Fələstin muxtariyyəti İsraillə imzalanan təhlükəsizlik anlaşmasının icrasını dayandırıb - KİV22 May 2020, 09:55 (GMT +4) Bakı, 22 may, SalamNews, B.Samid. Fələstin Muxtariyyəti “təhlükəsizliklə bağlı koordinasiya anlaşması”ndan çıxmaqla bağlı İsrail tərəfə xəbər verib.
SalamNews xəbər verir ki, İsrailin “Telekenal 13” adlı media qurumu, Fələstin muxtariyyətinin təhlükəsizlik anlaşmasından çıxdığı və bu barədə qarşı tərəfə məlumat verdiyini yazıb.
Məlumata görə Fələstin Muxtariyyəti rəsmi şəkildə Təl-Əvivə bildirib ki, təhlükəsizlik anlaşması və sair razılaşmalar bundan sonra icra edilməyəcək.
Qeyd edək ki, İsrailin İordan vadisi üzərində və işğal edilmiş ərazilərdə sonradan salınan yüzdən artıq şəhər və qəsəbə üzərində suverenliyini elan etmək planından sonra Fələstin Muxtariyyəti Təl-Əviv və ABŞ-la olan bütün sazişlərdən çıxacağı xəbərdarlığını etmişdi.
|