NATO Şurasının təcili iclası keçiriləcək22 May 2020, 11:45 (GMT +4) Bakı, 22 may, SalamNews. ABŞ-ın birtərəfli qaydada NATO-nun Açıq səma üzrə müqaviləsindən çıxma qərarı ilə bağlı NATO Şurası 22 may tarixində iclas keçirməyi planlaşdırır. Məlumatı hərbi blokun mənzil-qərargahında təsdiqləyiblər. SalamNews TASS-a istinadən bildirir ki, xəbəri alyansın mətbuat xidmətinin əməkdaşı paylaşıb. Məlumatda deyilir ki, bütün müttəfiqlər silahlanma üzərində nəzarətin və silahsızlanmanın alyansın təhlükəsizliyinə nail olmanın başlıca elemenləri olduğu ilə razıdırlar.
|