Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azərbaycan-Tümen” ikinci beynəlxalq onlayn “B2B Forum”u keçirilib

22 May 2020, 13:45 (GMT +4)

Bakı, 22 may, SalamNews. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Tümen vilayətinin Qubernatorunun, “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatının və “Caspian European Club”un dəstəyilə təşkil olunmuş “Azərbaycan-Tümen” ikinci beynəlxalq onlayn “B2B Forum”u çərçivəsində şirkətlərin koronavirus pandemiyası dövründə qarşılaşdıqları məsələ və təkliflər, həmçinin postpandemiya mərhələsində əməkdaşlığın fəallaşması imkanı öyrənilib.

Klubdan SalamNews-a bildirilib ki, forumun moderatorları “Opora Rossii” təşkilatının vitse-prezidenti, Tümen vilayəti Dumasının deputatı Eduard Omarov və “Caspian European Club” və “Caspian Energy” qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev olub.

“Bütün yeniliklər yaxşıca unudulmuş köhnələrdir. İlk telekörpü 1982-ci ildə təşkil edilib. Bu günə qədər biz əyani görüş olmadan digər təşkilat və dövlətlərlə əməkdaşlığı təsəvvür belə edə bilmirdik. Bu gün isə sanki ilk telekörpülər dövrünə qayıtmışıq və yenidən onlayn ünsiyyət qurmağı, bunu səmərəli etməyi öyrənirik. Son iki ayda onlayn formatda iş göstərdi ki, minimal xərclərlə yüksək nəticələr əldə etmək mümkündür”, - deyə E.Omarov söyləyib.

“Azərbaycan-Rusiya münasibətləri hazırda çox yüksək səviyyədədir və bu, ilk növbədə dövlət başçılarımızın işinin nəticəsidir. Biz ilk forumu Tümen vilayətinin Qubernatorunun iştirakı ilə keçirdik və bununla kifayətlənməməyi qərara aldıq. Bu gün biz daha geniş sahibkar auditoriyası ilə dialoq qura bilərik və onlayn format buna imkan verir. Ənənəvi konfranslarda yalnız özündən sağdakı və soldakı insanla ünsiyyət qurmaq imkanı olduğu halda, onlayn meydanda biz çat vasitəsilə istənilən iştirakçının əlaqələrini əldə edə və ünsiyyəti davam etdirə bilərik”, - deyə T.Əliyev qeyd edib.

“Mən konfransın yekununda iki istiqamət üzrə böyük perspektiv gördüm: birinci - neft sənayesi, kənd təsərrüfatı və turizm işi üzrə təcrübə mübadiləsi; ikinci – Tümen vilayəti ilə birgə müştərək müəssisə yaratmaq imkanı”, - deyə KOBİA-nın sədr müavini Rüfət Atakişiyev bildirib.

Tümen vilayəti Qubernatorunun müavini Andrey Pantelyeyev keçirilən tədbirlərin potensialını qiymətləndirərkən qeyd edib: “Tümen vilayəti hökuməti çoxdandır ixracatın inkişafı məsələsi üzərində çalışır. Azərbaycanla ticarət münasibətlərində biz 3 milyon dollardan artıq rəqəmi ötmüşük. Ticarət dövriyyəsinin inkişafı üçün imkanlar mövcuddur”.

İki saat davam edən forum çərçivəsində müzakirələrə, həmçinin iki ölkənin iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri də qoşulublar.

Çıxışların sonunda fikir mübadiləsi aparılıb. Şirkətlərin top-menecerləri və nümayəndələri spikerlərə onları maraqlandıran suallar veriblər. Müzakirələrin hər ay iki-üç tərəfli formatda davam etdirilməsi qərara alınıb. “Opora Rossii” təşkilatı ilə birgə keçirilməsi planlaşdırılan növbəti beynəlxalq onlayn “B2B Forum”u “Azərbaycan-Rusiya-Qazaxıstan” üçtərəfli əlaqələrinə həsr olunacaq.

“Caspian European Club” tərəfindən yaradılmış beynəlxalq onlayn “B2B Forum”u beynəlxalq biznes-netvorkinq üçün unikal platformadır. Forum çərçivəsində biznes nümayəndələri biznesin inkişafı üzrə təkliflərini bölüşür və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatlarının müxtəlif sahələrinə aid şirkət rəhbərləri ilə yeni işgüzar əlaqələr qururlar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərbaycan-Türkiyə” 3-cü beynəlxalq onlayn B2B forum keçirilib

Caspian European Club Elmir Vəlizadənin iştirakı ilə B2B Transport forum təşkil edib

Caspian European Club onlayn B2B FMCG forum təşkil edib

Elmir Vəlizadənin iştirakı ilə onlayn "B2B İCT" forum keçirilib

Caspian European Club iki tematik Onlayn B2B Forum təşkil edib

Caspian European Club B2B Forum təşkil edib

www.b2b.az portalı indiyədək 63 minə yaxın istifadəçiyə xidmət göstərib

06 İyun 2020, 21:10 (GMT +4)
Neftçalada su peroblemi ilə bağlı tədbirlər həyata keçirilib (FOTOLAR)

06 İyun 2020, 19:45 (GMT +4)
Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb

06 İyun 2020, 19:08 (GMT +4)
Deputat: Avropanın qarşısında duran bir sıra vəzifələr yeni bir yanaşma tələb edir

06 İyun 2020, 18:53 (GMT +4)
MOK: "Maklarenin hesabatı"nda Azərbaycanla bağlı iddialar əsassız və qərəzlidir

06 İyun 2020, 17:00 (GMT +4)
Mərkəzi Bank depozit hərracı keçirəcək

06 İyun 2020, 16:58 (GMT +4)
Tramp Almaniyadakı ABŞ qüvvələrindən 9500 hərbçinin çıxarılması göstərişini verib

06 İyun 2020, 16:50 (GMT +4)
DİM ali məktəblərə sənəd verənlərin sayını açıqlayıb

06 İyun 2020, 16:47 (GMT +4)
Karantin günlərində Bakı - FOTOLENT

06 İyun 2020, 16:35 (GMT +4)
Rusiya Qələbə Paradında NATO-nun mümkün təxribatını istisna etmir

06 İyun 2020, 16:20 (GMT +4)
İki rayonda qanunsuz qaz qoşulmaları aşkarlanıb

06 İyun 2020, 16:03 (GMT +4)
Suriyanın şimal-şərqində partlayış nəticəsində 8 mülki şəxs həlak olub

06 İyun 2020, 16:00 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxan analardan doğulan körpələrdə virus aşkarlanmayıb

06 İyun 2020, 15:58 (GMT +4)
Gürcüstanda daha 3 nəfər koronavirusa yoluxub

06 İyun 2020, 15:30 (GMT +4)
Xaçmazda həyətində çətənə becərən şəxs saxlanılıb

06 İyun 2020, 15:27 (GMT +4)
Versal sarayı karantin bitdikdən sonra açılıb

06 İyun 2020, 15:05 (GMT +4)
General Haftar ordusunun Liviyada geriləməsindən sonra Misirə gedib

06 İyun 2020, 15:00 (GMT +4)
DİN 7,3 ton narkotiki məhv edib

06 İyun 2020, 14:48 (GMT +4)
ABŞ diplomatik obyektləri Rusiyaya qaytarmaqdan imtina edib

06 İyun 2020, 14:32 (GMT +4)
"Dərs vaxtı"nın iyunun 8-nə olan cədvəli açıqlayıb

06 İyun 2020, 14:27 (GMT +4)
G20 ölkələri COVID-19 ilə mübarizə üçün 20 milyard dollardan çox vəsait ayıracaq

06 İyun 2020, 14:11 (GMT +4)
İranda son sutkada 75 nəfər koronavirusdan vəfat edib

06 İyun 2020, 14:03 (GMT +4)
Sabah Azərbaycanda 37 dərəcə isti gözlənilir

06 İyun 2020, 13:54 (GMT +4)
Azərbaycanda aparılan taxıl biçini ilə bağlı son statistika açıqlanıb

06 İyun 2020, 13:45 (GMT +4)
BANM Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfranslarını onlayn keçirir

06 İyun 2020, 13:45 (GMT +4)
Braziliya ÜST-ü tərk etməyə hazırdır

06 İyun 2020, 13:29 (GMT +4)
Liviyaya silah idxalının qadağası müddəti daha bir il artırılıb

06 İyun 2020, 13:28 (GMT +4)
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

06 İyun 2020, 13:26 (GMT +4)
Trüdo ABŞ-dakı etirazçılarla həmrəylik üçün diz çöküb

06 İyun 2020, 13:10 (GMT +4)
Azərbaycanda 6 871 müəllim iş yerini dəyişmək istəyir

06 İyun 2020, 12:51 (GMT +4)
Rusiyada son sutkada 8 mindən çox insan COVID-19-a yoluxub 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66