Taleh Yunsurov: Pandemiya “Qala Sığorta”ya elə də ciddi təsir göstərməyib22 May 2020, 14:34 (GMT +4) Bakı, 22 may, SalamNews, K.Orxan. Koronavirus pandemiyasının yayılması dünya ölkələrində müxtəlif iqtisadi sahələrin fəaliyyətinə mənfi təsir göstərib. Azərbaycanda da virus yayılandan sonra bir sıra sektorlar öz fəaliyyətini tam və ya qismən məhdudlaşdırıb.
SalamNews xəbər verir ki, “Qala Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Taleh Yunsurov bu gün keçrilən onlayn mətbuat konfransında bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da pandemiya sığorta bazarına öz təsirini göstərib. Lakin pandemiyanın vurduğu ziyan “Qala Sığorta” ASC-ə bir o qədər də təsir etməyib. Çünki şirkət uzun illərdi bazarda fəaliyyət göstərir. Bununla yanaşı şirkətin maliyyə göstəriciləri yüksəkdir.
T.Yunsurov əlavə edib ki, “Qala Sığorta” ASC-də hazırda 20-dən çox sığorta məhsulu var. Şirkətin 2018-2019 il tarixlərində bazara çıxardığı 8 yeni məhsul üzrə 1000-ə yaxın sığorta müqaviləri bağlanıb. Həmin müqavilər üzrə 50 min manata yaxın sığorta haqqı toplanıb. Ümumilikdə isə “Qala Sığorta”nın sürətli böyüməsi davam edir. Şirkət bundan sonra da müştərilərə daim yeni məhsullar təqdim edəcək
Qeyd edək ki, “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.
Şirkət müştərilərinə baş ofis, 1 filial və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.
|