Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

"İrəli" İctimai Birliyinə yeni sədr seçilib

19 May 2020, 17:26 (GMT +4)

Bakı, 19 may, SalamNews."İrəli" İctimai Birliyi onlayn formatda Hesabat-Seçki konfransı keçirib.

SalamNews xəbər verir ki, 300-ə yaxın gəncin qatıldığıvideokonfransda dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatları, media qurumlarının rəhbər şəxsləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransda ilk olaraq “İrəli” İctimai Birliyinin Baş katibi Şahin Rəhmanlı qurumun fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, fəaliyyətində milli maraqlara söykənən təşkilat gənclərdəvətənpərvərlik ruhunun, dövlətçilik prinsipinin aşılanmasına və onların ictimai həyatda aktivliyinin artırılmasına xüsusi diqqət yetirir. Hesabat dövrü ərzində “İrəli” İB-nin vətənpərvərlik, dövlətçilik və azərbaycançılığın təbliği üzrə onlarla müxtəlif layihə çərçivəsində 22600-dən artıq gənci əhatə etdiyi vurğulanıb. Qeyd olunub ki, yeni növ koronovirus pandemiyası şəraitində fəaliyyətini virtual məkanda davam etdirən “İrəli” İB online formatda 3 iri silsiləli layihə həyata keçirib və hazırkı hesabat-seçki konfransı da bu onlayn fəaliyyətin bir təzahürüdür.

Hesabat məruzəsindən sonra təşkilatın İdarə Heyətinə seçki keçirilib. Namizədlər haqqında təqdimat nümayiş olunubvə səsvermə prosesinə başlanılıb. İdarə Heyətinə üzvlər təsdiqləndikdən sonra Şahin Rəhmanlı səs çoxluğu ilə İctimai Birliyin İdarə Heyətinin yeni sədri seçilib.

Göstərilən yüksək etimada görə "İrəli" kollektivinə təşəkkür edən Şahin Rəhmanlı daim gənclərin yanında olacağını, bundan sonra da peşəkar komanda ilə İctimai Birliyin uğurları üçün çalışacağını bildirib. Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarını, elmi potensialını səmərəlişəkildə reallaşdırmalarını, cəmiyyətdə layiqli yer tutmalarını təmin edir, ölkəmizin dayanıqlı inkişafını şərtləndirir. Qeyd olunub ki, bu yaxınlarda dövlət başçısının müvafiq sərəncamı “İrəli” İB İdarə Heyətinin sabiq sədri MirHəsən SeyidovunNeftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması "İrəli" İctimai Birliyinin və dolayısı iləbütün gənclərin fəaliyyətinə verilən ən yüksək qiymətdir.Bu qiymət və diqqətə görə ölkə başçısına “İrəli” üzvləri adından minnətdarlığını bildirənŞahin Rəhmanlı vətənpərvər ölkə gənclərini ictimai fəallığa, təşəbbüskarlığa, sağlam həyat tərzi keçirməyə və daim dövlətçiliyimizin keşiyində durmağa səsləyib.

Daha sonra Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov, YAP Gənclər Birliyinin Sədri Seymur Orucov, AR Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova çıxış edərək “İrəli” İctimai Birliyinin bugünə kimi olan uğurlu fəaliyyətindən bəhs ediblər. Eyni zamanda “İrəli” İB-nin yeni sədri Şahin Rəhmanlını təbrik edib, birliyin bundan sonrakı fəaliyyətində uğurlar arzulayıblar.

Çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı MirHəsən Seyidov “İrəli” İB-nin daim ölkəmizin maraqlarını ön planda saxladığını, gənclərə düzgün istiqamət göstərərək onların milli-mənəvi dəyərlər ruhunda yetişməsinə nail olmağa çalışdığını vurğulayıb. Yeni İdarə Heyəti və təşkilatın sədri Şahin Rəhmanlını təbrik edən M.Seyidov təşkilata bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Sonda “İrəli” İB-nin üzvləri təşkilatın işində fəal iştirak etməyə, “İrəli”nin dəyər və prinsiplərini fəal təbliğ etməyə çağırılıblar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi” adlı layihəyə qeydiyyat başlayıb

Liviya münaqişəsi tərəfləri Mərakeşdə aparılan danışıqlarda nisbi irəliləyiş əldə ediblər

MN: Bu gün Azərbaycan Ordusu irəliləyərək yeni dayaq məntəqələrini azad edib

Müdafiə Nazirliyi: Düşmənin müqaviməti qırılıb, Ordumuz irəli gedib

Rusiya, ABŞ və Fransa Qarabağla bağlı sülhməramlı təşəbbüslər irəli sürəcək

Fələstinli hərəkatların İstanbuldakı danışıqlalarında mühüm irəliləyiş əldə edilib

Fransa Fələstin ərazilərilə bağlı İsrail qarşısında tələb irəli sürüb

Əfqanıstan hökuməti ilə Talibanın danışıqlarında mühüm irəliləyiş əldə edilib

Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində irəliləyib

“İrəli” İctimai Birliyi təcrübə proqramı elan edib

Saakaşvilinin Gürcüstan Baş naziri vəzifəsinə namizədliyi irəli sürülüb

Azərbaycan “Qarabağ”ın qələbəsi sayəsində UEFA reytinqində irəliləyib

"Roskosmos"un rəhbərinin müşavirinə qarşı ittiham irəli sürülüb

Tramp Kanye Vestin prezidentliyə namizədliyini irəli sürmək qərarını dəstəkləyib

Kanye Vest prezidentliyə namizədliyini irəli sürəcək

ÜST başçısı koronavirusun müalicəsində irəliləyiş əldə edildiyini elan edib

Bayden prezident seçkilərində namizədliyinin irəli sürülməsi üçün lazımi səs toplayıb

Merkel beşinci müddətə namizədliyini irəli sürməyəcəyini açıqlayıb

Ayətullah Xamenei Qüds günü ilə bağlı çıxış edərək münaqişənin həlli üçün təklif irəli sürüb

Oqtay Şirəliyev: Azərbaycanda koronavirusdan ölüm halları 1,2 faiz təşkil edib

27 Oktyabr 2020, 13:00 (GMT +4)
MN: Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur

27 Oktyabr 2020, 12:55 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

27 Oktyabr 2020, 12:51 (GMT +4)
Çex Respublikasında gecə küçəyə çıxmaq qadağan edilib

27 Oktyabr 2020, 12:45 (GMT +4)
DİN koronavirusla bağlı əhaliyə müraciət edib

27 Oktyabr 2020, 12:30 (GMT +4)
Azərbaycanda Ukraynanın birinci Fəxri konsulluğu açılır

27 Oktyabr 2020, 12:20 (GMT +4)
Tramp ABŞ-ın ÜST-ə qayıtmasını mümkün hesab edir

27 Oktyabr 2020, 12:15 (GMT +4)
DİN avtomobil sahiblərinə müraciət edib

27 Oktyabr 2020, 12:15 (GMT +4)
Şəkidə avtomobillərdən oğurluq edənlər saxlanılıb

27 Oktyabr 2020, 12:00 (GMT +4)
MN: Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır

27 Oktyabr 2020, 11:57 (GMT +4)
Gürcüstanda son sutkada 1,8 mindən çox insan koronavirusa yoluxub

27 Oktyabr 2020, 11:45 (GMT +4)
Milli Məclis Vəng kəndinin Çinarlı kəndi adlandırılmasını təsdiqləyib

27 Oktyabr 2020, 11:30 (GMT +4)
Bu hərbçimiz düşmənin atəş nöqtələrini dəqiqliklə məhv edir

27 Oktyabr 2020, 11:19 (GMT +4)
ABŞ İrana qarşı sanksiyaları genişləndirib

27 Oktyabr 2020, 11:15 (GMT +4)
Milli Məclisin plenar iclası başlayıb

27 Oktyabr 2020, 11:00 (GMT +4)
Azərbaycan nefti 40 dollara qədər ucuzlaşıb

27 Oktyabr 2020, 10:50 (GMT +4)
Türkiyə ATƏT-in Minsk Qrupunu Qarabağla bağlı "nəticəyə hesablanmış" danışıqlara çağırır

27 Oktyabr 2020, 10:40 (GMT +4)
Prezident: Gümrüdəki bazadan Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir

27 Oktyabr 2020, 10:35 (GMT +4)
İlham Əliyev hərbi əməliyyatların hansı şərtlər altında dayandırılacağını açıqlayıb

27 Oktyabr 2020, 10:25 (GMT +4)
Makron  vəziyyət üzərindəki nəzarəti tamamilə itirib - fransalı müxalifətçi

27 Oktyabr 2020, 10:23 (GMT +4)
Azərbaycan Prezidenti hərbi əməliyyatların hansı səbəblərdən başlandığını açıqlayıb

27 Oktyabr 2020, 10:15 (GMT +4)
XİN Ermənistanın uşaqları döyüşçü kimi istifadə etməsinə münasibət bildirib

27 Oktyabr 2020, 10:00 (GMT +4)
Dünya bazarlarında təbii qaz bahalaşıb

27 Oktyabr 2020, 09:50 (GMT +4)
Qondarma rejimin “müdafiə naziri” döyüşlərdə yaralanıb

27 Oktyabr 2020, 09:45 (GMT +4)
Ərdoğan: Təhlükəsizlik qüvvələrinin uğurlu əməliyyatı sayəsində terror təhlükəsi aradan qaldırılıb

27 Oktyabr 2020, 09:34 (GMT +4)
Dünyada son beş gündə koronavirusa yoluxma sayı 400 mini keçir

27 Oktyabr 2020, 09:34 (GMT +4)
Ermənistan Talış və Suqovuşanda “Euronews”un çəkiliş qrupunu raket atəşinə tutub

27 Oktyabr 2020, 09:20 (GMT +4)
ANAMA cəbhəyanı ərazilərdə top mərmisi, raket, bombacıqlar aşkarlanyıb

27 Oktyabr 2020, 09:14 (GMT +4)
Türkiyənin Hatay vilayətində terror aktı baş verib

27 Oktyabr 2020, 09:00 (GMT +4)
Ermənilərin döyüş texnikası məhv edilib və sıradan çıxarılıb

27 Oktyabr 2020, 08:15 (GMT +4)
Ermənistanın motoatıcı diviziyasının qərargah rəisi məhv edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66