaxınlaşır

ABŞ-ın təhdidlərinə baxmayaraq İranın neft tankerləri Venesuela sahillərinə yaxınlaşır

XİN: Almaniya Dağlıq Qarabağdakı separatçı rejimi tanımır

İsrailin addımları bölgədə sabitliyi poza və Fələstin ərazilərində gərginliyi artıra bilər – Rusiya XiN

Bu il Türkiyəyə 3,5 milyona yaxın rusiyalı turistin gələcəyi gözlənilir

ABŞ ÜST rəhbərinin Çin ilə "yaxın əlaqələri" olduğundan şübhələnir

Azərbaycan XİN Kamerunu təbrik edib

ABŞ koronavirusla mübarizə məqsədilə Azərbaycana 3,6 milyon dollara yaxın vəsait ayırıb

İranda koronavirusa yoluxanların sayı 125 minə yaxınlaşıb

Rusiyada koronavirusa yoluxmuşların sayı 300 minə yaxındır

Azərbaycan XİN Türkiyəni təbrik edib

İsrailin yeni XİN rəhbəri Qüds və Fələstin torpaqları ilə bağlı planını açıqlayıb

Hacı Şahini Qədr gecələrində yüz minə yaxın adam izləyib

Nazirlik: 20 minə yaxın fermerlə pambıq əkininə dair müqavilə imzalanıb

"Apple" dünyada yüzə yaxın mağazanın açıldığını elan edib

Hələb şəhərinin hava limanı yaxınlığında partlayışlar baş verib

Taleh Ziyadov: Bakı Limanında 4000 yaxın sürücü və digər şəxslər testdən keçib

28 May 2020, 19:27 (GMT +4)
Azərbaycanda daha 191 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib

28 May 2020, 16:50 (GMT +4)
Nigeriyada terror hücumu nəticəsində azı 60 nəfər həyatını itirib

28 May 2020, 16:43 (GMT +4)
Mərakeş Kralı Prezident İlham Əliyevi təbrik edib

28 May 2020, 16:16 (GMT +4)
İranda son sutkada koronavirusdan 63 nəfərin ölümü qeydə alınıb

28 May 2020, 16:11 (GMT +4)
Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib

28 May 2020, 15:54 (GMT +4)
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

28 May 2020, 15:39 (GMT +4)
ABŞ-ın təhdidlərinə baxmayaraq, İranın 4-cü neft tankeri də Venesuela sularına daxil olub

28 May 2020, 15:31 (GMT +4)
XDMX-nin geyimindən istifadə edərək karantini pozan şəxs ifşa olunub

28 May 2020, 15:17 (GMT +4)
İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür edib

28 May 2020, 14:58 (GMT +4)
Abşeronda it döyüşləri təşkil edənlər saxlanılıb

28 May 2020, 14:42 (GMT +4)
Ukrayna XİN Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib

28 May 2020, 14:29 (GMT +4)
Qüdsdə əl-Əqsa məscidi iki ay fasilədən sonra bu həftə açılır

28 May 2020, 14:15 (GMT +4)
Göyçayda narkotik bitkilər yetişdirən bərbər tutulub

28 May 2020, 14:01 (GMT +4)
Mayın 30-dan Bakıda şimal-qərb küləyi güclənəcək

28 May 2020, 13:45 (GMT +4)
İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışını edib

28 May 2020, 13:40 (GMT +4)
ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini ötüb

28 May 2020, 13:30 (GMT +4)
Azərbaycanda imtahanların keçirilməsinə hazırlıq işləri müzakirə olunub

28 May 2020, 13:06 (GMT +4)
Türkiyədə sərnişin qatarlarının əyalətlərarası hərəkəti bərpa edilib

28 May 2020, 13:01 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanılıb

28 May 2020, 12:45 (GMT +4)
Şəmkirdə sərxoş halda avtomobil qaçıran şəxs saxlanılıb

28 May 2020, 12:23 (GMT +4)
İran Parlamentinin sabiq sədri Əli Laricani Ayətullah Xameneinin müşaviri təyin edilib

28 May 2020, 12:20 (GMT +4)
“Xəzər regionunda COVID-19: Səhiyyə siyasətinə təsir” adlı onlayn konfrans keçirilib

28 May 2020, 12:00 (GMT +4)
ABŞ-ın daha 4 şəhərində “Azərbaycan Milli Günü” elan edilib

28 May 2020, 11:47 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

28 May 2020, 11:32 (GMT +4)
ABŞ-ın Minnesota ştatında etirazlar və polislə qarşıdurmalar davam edir (VİDEO)

28 May 2020, 11:31 (GMT +4)
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

28 May 2020, 11:00 (GMT +4)
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək

28 May 2020, 10:58 (GMT +4)
Tramp Administrasiyası Səudiyyə ilə yeni silah müqaviləsi imzalamağı planlaşdırır

28 May 2020, 10:45 (GMT +4)
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır

28 May 2020, 10:30 (GMT +4)
Zakir Həsənov Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib (FOTOLAR)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66