Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Kaliforniyanın Torrens şəhəri 28 mayı “Azərbaycan Milli Günü” elan edib

22 May 2020, 10:45 (GMT +4)

Bakı, 22 may, SalamNews.ABŞ-ın Kaliforniya ştatının Torrens (Torrance) şəhəri 28 may tarixini “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Patrick J. Furey tərəfindən müvafiq bəyannamə imzalanıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan SalamNews-a verilən məlumata görə, göndərilmiş bəyannamədə Azərbaycan xalqının 28 may 1918-ci il tarixində müsəlman dünyasında ilk dünyəvi və demokratik parlamentli respublika yaratdığı, həmin respublikanın ABŞ da daxil olmaqla, digər demokratik dövlətlər tərəfindən tanındığı vurğulanır.

Sənəddə Azərbaycanın irqindən, cinsindən, milliyətindən və dinindən asılı olmayaraq hər kəsə səsvermə hüququ verdiyi, bununla müsəlman dünyasında qadınlara səsvermə hüququ verən ilk ölkə olduğu qeyd edilir.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Sənəddə həmçinin ABŞ daxil olmaqla, bütün dünyada yaşayan milyonlarla azərbaycanlının 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram edərək, öz əcdadlarının ətraf regionlarda, o cümlədən Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı bildirilir.

Bəyannamənin sonunda 28 may tarixi Torrens şəhərində “Azərbaycan Milli Günü” elan edilir və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət edilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İlon Mask həbs təhlükəsinə baxmayaraq "Tesla"nın Kaliforniyadakı işini bərpa edib

Kaliforniyada iki yeni koronavirusa yoluxma halı qeydə alınıb

Kaliforniyada atışma nəticəsində doqquz nəfər xəsarət alıb

Kaliforniya məktəbində  16 yaşlı yeniyetmə iki uşağı güllələyib

Kaliforniyada atışma zamanı üç nəfər ölüb

Azərbaycan Kaliforniyada keçirilən beynəlxalq mədəniyyət festivalında iştirak edib (FOTO)

Kaliforniyada yanan gəmidə 25 cəsəd aşkar edilib 

Kaliforniyada gəmidə baş verən yanğında 30-dan çox insan ölüb

Polis Kaliforniyadakı silahlı şəxsin kimliyini müəyyən edib

Kaliforniyada festivalda atışma zamanı üç nəfər ölüb, onlarla insan yaralanıb

Kaliforniyada 7,1 bal gücündə zəlzələ baş verib

Kaliforniyada F-16 döyüş təyyarəsi qəzaya uğrayıb

Kaliforniyanın San Dieqo şəhərində 28 may “Azərbaycan Milli Günü” elan edilib

Kaliforniyada naməlum şəxslər məscidi yandırmağa cəhd ediblər

Kaliforniyada  avtomobil insanlara çırpılıb, yaralılar var

Kaliforniyada təyyarə qəzası nəticəsində 5 nəfər ölüb

Kaliforniyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Kaliforniyada yanğın qurbanlarının sayı 88 nəfərə çatıb

Kaliforniyada yanğın qurbanlarının sayı 84 nəfərə çatıb

Kaliforniyada yanğın qurbanlarının sayı artmaqda davam edir

31 May 2020, 17:43 (GMT +4)
ABŞ-ın daha 15 şəhərində komandant saatı tətbiq edilib (VİDEO)

31 May 2020, 17:26 (GMT +4)
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb

31 May 2020, 17:25 (GMT +4)
Təhsil Nazirliyi məktəblilərlə bağlı daha bir dəyişiklik edib

31 May 2020, 17:17 (GMT +4)
Azərbaycanda gələn aya gözlənilən hava proqnozu açıqlanıb

31 May 2020, 17:12 (GMT +4)
Qüdsdə əl-Əqsa və Mədinədə Peyğəmbər məscidi iki aydan sonra yenidən açılıb (VİDEO)

31 May 2020, 17:11 (GMT +4)
Operativ Qərargah: İndiyədək 5494 nəfər koronavirusa yoluxub

31 May 2020, 17:08 (GMT +4)
Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

30 May 2020, 17:44 (GMT +4)
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

30 May 2020, 17:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

30 May 2020, 16:50 (GMT +4)
Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək

30 May 2020, 16:43 (GMT +4)
Moskvada sərnişin təyyarəsi hava limanına enişdən sonra alovlanıb

30 May 2020, 16:41 (GMT +4)
“Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanılıb

30 May 2020, 16:30 (GMT +4)
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb

30 May 2020, 16:24 (GMT +4)
Rusiyada koronavirusa qarşı peyvənd hazırlanıb

30 May 2020, 16:20 (GMT +4)
"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının videokonfrans formatında keçiriləcək görüşünün vaxtı məlum olub

30 May 2020, 16:10 (GMT +4)
Bakıda daha bir marşrut xətti “BakuBus”un ixtiyarına verilib

30 May 2020, 16:01 (GMT +4)
“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib

30 May 2020, 15:49 (GMT +4)
Özbəkistanda karantin rejimi iyunun 15-dək uzadılıb

30 May 2020, 15:44 (GMT +4)
Bakıda istixanada narkotik bitkiləri əkib-becərən şəxs saxlanılıb

30 May 2020, 15:30 (GMT +4)
Milli Məclisin son iclasının gündəliyinə dəyişiklik edilib

30 May 2020, 15:21 (GMT +4)
Baydenin fikrincə ABŞ polisinin iş prinsipləri dəyişdirilməlidir

30 May 2020, 15:10 (GMT +4)
DİN: AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib

30 May 2020, 14:54 (GMT +4)
Rusiyada son sutka ərzində daha 8 952 nəfər koronavirusa yoluxub

30 May 2020, 14:30 (GMT +4)
Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşib

30 May 2020, 14:17 (GMT +4)
Çin koronavirusun mənbəyinin Uxandakı bazar olduğuna dair iddiları rədd edib

30 May 2020, 14:15 (GMT +4)
DGK: "Samur" postundan keçən yük avtomobillərinin sayı artıb

30 May 2020, 14:01 (GMT +4)
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb

30 May 2020, 13:40 (GMT +4)
Moskvada daha 3599 nəfər koronavirusdan sağalıb

30 May 2020, 13:30 (GMT +4)
Sabah Milli Məclisin plenar iclası keçiriləcək

30 May 2020, 13:22 (GMT +4)
Almaniyada koronavirusdan təxminən 8,5 min nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66