Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

REACT-C19 layihəsinin ikinci mərhələsi uğurla yekunlaşıb

22 May 2020, 11:13 (GMT +4)

Bakı, 22 may, SalamNews.Azərbaycanda COVID-19-a qarşı hazırlıq və mübarizə tədbirləri çərçivəsində xəstəxanalarda əsas bacarıqları sürətlə artırmaq məqsədilə həyata keçirilən REACT-C19 layihəsinin ikinci mərhələsi uğurla yekunlaşıb. Bir ay yarımdır davam edən və indiyədək 8 xəstəxananı əhatə edən layihədə Türkiyədə işləyən 19 azərbaycanlı həkim iştirak edir.

SalamNews xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı mayın 22-də layihənin ikinci mərhələsinin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu müddət ərzində REACT-C19 heyəti seçilmiş xəstəxanalardakı mövcud vəziyyəti qiymətləndirib və boşluqların aradan qaldırılmasında xəstəxanalara dəstək olub: “Bakıdakı 4 xəstəxanada - Mərkəzi Neftçilər Xəstəxanası, “Yeni klinika”, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik və Tədris Cərrahiyyə klinikalarında işlərini yekunlaşdırdıqdan sonra həkimlər dörd bölgəyə - Gəncə, Ağdaş, Goranboy və Şəmkirə yola düşüblər.

REACT-C19 heyəti ÜST-nün Xəstəxana Hazırlıq Siyahısından istifadə edərək seçilmiş xəstəxanalarda mövcud vəziyyəti dəyərləndirib, problemlərin aradan qaldırılmasına dəstək olublar, eləcə də xəstəxanaların hazırlıq səviyyəsini artırmaq üçün orada çalışan həkimlərlə birgə fəaliyyət planı üzərində işləyiblər. Standart qiymətləndirmə alətinin istifadəsi tibb işçilərinin gündəlik fəaliyyətlərində işlərinin daha səmərəli aparılmasına yardımçı olub.

Həkim-mütəxəssislər infeksiyanın qarşısının alınması və nəzarət komitələrinin yaradılması və gücləndirilməsi, eləcə də triaj sistemlərinin qurulması üzərində çalışıblar. Bu tədbirlər infeksiyanın tibb işçilərinə, xəstələrə və ailələrə yayılmasını minimuma endirmək üçün vacibdir. Bu müddət ərzində həkimlər, tibb bacıları və xəstəxanalardakı köməkçi heyət daxil olmaqla 400-dən çox tibb işçisi REACT-C19 həkimlərinin keçirdiyi təlimlərdə iştirak edib. Onlar təlimlərin keçirilməsi və standartların yaradılması ilə yanaşı, ağır xəstələrin müalicəsinə dair bilik və təcrübələrini yerli həkimlərlə bölüşüblər. REACT-C19 heyəti iyunun sonunadək Azərbaycanın müxtəlif bölgələrində fəaliyyətini davam etdirəcək.

Xəstəxanaların rəhbərliklərinə və işçilərinə bu prosesdə göstərdikləri misilsiz xidmət üçün, həkimlərimizə isə verdikləri əvəzsiz töhfələrə görə təşəkkür edirik.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev deyib: “REACT-C19 layihəsinin ikinci mərhələsi uğurla yekunlaşıb. Hazırda növbəti mərhələdəyik. Əminəm ki, Türkiyədən gələn soydaşlarımızın pandemiya dövründə ölkəmizdəki həmkarlarına dəstəyi çox müsbət nəticələr verəcək və biz az itki ilə koronavirusa qarşı mübarizəni başa çatdıracağıq".

Milli Məclisin deputatı Soltan Məmmədov bildirib ki, Prezident İlham Əliyevin pandemiyanı məğlub etmək üçün bütün resursların səfərbər edilməsinə səbəb olan “Biz birlikdə güclüyük” müraciəti dünya ictimaiyyətinə koronavirus pandemiyası ilə vahid mübarizədə həmrəylik nümayiş etdirmək üçün şüar olmalıdır. REACT-C19 layihəsi həmrəyliyimizi göstərmək, bu çətinliyin öhdəsindən gəlmək və bütün səyləri səfərbər etmək üçün beynəlxalq tərəfdaşlığın ən yaxşı nümunəsidir.

Qeyd edək ki, REACT-C19 layihəsi Heydər Əliyev Fondu, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, USAID, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Koreya Respublikası ilə birgə əməkdaşlıq çərçivəsində ÜST tərəfindən Azərbaycanda COVID-19-a qarşı xəstəxanalarda əsas bacarıqları artırmaq məqsədilə həyata keçirilir. Hazırda Türkiyədə yoluxucu xəstəliklər, pulmonologiya, anesteziologiya və reanimasiya, daxili orqan xəstəlikləri üzrə işləyən 19 həkim REACT-C19 heyətində təmsil olunur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Zaxarova ABŞ-ın ÜST-lə bağlı qərarına münasibət bildirib

Tramp ÜST ilə əlaqələrin dayandırıldığını açıqlayıb

Prezident: Gürcüstanda parlament seçkiləri təxirə salınmayacaq

ÜST koronavirusun mənşəyini öyrənmək üçün Çinə missiya göndərəcək

Dünya COVID-19 pandemiyasının ilk dalğasının hələ ortasındadır - ÜST

İlin müstəsna mənəvi fürsəti bitməkdədir - Ramazanın 29-cu gününün duası

ÜST pandemiyanın ikinci dalğası barədə xəbərdarlıq verib

Gürcüstana 1,1 milyard kubmetr Azərbaycan təbii qazı ixrac edilib

ABŞ ÜST rəhbərinin Çin ilə "yaxın əlaqələri" olduğundan şübhələnir

Gürcüstanda fövqəladə vəziyyət və komendant saatı ləğv edilir

ÜST: Dünyada koronavirusa rekord sayda insan yoluxub

Gürcüstan prezidenti hələlik Putinlə görüşə hazır olmadığını deyib

Rusiya ÜST İcraiyyə Komitəsinə üzv seçilib

ÜST Trampın məktubuna cavab verəcək

Mişustin Rusiyanın baş naziri vəzifəsinin icrasına davam edir

Ötən gün 32 cinayətin üstü “isti izlər”lə açılıb

Tramp ÜST-ə ultimatum verib

Si Tzinpin: Çin koronavirus barədə ÜST-ü vaxtında məlumatlandırıb

Mişustin bəzi bölgələrin məhdudlaşdırıcı tədbirləri yumşaltmağa hazır olduqlarını bildirib

Rusiyada koronavirus peyvəndi avqust ayında qeydiyyata alına bilər

31 May 2020, 17:43 (GMT +4)
ABŞ-ın daha 15 şəhərində komandant saatı tətbiq edilib (VİDEO)

31 May 2020, 17:26 (GMT +4)
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb

31 May 2020, 17:25 (GMT +4)
Təhsil Nazirliyi məktəblilərlə bağlı daha bir dəyişiklik edib

31 May 2020, 17:17 (GMT +4)
Azərbaycanda gələn aya gözlənilən hava proqnozu açıqlanıb

31 May 2020, 17:12 (GMT +4)
Qüdsdə əl-Əqsa və Mədinədə Peyğəmbər məscidi iki aydan sonra yenidən açılıb (VİDEO)

31 May 2020, 17:11 (GMT +4)
Operativ Qərargah: İndiyədək 5494 nəfər koronavirusa yoluxub

31 May 2020, 17:08 (GMT +4)
Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

30 May 2020, 17:44 (GMT +4)
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

30 May 2020, 17:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

30 May 2020, 16:50 (GMT +4)
Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək

30 May 2020, 16:43 (GMT +4)
Moskvada sərnişin təyyarəsi hava limanına enişdən sonra alovlanıb

30 May 2020, 16:41 (GMT +4)
“Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanılıb

30 May 2020, 16:30 (GMT +4)
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb

30 May 2020, 16:24 (GMT +4)
Rusiyada koronavirusa qarşı peyvənd hazırlanıb

30 May 2020, 16:20 (GMT +4)
"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının videokonfrans formatında keçiriləcək görüşünün vaxtı məlum olub

30 May 2020, 16:10 (GMT +4)
Bakıda daha bir marşrut xətti “BakuBus”un ixtiyarına verilib

30 May 2020, 16:01 (GMT +4)
“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib

30 May 2020, 15:49 (GMT +4)
Özbəkistanda karantin rejimi iyunun 15-dək uzadılıb

30 May 2020, 15:44 (GMT +4)
Bakıda istixanada narkotik bitkiləri əkib-becərən şəxs saxlanılıb

30 May 2020, 15:30 (GMT +4)
Milli Məclisin son iclasının gündəliyinə dəyişiklik edilib

30 May 2020, 15:21 (GMT +4)
Baydenin fikrincə ABŞ polisinin iş prinsipləri dəyişdirilməlidir

30 May 2020, 15:10 (GMT +4)
DİN: AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib

30 May 2020, 14:54 (GMT +4)
Rusiyada son sutka ərzində daha 8 952 nəfər koronavirusa yoluxub

30 May 2020, 14:30 (GMT +4)
Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşib

30 May 2020, 14:17 (GMT +4)
Çin koronavirusun mənbəyinin Uxandakı bazar olduğuna dair iddiları rədd edib

30 May 2020, 14:15 (GMT +4)
DGK: "Samur" postundan keçən yük avtomobillərinin sayı artıb

30 May 2020, 14:01 (GMT +4)
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb

30 May 2020, 13:40 (GMT +4)
Moskvada daha 3599 nəfər koronavirusdan sağalıb

30 May 2020, 13:30 (GMT +4)
Sabah Milli Məclisin plenar iclası keçiriləcək

30 May 2020, 13:22 (GMT +4)
Almaniyada koronavirusdan təxminən 8,5 min nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66