ABŞ-ın Açıq Səma Sazişindən çıxışı altı ay müddətinə planlaşdırılır - Pompeo22 May 2020, 10:41 (GMT +4) Bakı, 22 may, SalamNews. ABŞ-ın Açıq Səma Sazişindən çıxışı altı ay müddətinə planlaşdırılır. SalamNews bu barədə İnterfaks-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Mayk Pompeo açıqlayıb.
"Sabah ABŞ Açıq Səma Müqaviləsindən çıxma qərarı barədə məlumat verəcək. Altı aydan sonra ABŞ artıq bu razılaşmada tərəf olmayacaq", Pompeo bildirib.
Dövlət katibi bildirib ki, altı ay cümə günündən başlayaraq hesablanacaq.
"Əgər Rusiya müqaviləyə tam şəkildə əməl etsə bu addımı yenidən nəzərdən keçirə bilərik", Pompeo qeyd edib.
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Açıq Səma Sazişindən (DON) çıxmaq niyyətində olduğunu bildirib.
"Biz Rusiya ilə çox yaxşı münasibətlər qurmuşuq. Bildiyiniz kimi, neft problemi üzərində birlikdə çalışmışıq. Düşünürəm ki, Rusiya ilə çox yaxşı münasibətlərimiz var, amma Rusiya açıq səmaya dair razılaşmaya əməl etmədi", Tramp Ağ Evdə keçirilən brifinq zamanı jurnalistlərə deyib.
Qeyd edək ki, Açıq Səma Sazişi 24 mart 1992-ci ildə Helsinkidə imzalanıb, 34 ölkə sazişi imzalayıb.
Müqaviləyə əsasən sənədə imza atan ölkələr müşahidə uçuşları həyata keçirərək bir-birinin hərbi fəaliyyətləri barədə məlumat toplayır.
|