İsrailin yeni XİN rəhbəri Qüds və Fələstin torpaqları ilə bağlı planını açıqlayıb19 May 2020, 09:23 (GMT +4) Bakı, 19 may, SalamNews, B.Samid. İsrailin yeni xarici işlər naziri Qabi Eşkinazi ötən gün ilk çıxışında Qüds və Fələstinlə bağlı planı açıqlayıb.
SalamNews İsrail mətbuatına istinadla xəbər verir ki, Qabi Eşkinazi ilk çıxışında ABŞ prezidenti Donald Trampın Fələstin-İsrail münaqişəsilə bağlı açıqladığı “Əsrin Sazişi” planını həyata keçirəcəyini bildirib.
Yeni formalaşan İsrail hökumətinin ötən günkü tədbirində çıxış edən xarici işlər naziri bildirib ki, “bu plan sülh üçün mühüm fürsətdir.”
ABŞ-a İsraillə bağlı sübatlı mövqelərinə görə təşəkkür edən G.Eşkinazi “Əsrin Sazişi” planının icrası ilə yanaşı qonşu dövlətlərlə (İordaniya və Misir) də danışqıları davam etdirəcəyini və imzalanmış beynəlxalq sazişlərin qüvvədə qalacağını deyib.
G.Eşkinazi həmçinin İranla bağlı siyasətinə görə Donald Tramp Administrasiyasına təşəkkür edib.
Qeyd edək ki, Trampın “Əsrin Sazişi” planında fələstinlilərə 50 milyard dollarlıq sərmayə yatırımı vəd edilir və qarşılığında işğal edilən torpaqların mühüm qisminin o cümlədən İordan vadisi və sonradan salınan 121 massiv İsrailinki kimi təqdim edilir. İsrail yaxın günlərdə bu ərazilərin üzərində suverenliyini elan edəcəyini bildirir.
Əlavə edək ki, cari ramazan ayının son cümə günü bir sıra müsəlman və dünya ölkələrində fələstinlilərin hüquqları, Qüds və əl-Əqsa məscidi ilə bağlı Beynəlxalq Qüds günü tədbirləri və aksiyaları keçiriləcək.
|