Çinin İsraildəki səfiri evində ölü tapılıb18 May 2020, 10:26 (GMT +4) Bakı, 18 may, SalamNews. Çinin İsrail səfiri Du Vey, bazar günü Təl-Əvivin yaxınlığında yaşadığı evdə ölü tapılıb.
SalamNews xəbər verir ki, 57 yaşlı diplomatın ölüm səbəbləri barədə rəsmi məlumat verilmir.
Eyni zamanda İsrailin "Channel 12" kanalı səfirin yuxuda öldüyünü bildirib.
Du Vey bu ilin fevralında İsrailə gəlib.
BBC-nin verdiyi məlumata görə, Çinin İsraildəki səfirliyi ABŞ dövlət katibi Mayk Pompeonun İsrailə səfəri zamanı Pekinin koronavirusla mübarizə addımlarını tənqid etməsinə hiddətlə narazılığını bildirib.
|