Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

İranın Bakıdakı səfirliyi Beynəlxalq Qüds Günü ilə bağlı mətbuata açıqlama verib

21 May 2020, 15:23 (GMT +4)

Bakı, 21 may, SalamNews. “Beynəlxalq Qüds Gününün (22.05.2020) İran İslam Respublikasının qurucusu tərəfindən elan olunması mühasirədə olan və qaçqın düşmüş Fələstin xalqına qarşı zülmün xatırlanması və onların qəsbkar sionist rejimin 70 illik zülm, təcavüz və cinayətindən qurtulmaq üçün səslərinin dünyaya çatdırılması məqsədi daşıyır.”

SalamNews xəbər verir ki, bu barədə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Beynəlxalq Qüds Günü münasibəti ilə mətbuat açıqlamasında deyilib.

Bəyanatda bildirilir:

“Beynəlxalq Qüds Gününün 41-ci ildönümündə Fələstin məsələsi öz taleyində həssas bir mərhələyə qədəm qoymuşdur. Hazırda sionist rejim ABŞ prezidentinin "Əsrin müqaviləsi" və ABŞ səfirliyinin Qüdsə köçürülməsi bəhanəsindən istifadə edərək çalışır ki, İordan çayının qərb sahillərini işğal olunmuş ərazilərə ilhaq etməklə Fələstin xalqına qarşı dağıdıcı və qeyri-insani hərəkətlərini davam etdirsin.

İran İslam Respublikası Beynəlxalq Qüds Günündə Fələstin xalqının azadlıq mübarizəsi ilə tam həmrəy olduğunu bəyan edir, sülh iddiası ilə səslənən "əsrin müqaviləsi" kimi hiyləgər planları rədd edir, İslam dünyasında əsas məsələ olaraq Fələstinin tam azad edilməsinin əhəmiyyətini və sionist rejimin işğal və ekspansionizminə qarşı mübarizə aparmağın vacibliyini vurğulayır.

Şübhəsiz Həmas lideri tərəfindən "Qüds şəhidi" adlandırılan general şəhid Süleymaninin ABŞ terror qüvvələri tərəfindən öldürülməsi daha böyük qələbələrin başlanğıcı olacaq və "Qüds şəhidi"nin qanı işğal olunmuş ərazilərin və Qüdsün azad olunmasını sürətləndirəcəkdir.

Fələstin, Qarabağ və İslam dünyasının digər münaqişələrinin həllinə dəstək üçün İslam həmrəyliyi məsələsinin diqqət mərkəzində saxlanması İran İslam Respublikasının xarici siyasətinin prioritetlərindəndir.

İslam inqilabı rəhbərinin İslam dünyasındakı xüsusi mövqeyini nəzərə alaraq onun Qarabağın müsəlman əhalisinin hüquqlarının pozulamsına diqqət ayırması və bunu Fələstin məsələsi ilə bir sırada səsləndirməsi İslam dünyasının, həmçinin İslam dövlətlərinin ictimai rəyinin Qarabağ məsələsinə yönəlməsində xüsusi rolu olmuşdur.

İran İslam Respublikası dövləti keçən illər ərzində Ali rəhbərin təyin etdiyi siyasətə əsasən daim Azərbaycan Respublikasının ərazi bütövlüyünü, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq prinsiplər əsasında ədalətli həll edilməsini təkidlə vurğulamışdır. Ölkəmiz daim beynəlxalq təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir.”


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ballistik raketlər İranın müdafiə məsələsidir, heç vaxt müzakirə obyekti ola bilməz – Abbas Əraqçi

İran koronavirusa qarşı peyvəndlərin kütləvi şəkildə vurulmasına gələn həftələrdə başlayacaq - Ruhani

Bakıda 6 evdən oğurluq edən şəxs saxlanılıb

İranda son sutkada 75 nəfərin Covid-19 virusundan ölümü qeydə alınıb

Cavad Zərif: Tramp getdi, amma İran və qonşuları qaldı

Ötən il Bakıda baş verən yol qəzaların sayı açıqlanıb

Bakı, Sumqayıt və Abşeronda şagirdlər həftədə 3, digər bölgələrdə isə 4-5 dəfə məktəbə gedəcək

Türkiyə Xəzər dənizi üzrə Bakı-Aşqabad razılaşmasını alqışlayır

Bakıda körpünün üzərində 11 avtomobil toqquşub, xəsarət alanlar var

Cavad Zərif yanvarın 24-ü Bakıya səfər edərək Azərbaycan Respublikasının prezidenti ilə görüşəcək

İranda 20 Yanvar hadisələri ilə bağlı anım tədbiri keçirilib (FOTO)

Bakıda bəzi yollarda sürət həddi endirilib

Bakıda yataqxana binasında yanğın olub

Bakı metrosunda qatarlar 20 Yanvar şəhidlərinin xatirəsinə matəm fiti verib

Cavad Zərif gələn həftə Bakıya gəlir

İranın Bakıdakı Səfirliyi 20 yanvar faciəsilə bağlı başsağlığı verib

İran Co Bayden Administrasiyası ilə təmasların qurulmasını təkzib edib

İran Silahlı Qüvvələri son 20 gündə beşinci hərbi təlimini keçirir

Azərbaycan və İran Araz çayı üzərində SES-lərin tikintisinə dair razılığa gəlib

Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib

24 Yanvar 2021, 10:19 (GMT +4)
İŞİD İraqda Haşd-Şabi təhlükəsizlik qüvvələrinə hücum edib, 11 hərbçi həlak olub

24 Yanvar 2021, 10:06 (GMT +4)
AMEA prezidentinin Nadir Şah haqda kitabı Moskvada nəşr edilib

23 Yanvar 2021, 18:19 (GMT +4)
ABŞ-da koronavirusdan ölənlərin sayı ikinci dünya müharibəsində ölənlərin sayından çoxdur

23 Yanvar 2021, 17:06 (GMT +4)
Rusiya DİN Moskvada keçirilən icazəsiz aksiyalarla bağlı açıqlama yayıb

23 Yanvar 2021, 17:00 (GMT +4)
Azərbaycanda neft hasilatı artacaq

23 Yanvar 2021, 16:58 (GMT +4)
Moskvada müxalifətçilərin həbsləri başlayıb (VİDEO)

23 Yanvar 2021, 16:50 (GMT +4)
Ukraynada ötən gün 5000-dək COVID-19 xəstəsi qeydə alınıb

23 Yanvar 2021, 16:50 (GMT +4)
MN: Vətən müharibəsindən qayıdanlarla bağlı komissiya 5 298 müraciətə baxıb

23 Yanvar 2021, 16:45 (GMT +4)
İsmayıl Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib

23 Yanvar 2021, 16:40 (GMT +4)
Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti sabah Strasburqa yola düşəcək

23 Yanvar 2021, 16:30 (GMT +4)
Rusiya fondu “Sputnik V” peyvəndinin Türkiyədə istehsalına dair razılığa gəlib

23 Yanvar 2021, 16:30 (GMT +4)
SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqlənib

23 Yanvar 2021, 16:26 (GMT +4)
Ballistik raketlər İranın müdafiə məsələsidir, heç vaxt müzakirə obyekti ola bilməz – Abbas Əraqçi

23 Yanvar 2021, 16:15 (GMT +4)
Prezident SOCAR-ın idarə edilməsinin təkmilləşdirilməsinə dair fərman imzalayıb

23 Yanvar 2021, 16:00 (GMT +4)
S&P: 2021-ci ildə manatın məzənnəsi sabit qalacaq

23 Yanvar 2021, 15:45 (GMT +4)
Abşeronda silsilə oğurluqlar edən şəxs saxlanılıb

23 Yanvar 2021, 15:40 (GMT +4)
Pekində ÜST normasından 8 dəfə artıq hava çirkliliyi qeydə alınıb

23 Yanvar 2021, 15:30 (GMT +4)
Azərbaycanda 22 kq-dan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

23 Yanvar 2021, 15:25 (GMT +4)
İran koronavirusa qarşı peyvəndlərin kütləvi şəkildə vurulmasına gələn həftələrdə başlayacaq - Ruhani

23 Yanvar 2021, 15:15 (GMT +4)
Salyan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru həkimlərin maaşını mənimsəyib

23 Yanvar 2021, 15:09 (GMT +4)
Ermənistanda yol qəzasında rusiyalı əsgər ölüb

23 Yanvar 2021, 15:00 (GMT +4)
ƏƏSMN: 2 783 şəhidin ailə üzvünə sosial ödənişlər təyin olunub

23 Yanvar 2021, 14:45 (GMT +4)
Əli Abbasova AMEA-da yeni vəzifə verilib

23 Yanvar 2021, 14:30 (GMT +4)
Azərbaycan nefti 1%-ə yaxın ucuzlaşıb

23 Yanvar 2021, 14:15 (GMT +4)
MN Cəbrayıl rayonunun Aşağı Maralyan kəndindən videogörüntülər yayıb (VİDEO)

23 Yanvar 2021, 14:15 (GMT +4)
 Almaniyada son sutkada 16.417 yeni koronavirusa yoluxma aşkar edilib

23 Yanvar 2021, 14:02 (GMT +4)
Yəməndən Səudiyyə Ərəbistanın paytaxtına ballistik raket atılıb (VİDEO)

23 Yanvar 2021, 14:00 (GMT +4)
Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Qubada dəfn olunub (FOTO)

23 Yanvar 2021, 13:56 (GMT +4)
Kanada Baş naziri və Bayden fevral ayında görüşməyi planlaşdırır

23 Yanvar 2021, 13:45 (GMT +4)
Azərbaycanda ötən il 183 ton yod istehsal edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66