Bakı, 18 may, SalamNews, B.Samid. İraqlı etirazçılar bu gün Bağdadda Səudiyyə Ərəbistanın MBC telekanalının nümayəndəliyi qarşısında aksiya keçiriblər. Telekanalın nümayəndəliyi etirazçılar tərəfindən bağlanılıb.
SalamNews bu barədə Sumariya agentliyinə istinadla xəbər verir.
Bildirilir ki, İraqda Haşd-Şabi Qüvvələrinin tərəfdarları bu gün Səudiyyə Ərəbistanın MBC telekanalının Bağdaddakı nümayəndəliyi qarşısında bir müddət aksiya keçirdikdən sonra obyektə daxil olaraq, oranı ələ keçiriblər.
Daha sonra aksiyaçılar telekanalın işini dayandırdıqlarını elan ediblər.
Qeyd edək ki, adıçəkilən telekanal ötən yanvar ayının 3-də Qasim Süleymani ilə birgə Bağdadda ABŞ tərəfindən terror edilən Haşd-Şabinin rəhbər müavini Əbu-Mehdi əl-Mühəndisi terrorçu adlandırmışdı.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.