Hindistan və Banqladeşdə "Amfan" qasırğası 14 nəfərin həyatına son qoyub21 May 2020, 11:40 (GMT +4) Bakı, 21 may, SalamNews. Şərqi Hindistan və Banqladeşdə tüğyan edən "Amfan" qasırğası azı 14 nəfərin həyatına son qoyub. Yerli KİV-lərin məlumatına görə, təbii fəlakət nəticəsində minlərlə ev dağılıb.
SalamNews -un TASS-a istinadla verdiyi xəbərə görə, ən böyük zərbə Hindistanın əhalinin sıx yaşadığı Qərbi Benqaliya əyalətinə dəyib.
"Ştatın bütün cənub hissəsi zərər çəkib. Biz şokdayıq. Təbii fəlakətin vurduğu ziyanın hesablanması üç-dörd gün davam edəcəkdir. Siklon elektrik enerjisinin təchizatında problemlər yaradıb, bir çox ev, körpü dağılıb", - Qərbi Benqaliyanın baş naziri Mamata Banerji bildirib.
Onun sözlərinə görə, ştatda azı 10 nəfər həlak olub.
|