Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Ceyhun Bayramov tələbələrlə videogörüş keçirib

21 May 2020, 16:30 (GMT +4)

Bakı, 21 may, SalamNews.Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəal üzvləri ilə videogörüş keçirib.

Ceyhun Bayramov tələbələrə pandemiya dövründə Azərbaycan hökuməti tərəfindən müvafiq istiqamətlər üzrə atılmış addımlar barədə ətraflı məlumat verib, ali və orta ixtisas təhsili müəssisələrində məsafədən tədrisin təşkili yönündə həyata keçirilən təbdirlər barədə danışıb. Bildirilib ki, təklif edilən onlayn platformalara 100 mindən artıq tələbə və professor-müəllim heyəti qoşulub, həmin platformalar üzərindən təlim-tədris prosesi uğurla təşkil edilib. Tələbələr iyun-iyul aylarında keçiriləcək imtahan sessiyasında iştirak edəcək, imtahanlara hansısa səbəbdən hazır olmayanlar üçün isə avqust-sentyabr aylarında icmal mühazirə və imtahanlar təşkil ediləcək.

Sosial baxımdan həssas əhali qrupuna aid ailələrin üzvləri olan tələbələrin təhsil haqlarının 2020-ci ildə dövlət hesabına ödənilməsi barədə qərara toxunan nazir deyib ki, Təhsil Nazirliyi tərəfindən bu məqsədlə yaradılmış e-telebe.edu.az elektron portalı üzərindən artıq 7 minə yaxın tələbə qeydiyyatdan keçərək sənədlərini təqdim edib. Eyni zamanda qeyd edilib ki, ölkə başçısı tərəfindən ötən il imzalanmış müvafiq fərman və sərəncamlara uyğun olaraq hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir.

Nazir həmçinin 18 may 2020-ci il tarixində Nazirlər Kabineti tərəfindən qəbul edilmiş “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarla bağlı da geniş məlumat verib.

Sonra Təhsil naziri tədrisin məsafədən təşkili, təhsil haqqının ödənilməsi, təqaüdlərin verilməsi ilə bağlı tələbələri maraqlandıran sualları cavablandırıb, təkliflərə münasibətini bildirib.

Qeyd edək ki, ATGTİ hazırda Azərbaycanın 101 ali və orta ixtisas təhsil müəssisəsində fəaliyyət göstərən Tələbə gənclər təşkilatını özündə birləşdirir. Üzvlər sırasına həm paytaxt, həm də regionların təhsil müəssisələri aiddir. ATGTİ-nin məqsədi təhsil müəssisələrində tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ceyhun Bayramov: “Virtual məktəbdə” 650 min şagird və müəllim qeydiyyatdan keçib

Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb (FOTO)

Təhsil naziri Ceyhun Bayramov Fransada səfərdədir

Ceyhun Bayramov: Bu gün qarşıda duran əsas çağırışlardan biri peşə təhsilinə marağın artırılmasıdır

Ceyhun Bayramov Əbdus Salam Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşüb

Təhsil naziri Ceyhun Bayramov məzunları təbrik edib

Ceyhun Bayramov Vyanada Şərq Tərəfdaşlığı ölkələrinin konfransında iştirak edir

Ceyhun Bayramov: Müəllimin həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb

Ceyhun Bayramov: Son 5 ildə 18 136 müəllim işə qəbul olunub

Ceyhun Bayramov: Dövlət Proqramı çərçivəsində təhsil alan 20-dən çox məzun nazirlikdə işlə təmin olunub

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşüb

Ceyhun Bayramov YUNESKO Baş katibinin təhsil məsələləri üzrə müavini ilə görüşüb

Ceyhun Bayramov BDU-nun 100 illik yubileyinin keçirilməsi haqqında əmr imzaladı

Ceyhun Bayramov: Azərbaycan yeni və ciddi islahatlar dövrünə qədəm qoyub 

Ceyhun Bayramov: "Gələn il 100 min müəllim diaqnostik qiymətləndirmədən keçəcək"

Ceyhun Bayramov: "Şagird sıxlığı ilə bağlı hesablamalar aparılır, təkliflər hökumətə təqdim olunur"

Ceyhun Bayramov: "DİM-im yaradılması ilə baş verəcək dəyişikliklər müəyyən dövrdən sonra aydın olacaq"

Ceyhun Bayramov Ermənistan nümayəndəsinə tutarlı cavab verib

Ceyhun Bayramov YUNESKO-nun konfransında çıxış edib

Sağlamlıq imkanları məhdud olan tələbələrə güzəştlər edilməlidir - Ceyhun Bayramov

06 İyun 2020, 11:31 (GMT +4)
Əfqanıstanın şimalında Talibanın törətdiyi partlayış nəticəsində 11 polis həyatını itirib

06 İyun 2020, 11:25 (GMT +4)
Balakəndə 1 200 kq narkotik vasitə məhv edilib

06 İyun 2020, 11:00 (GMT +4)
ABŞ-da Milli Qvardiya şəhərlərdə mövcudluğunu artırır

06 İyun 2020, 11:00 (GMT +4)
Nazirlik 3158 sahibkarlıq subyektində monitorinq aparıb

06 İyun 2020, 10:35 (GMT +4)
Fransa Əl-Qaidənin Şimali-Afrika üzrə liderini öldürdüyünü bildirib

06 İyun 2020, 10:30 (GMT +4)
Təmas xəttinə yaxın kəndlər dezinfeksiya edilib

06 İyun 2020, 10:23 (GMT +4)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

06 İyun 2020, 10:17 (GMT +4)
Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda xüsusi karantin rejimi bu gündən sərtləşdirilib

06 İyun 2020, 10:15 (GMT +4)
“Visa” Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə vebinar keçirib

06 İyun 2020, 10:14 (GMT +4)
Liviyanın «Milli Razılıq Hökuməti» qüvvələri Sirt şəhəri istiqamətdə hücuma keçiblər

06 İyun 2020, 10:11 (GMT +4)
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

06 İyun 2020, 10:08 (GMT +4)
Tramp İran neftinin ixracına qoyulan embarqonun vaxtını uzadıb

06 İyun 2020, 10:00 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

05 İyun 2020, 18:21 (GMT +4)
Koronavirus Azərbaycanda: Daha 338 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

05 İyun 2020, 18:01 (GMT +4)
DİN: Evlərdən silah-sursat aşkarlanaraq götürülüb

05 İyun 2020, 17:57 (GMT +4)
“Nar” sərt karantin rejimində abunəçilərinə xidmət göstərəcək

05 İyun 2020, 17:56 (GMT +4)
AZAL: Daha 144 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

05 İyun 2020, 17:51 (GMT +4)
Energetika naziri “OPEC+” nazirlərinin iclasında iştirak edəcək

05 İyun 2020, 17:49 (GMT +4)
Yaponiyada isti havalar ilə əlaqədar küçədə maskaların çıxarılması tövsiyə olunur

05 İyun 2020, 17:40 (GMT +4)
Səudiyyə koronavirusa görə komendant saatını yenidən tətbiq etməyə başlayıb

05 İyun 2020, 17:22 (GMT +4)
Bill Geyts insanlara çiplərin implantasiya edilməsi iddialarına cavab verib

05 İyun 2020, 17:22 (GMT +4)
Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib

05 İyun 2020, 17:03 (GMT +4)
Cavad Zərif Trampın danışıqlar aparmaqla bağlı təklifinə cavab verib

05 İyun 2020, 17:00 (GMT +4)
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb

05 İyun 2020, 16:59 (GMT +4)
AB-də xarici sərhədləri iyunun sonuna qədər açmamaq təklif edilib

05 İyun 2020, 16:31 (GMT +4)
Azərbaycan Prezidenti İsveç Kralına məktub göndərib

05 İyun 2020, 16:28 (GMT +4)
Ərdoğan həftə sonu Türkiyədə komendant saatını ləğv edib

05 İyun 2020, 16:13 (GMT +4)
Braziliyada sutka ərzində 30 mindən çox insan COVID-19-a yoluxub

05 İyun 2020, 16:10 (GMT +4)
Azərbaycan çempionatının oyunlarında salamlaşma ləğv olunub

05 İyun 2020, 16:01 (GMT +4)
ADY ətraf mühitin qorunması istiqamətində fəaliyyətini genişləndirir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66