Hacı Şahini Qədr gecələrində yüz minə yaxın adam izləyib18 May 2020, 21:10 (GMT +4) Bakı, 18 may, SalamNews. Məlum olduğu kimi, karantin rejimi ilə əlaqədar Azərbaycanda Qədr gecələri ilə bağlı mərasimlər də onlayn təşkil edilir.
SalamNews xəbər verir ki, Məşədi Dadaş məscidində videobağlantı vasitəsilə qədr gecələri keçirilib.
Keçirilən hər 3 qədr gecələrində məscidin imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin xütbəsi ilə davam edib. Tədbir canlı olaraq Hacı Şahin Həsənlinin rəsmi yutub, feysbuk və instaqram hesablarında yayımlanıb.
Belə ki, canlı yayımlarda instaqramda izləyici sayı 10 minə yaxın, Facebook-da 5000, youtube-da isə 12 mindən çox olub. Nəzərə alınsa ki, hər hər icləyici evində ən azı 3-4 nəfər ailə üzvi ilə baxır, bununla da onlayn şəkildə izləyənlərin sayının 100 minə yaxın olduğu məlum olub.
|