Hizbullah, HƏMAS, Husilər və sair hərəkatlar Qüds günü ilə bağlı birgə bəyanat veriblər (VİDEO)
21 May 2020, 17:16 (GMT +4)
Bakı, 21 may, SalamNews, B.Samid. Livanın “Hizbullah” təşkilatı, Fələstinin HƏMAS, Yəmənin “Ənsarullah”, İraqın “Əsaib Əhlil-Haqq” və sair hərəkatlar ramazanın son cüməsinə təsüdüf edən Qüds günü ilə bağlı birgə mesaj veriblər.
SalamNews xəbər verir ki, Hizbullah təşkilatının baş katibi Həsən Nəsrullahın, Yəmənin “Ənsarullah” hərəkatının lideri Əbdül-Məlik əl-Husinin, HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmail Həniyyənin, Fələstinin “İslami Cihad Hərəkatı”nın baş katibi Ziyad Nəxxalənin, İraqın Haşd-Şabi Qüvvələrinin tərkibində olan “Əsaib Əhlil-Haqq” hərəkatının lideri Qesy Xəzəli və bölgədə mövcud olan digər siyasi hərəkatların liderlərinin eyni zamanda Qüds günü ilə bağlı mesajları yayımlanıb.
Bu mesajda tərəflər İsrailə və ona hərtərəfli dəstək verən ABŞ-ın siyasətinə qarşı mübarizəni əvvəlkindən daha aktiv şəkildə davam etdirəcəklərini, Qüds və sair işğal edilmiş torpaqların azadlığı uğrunda hərəkatı intensiv şəkildə davam etdirəcəklərini bildiriblər.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.