Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan MDB-də Enerji Keçidi İndeksi üzrə birincidir

19 May 2020, 11:42 (GMT +4)

Bakı, 19 may, SalamNews. Davos İqtisadi Forumu özünün yeni Enerji Keçidi İndeksi (ETI ) üzrə hesabatını dərc edib.

Bu barədə SalamNews-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, Azərbaycan indeks cədvəlində 44-cü mövqedə qərarlaşıb ki, bu da MDB məkanında ən yüksək nəticədir. İndeksdə ölkənin mövqeyi ötən hesabatla müqayisədə 13 pillə yaxşılaşıb. Azərbaycanın 2015-ci illə müqayisədə ümumilikdə 2 %lik artıma nail olunduğu göstərilib.

Ölkənin ETI indeksi üzrə ümumi göstəricisi 58,1%-dir və bu il üzrə qlobal ETI göstəricisindən (55,1%) da daha yüksəkdir. Həmçinin, müvafiq göstərici Moldovada 52,4%, Rusiya Federasiyasında 50,5%, Tacikistanda 49,8%, Qazaxıstanda 48,3%, Ukraynada 43,3%, Qırğızıstanda 42,7%-dir. İndeksin nəticələrinə əsasən Azərbaycan bu mövqeyinə görə Qatar, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Tunis, Küveyt, İran, Birləşmiş Ərəb Əmirlikləri və Venesuela kimi bol enerji resurslarına malik ölkələri də geridə qoymağı bacarıb.

Qeyd edək ki, ETİ indeksi 2 əsas sub-indeks əsasında formalaşır: enerji sistemlərinin ümumi performans qiymətləndirilməsi və enerji keçidinə hazırlıq üzrə.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin maliyyə analitiki Ayaz Museyibov bildirib ki, müvafiq hesabat gələcək nəsillər üçün təhlükəsiz, dayanıqlı, əlçatan və inklüziv enerji sistemlərinin qurulması üçün əsas meyarları hesablayır və bərpaolunan, alternativ enerji sistemlərinə keçidi nəzərdə tutur: “Davos Forumunun yeni hesabatında ölkələrin enerji sistemləri 40 indikator üzrə 0-100 % aralığında qiymətləndirilib. Hesabatda dünya əhalisinin 90%-dən çoxunu, qlobal enerji təchizatının 93%-i və nominal ümumi daxili məhsulun (ÜDM) 98%-dən çoxunu təşkil edən 115 ölkə əhatə olunub. İndeksin hazırlanmasında 20 beynəlxalq və mötəbər hesab olunan məlumat təchizatçısının informasiyalarına əsaslanılıb”.

Ayaz Museyibov qeyd edir ki, performans qiymətləndirilməsi sub-indeksi üzrə 3 əsas istiqamətdə nailiyyətlər qiymətləndirilib:

- iqtisadi inkişaf və artım,

- enerjiyə çıxış və təhlükəsizlik,

- ətraf mühitin dayanıqlılığı.

“Bu istiqamətlərin hər biri üzrə isə çoxsaylı indikatorlar - enerji sənayesinin rəqabətqabiliyyətliliyi, ÜDM-ə tövhəsi, atmosfer çirklənməsi, adambaşına düşən karbon emissiyası, enerji təchizatının keyfiyyəti, təhlükəsizliyi və enerjiyə çıxış kimi mühüm amillər bərabər xüsusi çəkidə qiymətləndirilib. Enerji sisteminin performansı üzrə Azərbaycan 100 üzərindən 67%-lik göstəriciyə nail olub ki, bu da hesabatda ən yaxşı mövqeyə malik 30 ölkədən biri olaraq qiymətləndirilib”- deyə o bildirib.

ETI indeksinin enerji keçidinə hazırlıq sub-indeksi üzrə qiymətləndirilməsi də 6 əsas istiqamətdə formalaşıb:

- kapital və investisiya,

- tənzimləmə və siyasi loyallıq,

- institutlar və idarəetmə,

- infrastruktur və innovativ biznes mühiti,

- insan kapitalı,

- enerji sisteminin strukturu.

“Bu istiqamətlər isə enerji sektorunda kapital resurslarına çıxış, beynəlxalq öhdəliklərə sadiqlik, şəffaflıq və siyasi sabitlik, qanunların rolu, sabit maliyyələşdirmə, ticarət logistikası, nəqliyyat infrastrukturu, innovativ biznes mühiti, təhsilin keyfiyyəti, bərpaolunan enerji sektorlarında karyera imkanları, yanacaq resurslarından asılılıq və s. kimi çoxsaylı alt-indikatorlardan təşkil olunub və ölkələrin qiymətləndirilməsində bərabər çəkidə istifadə olunub. Bu sub-indeks üzrə Azərbaycanın əldə etdiyi bal 100 üzərindən 49 kimi qiymətləndirilib.

Ümumiyyətlə, hesabatda diqqət çəkən mühüm bir məqam neft idxal edən ölkələrin neft ixrac edən ölkələri bir sıra parametrlər üzrə ötməsidir ki, bu da əsasən ətraf mühitin dayanıqlılığı, yeni enerji infrastrukturuna kapital və investisiya yatırımları və enerji keçidi proseslərinə loyallıq kimi amillərlə bağlıdır. Buna əsas səbəb isə enerji idxalçılarına bərpaolunan enerji resurslarını daha çox prioritetləşdirmək istiqamətində yönələn daxili təzyiqlərlə bağlıdır. Bu baxımdan resurs ixracatçılarının bu sub-indeks üzrə balı ümumilikdə aşağı olsa da, Azərbaycan bu baxımdan Yaxın Şərqin əsas neft ixrac edən ölkələrindən daha üstün mövqeyə malikdir və MDB məkanında da ön mövqedədir” – deyə A.Museyibov vurğulayıb.

Onun sözlərinə görə, enerji sistemlərinə olan tələb son illər qlobal miqyasda xüsusilə artır. Belə ki, 2000-ci illə müqayisədə iqtisadi artım (ÜDM ifadəsində) 60% olubsa, qlobal enerji tələbatı da buna müvafiq olaraq, 40% artıb. Məhz bu səbəbdən hər kəs üçün bərabər şərtlərlə, əlçatan və dayanıqlı enerji sisteminin qurulması xüsusi əhəmiyyətə malikdir. Koronavirus pandemiyasının da təsiri ilə hazırki dövrdə iqtisadi, maliyyə, tənzimləyici və infrastruktur baxımından dayanıqlılıq, sabitlik effektiv enerji sistemlərinə keçid üçün ilkin şərtlərdən hesab olunur.

Günün trendləri də effektiv enerji sistemlərinə keçid və iqtisadi inkişaf arasında birbaşa tətikləyici gücün olduğunu göstərir, yəni enerji keçidi iqtisadi inkişaf üçün faktor olduğu kimi, dayanıqlı iqtisadi inkişaf da enerji keçidi üçün əhəmiyyətli rol oynayır. Yeni enerji sistemlərinə keçidin bir parametri olaraq, enerji təhlükəsizliyi həm də ona görə xüsusilə əhəmiyyətli hesab olunur ki, hazırda təbii qaz neftdən fərqli olaraq, məhdud coğrafi məkanda paylanmışdır və dəyər zənciri də qeyri-adekvat hesab olunur. Bu baxımdan yeni enerji sistemlərinə istiqamətlənmə qlobal səviyyədə əhəmiyyətli hesab olunur. Bərpaolunan enerji növlərinə xərcləmələr artdıqca bu istiqamətdən əldə olunan enerjinin dəyəri də əhəmiyyətli dərcədə artır. Ancaq bununla belə hesabatda dünya ölkələrinə ətraf mühitin dayanıqlı inkişafı, siyasətlərin tənzimlənməsi, texnologiya və maliyyə yatırımlarına istiqamətlənmə də tövsiyə olunur.

Qeyd edək ki, bu il Dünya İqtisadi Forumunda da dünyanın müxtəlif regionlarından olan steykholderlər tərəfindən dayanıqlı iqtisadi inkişafa nail olmanın əhəmiyyəti xüsusi vurğulanıb. Bu baxımdan Azərbaycan iqtisadiyyatının əsas maliyyə mənbəyi karbohidrogen resurslarının istismarı ilə bağlı olsa da, 2016-cı ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasına dair qlobal təşəbbüsə qoşulub. Ümumilikdə isə bu istiqamətdə atdığı uğurlu addımlarla yeni bərpaolunan enerji sistemlərinin, ətraf mühitin qorunmasının və bu kontekstdə dayanıqlı inkişafa nail olmanın ölkəmiz üçün prioritet olmasını göstərib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Lavrov: MDB koronavirus pandemiyası ilə bağlı vaxtında addımlar atdı

Heydər Əliyev Mərkəzi MDB-də müasir incəsənət mərkəzlərinin top üçlüyünə daxil olub

MDB ölkələri Xəzərdə antiterror təlimləri keçirəcək

Dekabrda Azərbaycandan MDB ölkələrinə 92 milyon dollar dəyərində məhsul göndərilib

Ali Məhkəmədə MDB Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüş olub

Prezident İlham Əliyev Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib

Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb

MDB xüsusi xidmət orqanlarının rəhbərləri Daşkənddə toplaşırlar

Prezident İlham Əliyev MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edib

Bu gün Bakıda MDB üzv ölkələrinin Müdafiə Nazirləri Şurasının iclası başlayır

Vüsal Qasımlı: Azərbaycan qlobal istedad rəqabətliliyi indeksində MDB-də liderdir

Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək

MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası Minskdə keçirilir

Bakıda MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilir (FOTO)

MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası oktyabrın sonunda Bakıda keçiriləcək

Prezident İlham Əliyev: MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur

Vüsal Qasımlı: Azərbaycan MDB-də sosial göstəricilərə görə liderdir

Ukrayna Baş nazirinin müavini MDB-ni "uğursuzlar klubu" adlandırıb

Rusiya XİN Ukraynanın MDB-yə olan borcunun miqdarını açıqlayıb

MDB ölkələri oyunları tarixdə ilk dəfə 2020-ci ildə Kazanda keçiriləcək

29 May 2020, 22:05 (GMT +4)
Deputat: Yeni salınan şəhərciklər məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeridir

29 May 2020, 18:14 (GMT +4)
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

29 May 2020, 17:55 (GMT +4)
Mayın 31-dən dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır

29 May 2020, 17:54 (GMT +4)
Azərbaycanda bəzi qadağalar qüvvədə qalacaq - Siyahı

29 May 2020, 17:50 (GMT +4)
Restoran, kafe və çay evlərində xidmət saatları artırılır

29 May 2020, 17:46 (GMT +4)
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verilib

29 May 2020, 17:15 (GMT +4)
Xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi aradan qaldırılıb

29 May 2020, 17:10 (GMT +4)
Azərbaycanda iri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti bərpa olunur

29 May 2020, 17:01 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

29 May 2020, 17:00 (GMT +4)
Prezident İlham Əliyev Xorvatiyanın dövlət başçısını təbrik edib

29 May 2020, 16:50 (GMT +4)
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı açıqlanıb

29 May 2020, 16:40 (GMT +4)
Trampla Twitter-in qarşıdurması qızışıb – Prezidentin son paylaşımı məhdudlaşdırılıb

29 May 2020, 16:37 (GMT +4)
Nazirlər Kabineti: Maskadan istifadə etməmək məsuliyyətə səbəb olacaq

29 May 2020, 16:30 (GMT +4)
Azərbaycanda dayanacaqlarda maskadan istifadə məcburi oldu

29 May 2020, 16:25 (GMT +4)
Qoruyucu tibbi maskaların taxılması məcburi olan yerlərin siyahısı açıqlanıb

29 May 2020, 16:20 (GMT +4)
COVID-19 infeksiyasına qarşı mübarizədə ictimai nəzarət sistemi yaradılıb

29 May 2020, 16:08 (GMT +4)
Netanyahu Fələstin ərazilərinin İsrailə əlavə edilməsinin zamanını açıqlayıb

29 May 2020, 16:07 (GMT +4)
Azərbaycan dövlət sərhədinin bağlanması müddəti uzadılır

29 May 2020, 15:57 (GMT +4)
Kim Çen In Azərbaycan Prezidentini təbrik edib

29 May 2020, 15:40 (GMT +4)
“TariximİZ-Şərqin günəşi” onlayn forumu keçirilib (FOTO)

29 May 2020, 15:36 (GMT +4)
İradə İbrahimova: Ağac kəsənlər cəmiyyət qarşısında utansınlar

29 May 2020, 15:17 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı azalır, yoluxanlar sürətlə artır

29 May 2020, 15:15 (GMT +4)
Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb

29 May 2020, 15:01 (GMT +4)
Buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası açıqlanıb

29 May 2020, 14:45 (GMT +4)
Qonşusunun evindən qızıl oğurlayan Zaqatala sakini tutulub

29 May 2020, 14:30 (GMT +4)
Kolleclərə 47 734 nəfər sənəd verib

29 May 2020, 14:20 (GMT +4)
Sabirabad sakinindən 4 kq-a yaxın narkotik götürülüb

29 May 2020, 14:01 (GMT +4)
ADU tələbə qəbulu elan edib

29 May 2020, 13:38 (GMT +4)
Tramp Minnesotada gərginliyin davam edəcəyi təqdirdə «iğtişaşçılar»a atəş açılacağını deyib  (VİDEO)

29 May 2020, 13:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66