Qüds Fələstinin dəyişməz paytaxtı olaraq qalacaq - Həsən Ruhani22 May 2020, 10:50 (GMT +4) Bakı, 22 may, SalamNews, B.Samid. “Qüds Fələstinin dəyişməz paytaxtı olaraq qalacaq. Onun uğrunda ramazanın hər son cüməsində keçirilən nümayiş və mitinqlər müsəlmanların həmrəyliyi, birliyi və müqaviməti rəmzidir.”
SalamNews Tasnim-ə istinadla xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani Beynəlxalq Qüds günü ilə bağlı dünya müsəlmanlarına müraciətində deyib.
Beynəlxalq Qüds günü tədbirlərinin zəruriliyindən və müsəlman xalqları üçün əhəmiyyətindən danışan İran prezidenti bildirib ki, bu kimi addımların nəticəsində Qüds Fələstinin əvəzolunmaz paytaxtı olaraq qalacaq.
İran prezidenti koronavirus pandemyasına baxmayaraq, Beynəlxalq Qüds günü ilə bağlı fərqli proqramların həyata keçirilməsini, onun yaddaşlarda saxlanılması üçün maarifləndirici addımların davam etdirilməsini alqışlayıb.
Qeyd edək ki, bundan öncə İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif də Beynəlxalq Qüds günü ilə bağlı mesaj ünvanlayıb. Cavad Zərif bu mesajda İsrailin hazırki dövrdə insan hüquqlarını ən çox və ən kobud şəkildə pozan dövlət olduğunu bildirib və Qüds gününün qeyd edilməsinin əhəmiyyətini vurğulayıb.
|