Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

«İran İslam inqilabı rəhbərinin Qarabağ və Qüds münaqişələrinin ədalətli həllinə dair baxışları» adlı məqalə dərc edilib

21 May 2020, 14:32 (GMT +4)

Bakı, 21 may, SalamNews, İranın Azərbaycandakı səfirliyinin rəsmi saytında “Qarabağ və Qüds münaqişələrinin ədalətli həllində İslam həmrəylinin rolu və əhəmiyyəti haqqında İran İslam inqilabı rəhbərinin baxışları” adlı məqalə dərc edilib.

SalamNews xəbər verir ki, İran İslam Respublikasının səfirliyi öz rəsmi saytında “Qarabağ və Qüds münaqişələrinin ədalətli həllində İslam həmrəylinin rolu və əhəmiyyəti haqqında İran İslam inqilabı rəhbərinin baxışları” adlı məqalə dərc edib.

Giriş, mətn və nəticə hissələrindən ibarət olan bu məqalədə Qarabağ münaqişəsinin Ayətullah Xamneyi üçün əhəmiyyəti və onun baxışları haqda fikirlər yer alıb.

Məqalədə deyilir:

“Hazırki təlatümlü dünyada bəşərin müxtəlif sahələrdə möcüzəvi inkişafına rəğmən sanki İslamdan əvvəlki cahiliyyət dövrü yeni bir formada meydana gəlmişdir. Hər gün günahsız insanların qətlə yetirilməsi, köməksiz qadınların və uşaqların didərgin düşməsi, müdafiəsiz müsəlmanların kütləvi şəkildə öldürülməsi və torpaqların işğal olunması haqqında ürəkdağlayan və əzabverici xəbərlər eşitməkdəyik. Təəssüf ki, bu faciələrin əksər qurbanları Suriya, İraq, Yəmən, Əfqanıstan, Bəhreyn, Myanmar və ... kimi İslam dövlətlərinin müsəlmanlarındır ki, İŞİD kimi təkfirçi-sionist qruplar, yaxud Ali-Səud kimi zahirdə müsəlman olan bəzi dövlətlər tərəfindən qana bulanır və öz ev-eşiklərindən didərgin düşürlər.

Bu aci hadisələr elə bir şəraitdə baş verir ki, İslam dünyasının bədənində başqa yaralar, o cümlədən Fələstin, Kəşmir və Qarabağ yaraları da vardır və bu şəraitdə təbiidir ki, İslam ümmətinin dərin yaralarına bir məlhəm olacaq şəfaverici məcun tapmaq lazımdır. Doğrudan da müsəlmanlar arasında vəhdət və həmrəylikdən başqa daha daha faydalı və təsirli məlhəm tapmaq olarmı?

İran İslam Respublikası yaranandan bəri daim İslam ümməti arasında həmrəyliyin yaranması və möhkəmlənməsi üçün çalışmış və bu yolda əlindən gələni əsirgəməmişdir. Həzrət Peyğəmbərin (s) mövludu günlərinin “Vəhdət həftəsi” adlandırılması, müsəlmanların ilk qibləsini işğal edənlərə qarşı mübarizənin koordinasiya edilməsi məqsədilə İmam Xomeyni (r) tərəfindən mübarək Ramazan ayının son cümə gününün “Beynəlxalq Qüds günü” elan edilməsi, Həzrət Ayətullah Xamneyi tərəfindən “İslam məzhəblərinin yaxınlaşdırılması assambleyası”nın yaradılması və “Beynəlxalq vəhdət həftəsi” konfranslarının müntəzəm şəkildə keçirilməsini təkidlə vurğulaması İran islam Respublikası rəhbərlərinin bu barədə təsirli fəaliyyətlərindəndir. Bundan əlavə, son otuz ilə yaxın dövrdə İranın ali rəhbəri daim İslam dünyasında münaqişələrin həlli və sıxıntıların aradan qaldırılmasına kömək məqsədilə İslam ölkələri arasında həmrəylik və vəhdətin vacibliyini təkidlə vurğulamışdır. 

Bu məqalənin “İslam həmrəyliyi və Qarabağ” mövzusunda təqdim olunduğunu nəzərə alaraq Ayətullah Xamneinin bu barədə olan baxışlarını və bəyanatlarını yenidən gözdən keçirmək və onun Qarabağ münaqişəsinin həlli üçün İslam vəhdətinin yaradılması yolunda dəyərli səylərini xatırlatmaq vacib görünür.

İran İslam inqilabı rəhbərinin mövqeyi və baxışı

1. Həzrət Ayətullah Xamnei dünyanın ən nüfuzlu dini və siyasi şəxsiyyətlərindən biri kimi İslam ölkələrinin və təşkilatlarının, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının (əvvəllər “İslam Ölkələri Konfransı” adı ilə fəaliyyət göstərirdi) potensialından istifadə edilməsini təkidlə vurğulamışdır. O, 1997-ci il 9 dekabr tarixində İslam İslam Respublikasında keçirilən İslam ölkələri rəhbərlərinin  səkkizinci sammitinin açılış mərasimində İslam ölkələrinin yüksək rütbəli şəxslərinin Tehranda olması fürsətindən istifadə edərək özünün mühüm və tarixi çıxışında Qarabağ münaqişəsinə işarə edərək buyurdu: “Qarabağda və dünyanın bəzi başqa yerlərində müsəlmanlar sıxıntıdadırlar. İslam Ölkələri Konfransı xüsusi komitələr vasitəsilə bu işlərə diqqət ayıra və bütün üzvlərin iştirak etdiyi təsirli bir fəaliyyətlə problemi həll edə bilər.” Göründüyü kimi İranın Ali rəhbəri bu mühüm toplantıda Qarabağ münaqişəsinin həlli üçün konkret bir təkliflə, yəni xüsusi komitələrin təşkil edilməsi və bütün üzvlər arasında birliyin yaradılması təklifi ilə çıxış etmişdir. Bu təklif sonralar müxtəlif formalarda “İslam Ölkələri Konfransı”nın Qarabağ münaqişəsi ilə əlaqədar qətiyyətli mövqe ortaya qoyması ilə nəticələndi.

Ali rəhbərin çıxışından bir gün sonra Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyev 1997-ci il 10 dekabr tarixindı Ayətullah Xamneyi ilə görüşündə onun çıxışını mənalı, müdrik və iftixar edilməli bir çıxış adlandırdı və Azərbaycan Respublikasını İslam dünyasının ayrılmaz hissəsi adlandıraraq dedi: “Biz də öz iranlı qardaşlarımız kimi sionistləri bütün müsəlmanlar üçün təhlükəli bilirik və inanırıq ki, sionizm biz müsəlmanların ümumi düşmənidir.”

2. Həzrət Ayətullah Xamnei Qarabağ münaqişəsi barəsində İslam həmrəylinin yaradılması yolunda İslam ölkələri rəsmiləri ilə görüş fürsətindən də istifadə edirdi. Belə ki, o, 1994-cü il 11 sentyabr tarixində Pakistanın o dövrki prezidenti Faruq Əhmədxan Loğari ilə görüşdə Kəşmir, Fələstin, Bosniya və Qarabağda müsəlmanların hüquqlarının pozulmasına göz yumduqlarına görə ABŞ-ı və insan hüquqları tərəfdarı olduqlarını iddia edən beynəlxalq birliyi pislədi. Təbiidir ki, İslam inqilabı rəhbərinin İslam dünyasındakı nüfuzunu nəzərə alaraq onun Qarabağın müsəlman əhalisinin hüquqlarının pozulamsına diqqət ayırması və bunu Fələstin məsələsi ilə bir sırada səsləndirməsi İslam dünyasının, həmçinin İslam dövlətlərinin ictimai rəyinin Qarabağ məsələsinə yönəlməsində xüsusi rolu olmuşdur. Doğrudur, Ayətullah Xamnei bu sözləri ilə yalnız İslam dünyasını deyil, dolayısı ilə bütün dünya ölkələrini və insan hüquqları təşkilatlarını Qarabaq məsələsində konstruktiv mövqe tutmağa dəvət etmişdir.  

3. İran İslam inqilabı rəhbəri Qarabağ münaqişəsinin həlli istiqamətində İslam həmrəhliyinin yaradılması üçün Həcc ziyarəti günlərinə xüsusi önəm vermişdir. O, Həcc ziyarətini Qarabağ müsəlmanlarının məzlumiyyət səslərinin bütün müsəlmanların qulağına çatdırılması üçün münasib fürsət bilmiş və böyük Həcc konqresinə ünvanladığı çoxsaylı müraciətlərində, həmçinin bu İlahi mərasimi təşkil edənlərlə görüşündə Qarabağ münaqişəsi və İslam dünyasının bu məsələyə diqqət ayırmasının vacibliyi barədə çox mühüm sözlər bəyan etmişdir.

3.1. Həzrət Ayətullah Xamnei 1992-ci il 3 iyun tarixində özünün adətən dünyanın önəmli media qurumlarının diqqət mərkəzində olan Həcc ziyarətində olanlara etdiyi xüsusi müraciətində Şərqin super dövləti olan SSRİ-nin süqutuna və ABŞ-ın islamafobiya fəaliyyətinin artmasını qeyd edərək müraciətinin iki ayrı yerində Qarabağ məsələsinə işarə etmişdir. Əvvəlcə o, Qarabağ müharibəsini o dövrün ən acı və qəmli hadisələri sırasında tanıtdırmış, sonra müraciətinin önəmli bir yerində təkidlə vurğulamışdır: “Qafqaz regionunda da bəzi ölkələr azca təzyiqlər göstərməklə Qarabağ müsəlmanlarının qətlə yetirilməsinə mane ola bilərdilər, lakin onlar nəinki heç bir ciddi iş görmədilər, əksinə, İran İslam Respublikasının vasitəçilik səylərini sui-qəsd və müxalifətlə hədəf aldılar və Qafqazın yenicə müstəqillik əldə etmiş xalqların taleyinə etinasız olduqlarını bir daha sübut etdilər.”

SSRİ-nin dağılmasından az sonra qəbul olunan bu müraciətdə Ali rəhbər sionist rejimin cinayətləri, Fələstin xalqı və bəzi rəhbərlərinin vaxtında müqavimət göstərmədikləri nəticəsində Fələstinin başına gələn bəlalara işarə edərək və İslam müqavimətinin sionistlər müqablində şəcaət və fədakarlığını tərifləyərək buyurdu: “Kommunistlərin 70 il anti-islam təbliğatı apardığı yeni müstəqillik əldə etmiş respublikalarda İslam haqqında isti və həyəcanla danışılır, lakin İslama zidd olan qüvvələr bu ölkələrdə İslam funtamentalizmi təhlükəsindən bəhs edir və onların ən şirin bağlılıqlarını təhlükə kimi qələmə verirlər.”

Göründüyü kimi Həzrət Ayətullah Xamnei yenicə müstəqillik əldə etmiş respublikaların problemlərinin həlli üçün İslam həmrəyliyinin formalaşması yolunda maneələrə işarə edərək Fələstin məsələsindən ibrət almağı, anti-islami qüvvələrinin sui-qəsdlərindən xəbərdar olmağı və İslami potensialdan, o cümlədən İslam birliyindən faydalanmağı Qarabağ münaqişəsi kimi problemlərin həlli üçün münasib həll yolu olaraq təqdim edir.

3.2. Ali rəhbər 1994-cü il 14 may tarixində də böyük Həcc mərasiminə ünyanladığı müraciətində Qarabağ münaqişəsinə işarə edir və ABŞ kimi bəzi güclərin müsəlmanlara qarşı zahirdə tərəfsiz, əməldə isə düşmənçilik mövqeyini tənqid edərək bildirib: “Məzlum müsəlmanların münaqişənin bir tərəfi olduğu və düşmənlərin zülmünə və təzyiqinə məruz qaldığı bütün münaqişələrdə ABŞ-ın və onun İngiltərə kimi Avropalı müttəfiqlərinin izləri görünür, buna misal olaraq ağrılı Kəşmir və Qarabağ münaqişələrini göstərmək olar.”

3.3. İslam inqilabının rəhbəri 1994-cü il 20 aprel tarixində Həcc ziyarətini təşkil edənlərlə keçirilən görüşdə Qarabağın Azərbaycan məxsus olduğunu vurğulayaraq buyurdu: “Elə bizim öz yaxınlığımızda, Azərbaycan Respublikasının Qarabağ regionunda müsəlmanların başlarına gətirilənlər elə o (serblərin Bosniya və Hersoqoviniyada törətdiyi cinayətlər) faciələr kimidir.  ”

4. Ali rəhbər 1993-cü il 26 iyun tarixində Təbrizə səfəri çərçivəsində Qarabağ məsələsinə toxunaraq buyurdu: “Ermənistan dövləti və Qarabağ erməniləri bu regionun müsəlmanlarına zülm və sitəm edirlər. Biz Qarabağ ermənilərinin Ermənistan dövlətinin köməyi ilə etdiyi son əməllərini pisləyirik və gözləntimiz budur ki, bizim ölkəmizin daxilində olan ermənilər də bu əməlləri pisləsinlər.”

5. İslam inqilabının rəhbəri Azərbaycan Respublikasının o dövrkü prezidenti Heydər Əliyevlə görüşdə Azərbaycan Respublikası xalqının öz torpaqlarını təcavüzkarlar qarşısında müdafiə etməyi dini prinsip olaraq vurğulamış və prezident Əliyevə xitabən demişdir: “Azərbaycan Respublikası əhalisi ermənilərin təcavüzünə məruz qalmışdır və Ermənistan dövləti bu hadisədə təcavüzkardır. İran erməniləri də keçmişdə Ermənistan dövlətini bu təcavüzkarlığına görə pisləmişdir. Ümid edirik bu müharibə tezliklə haqq cəbhəsinin qələbəsi ilə sona çatacaqdır.”

Prezident Heydər Əliyev bu görüşdə demişdir: “Azərbaycan Respublikası xalqı 70 il kommunist hakimiyyəti dövründə yaşamasına baxmayaraq heç vaxt öz milli adət-ənənəsini və əqidələrini unutmamış və müqəddəs İslam dinini öz qəlblərində qoruyub saxlamışdır.”

Bu görüş barəsində önəmli olan budur ki, Ali rəhbər Azərbaycan Respublikasının müsəlman və şiə əhalisinin missiyasına təkid edərək onların öz torpaqlarını müdafiə etməsini dini bir vəzifə hesab etmiş və əslində İslam torpağının can qurban etmək və şəhid vermək bahasına da olursa olsun qorumağın vacibliyini qeyd etmişdir. Bundan əlavə, Həzrət Ayətullah Xamnei təcavüzkarın kimliyini bildirməklə və bu işi pisləməklə, həmçinin Azərbaycan Respublikasını haqq cəbhəsi hesab etməklə Qarabağ münaqişəsi barəsində İran İslam Respublikasının mövqeyini açıq şəkildə bəyan etmişdir.

Nəticə:

Qarabağ münaqişəsi SSRİ-nin etnik siyasətinin acı nəticələrindən biri kimi bu regionun sakinləri üçün çoxsaylı maddi və mənəvi faciələrə səbəb olmuşdur. Bu münaqişə yaranandan indiyə qədər müxtəlif səbəblərdən, o cümlədən münaqişə tərəflərinin İran islam Respublikası ilə qonşu olması, tarixi və mədəni ortaqlıqlara malik olmaları və bundan da önəmlisi Ali rəhbərin Qarabağ müsəlmanlarının vəziyyətinə həssaslıqla yanaşması və bundan narahat olması səbəblərindən ölkəmizin xarici siyasətinin diqqət mərkəzində olmuşdur.

İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini rəsmən tanıyan ilk ölkələrdən biri kimi Qarabağ münaqişəsi başlayan andan tərəflər arasında davamlı vasitəçilik fəaliyyəti ilə münaqişənin miqyasının genişlənməsinə mane oldu. Bu səylər 1992-ci ilin 7 may tarixində Tehranda Azərbaycanın və Ermənistanın o dövrkü rəhbərlərinin bəyanat imzalaması ilə nəticələndə. Lakin münaqişənin bitməsi ilə razılaşmayan və İran İslam Respublikasının konstruktiv rol oynamasına qarşı olan bəzi region ölkələrinin təxribatı səbəbindən İranın bu təşəbbüsü Tehran bəyanatına zidd olaraq Ermənistan tərəfindən atılan addımlardan və Şuşanın işğalından sonra nəticəsiz qaldı. Doğrudur, İslam Respublikası vasitəçilik fəaliyyətinə paralel olaraq Qarabağın müsəlman qaçqınlarının acılarını azaltmaq üçün heç bir köməkliyi əsirgəmədi. Qarabağ qaçqınları üçün 100 min nəfərlik qaçqın düşərgəsinin salınması və onların ilkin ehtiyaclarının və təhlükəsizliklərinin təmin edilməsi, həmçinin İmam Xomeyni (r) İmdad komitəsinin uzun illər ərzində bəzi qaçqınların maddi təminatını təyata keçirməsi İran İslam Respublikasının İslam həmrəyliyi amalına əsasən həyata keçirdiyi dəstək fəaliyyətlərindən bəzi nümunələr hesab olunur.

İran İslam Respublikası dövləti keçən illər ərzində Ali rəhbərin təyin etdiyi siyasətə əsasən daim Azərbaycan Respublikasının ərazi bütövlüyünü, Qarabağ münaqişəsinin beynəlxalq prinsiplər və beynəlxalq sərhədlərin qorunması əsasında ədalətli həl edilməsini təkidlə vurğulamışdır. Ölkəmiz daim beynəlxalq təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir.

Qarabağ və digər beynəlxalq münaqişələrin ədalətli həllinə dəstək üçün İslam həmrəyliyi məsələsinin gündəmdə saxlanılması İran İslam Respublikasının xarici siyasətinin prioritetlərindəndir. İran İslam Respublikasının araşdırma mərkəzləri, elm və mədəniyyət xadimləri müxtəlif elmi konfranslar və toplantılar təşkil etməklə, həmçinin Azərbaycan Respublikasının elm və mədəniyyət mərkəzlərinin təşkil etdiyi toplantılarda iştirak etməklə Qarabağ münaqişəsinin həlli istiqamətində addım atırlar.” 

 

 

 

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Qarabağ böhranının həlli regionda sülh və dostluq imkanları yaradıb – Cavad Zərif

Lavrov: Rusiya Qarabağdakı vəziyyətlə bağlı İranla dialoqu dərinləşdirməkdə maraqlıdır

İranın xarici işlər naziri Bakıdan sonra Moskvaya gedir

Azərbaycan Qarabağda vuruşan 17 muzdlu döyüşçü barəsində axtarış elan edib

Prezident: Azad edilmiş ərazilərin yenidən qurulmasında İran şirkətlərini görməyə çox şad olarıq

İran XİN başçısı: “Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğala son qoyulmasından sonra artıq normal vəziyyət mövcuddur”

Mikayıl Cabbarov: Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına təkan verəcək

İrana məxsus bir tanker İndoneziya sahillərində saxlanılıb

Azərbaycan və İran XİN başçılarının görüşü başlayıb

Vüsal Qasımlı: "İnkişafın Qarabağ modeli qurulacaq"

Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib (VİDEO)

İranın xarici işlər naziri Bakıya gəlib (FOTO)

Ballistik raketlər İranın müdafiə məsələsidir, heç vaxt müzakirə obyekti ola bilməz – Abbas Əraqçi

İran koronavirusa qarşı peyvəndlərin kütləvi şəkildə vurulmasına gələn həftələrdə başlayacaq - Ruhani

İranda son sutkada 75 nəfərin Covid-19 virusundan ölümü qeydə alınıb

Cavad Zərif: Tramp getdi, amma İran və qonşuları qaldı

Azərbaycan və Fransa XİN başçıları Qarabağ bəyanatını müzakirə edib

"Nar" Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir

İranda 20 Yanvar hadisələri ilə bağlı anım tədbiri keçirilib (FOTO)

İranın Bakıdakı Səfirliyi 20 yanvar faciəsilə bağlı başsağlığı verib

26 Yanvar 2021, 15:58 (GMT +4)
Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edilib

26 Yanvar 2021, 15:56 (GMT +4)
Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edilib

26 Yanvar 2021, 15:48 (GMT +4)
Bakıda COVID-19-a yoluxma göstəricisi açıqlanıb

26 Yanvar 2021, 15:38 (GMT +4)
Xaçmazda qızıl mağazasından oğurluq edən şəxs saxlanılıb

26 Yanvar 2021, 15:27 (GMT +4)
Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan azyaşlının meyiti tapılıb

26 Yanvar 2021, 15:15 (GMT +4)
Qarabağ böhranının həlli regionda sülh və dostluq imkanları yaradıb – Cavad Zərif

26 Yanvar 2021, 15:14 (GMT +4)
ABŞ Ali Məhkəməsi Trampa qarşı qaldırılmış korrupsiya iddialarını bağlayıb

26 Yanvar 2021, 15:06 (GMT +4)
Təhsil Nazirliyi: Heç bir müəllim məcburi peyvənd olunmayacaq

26 Yanvar 2021, 14:54 (GMT +4)
Dövlət başçısı: “Azərbaycanda internet azaddır, heç bir senzura, heç bir məhdudiyyət yoxdur”

26 Yanvar 2021, 14:41 (GMT +4)
İnternatlardakı 38 uşaq ailəsinə qaytarılıb, 27 uşaq isə övladlığa verilib

26 Yanvar 2021, 14:31 (GMT +4)
Prezident: Ya Laçın, ya Kəlbəcər rayonlarının ərazisində ikinci beynəlxalq hava limanı inşa ediləcək

26 Yanvar 2021, 14:22 (GMT +4)
Laçın polisi qanunsuz ov edən şəxsi saxlayıb

26 Yanvar 2021, 14:15 (GMT +4)
Prezident İlham Əliyev Rəşad Nəbiyevi videoformatda qəbul edib

26 Yanvar 2021, 14:11 (GMT +4)
Lavrov: Rusiya Qarabağdakı vəziyyətlə bağlı İranla dialoqu dərinləşdirməkdə maraqlıdır

26 Yanvar 2021, 14:06 (GMT +4)
Azərbaycan əhalisinin ən çox hansı xəstəliklərdən əziyyət çəkdiyi məlum olub

26 Yanvar 2021, 13:55 (GMT +4)
Xəzər dənizində zəlzələ olub

26 Yanvar 2021, 13:52 (GMT +4)
Rusiya Baş nazirinin keçmiş müavini Sergey Prixodko vəfat edib

26 Yanvar 2021, 13:44 (GMT +4)
Cavad Zərif Moskva səfərində: Altı tərəfli əməkdaşlıq birliyi təşkil etmək niyyətindədiyk

26 Yanvar 2021, 13:40 (GMT +4)
Xırdalanda yaşayış evində baş verən partlayışla bağlı cinayət işi başlanıb

26 Yanvar 2021, 13:26 (GMT +4)
İlk dəfə olaraq, İsrail naziri Sudana rəsmi səfərə gedib

26 Yanvar 2021, 13:25 (GMT +4)
Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib

26 Yanvar 2021, 13:20 (GMT +4)
Prezident İlham Əliyev “Azərkosmos”un sədrini vəzifəsindən azad edib

26 Yanvar 2021, 13:17 (GMT +4)
Rusiyada koronavirusdan ölənlərin sayı 70 min nəfəri keçib

26 Yanvar 2021, 13:15 (GMT +4)
Ramin Quluzadə nazir vəzifəsindən azad edilib

26 Yanvar 2021, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

26 Yanvar 2021, 12:47 (GMT +4)
Gürcüstanda son sutkada 25 nəfər koronavirusdan ölüb

26 Yanvar 2021, 12:45 (GMT +4)
Hikmət Hacıyev: Azərbaycan təqribən 1200 erməni hərbi qulluqçusunun cəsədini erməni tərəfinə qaytarıb

26 Yanvar 2021, 12:30 (GMT +4)
Cəbrayıl, Füzuli və Ağdam rayonlarında 2200 hektardan çox ərazi minalardan təmizlənib

26 Yanvar 2021, 12:21 (GMT +4)
Yeni ABŞ hökuməti Yəmənin Ənsarulla hərəkatı ilə müamilələlərin həyata keçirilməsinə icazə verib

26 Yanvar 2021, 12:15 (GMT +4)
Energetika Nazirliyinin Çağrı Mərkəzinə ötən il 2 566 müraciət daxil olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66