Binəqədidə ikimərtəbəli ev yanıb21 May 2020, 10:17 (GMT +4) Bakı, 21 may, SalamNews.Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 160 m² olan ikimərtəbəli evin mətbəxində mebel 3 p.m və 3 ədəd məişət avadanlığı yanıb.
Fövqəladə Hallar Nazirliyindən SalamNews-a verilən məlumata görə, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 8 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
|