İŞİD əsarətində olan 11 nəfəri Suriya səhrasında edam edib - KİV19 May 2020, 11:05 (GMT +4) Bakı, 19 may, SalamNews, B.Samid. İŞİD terror təşkilatı Suriya səhrasında iki gün ərzində 11 nəfəri güllələyərək edam edib.
SalamNews xəbər verir ki, bu barədə müxalifət yönümlü “Suriya İnsan Hüquqları Monitorinq Qrupu” məlumat yayıb.
Mənbə bildirib ki, Suriya səhrasında qalan İŞİD dəstələri iki gün ərzində 11 nəfəri güllələyərək edam ediblər.
SİHMQ iddia edib ki, edam edilənlər Suriya Ordusu və müttəfiqlərinin qüvvələridir.
Əlavə edilib ki, onların cənazələri edam edildikdən sonra Dəməşq-Dirazzur yolunda tərk edilmiş vəziyyətdə tapılıb.
Qeyd edək ki, İŞİD terror təşkilatı Fəratın şərqində son ərazilərini 2019-da itirib. Fəratın qərbində Suriya hökumətinin nəzarətində olan ərazilərdə ölkənin əl-Badiyə səhrasında məhdud sayda İŞİD dəstələrinin qaldığı bildirilir.
|