Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

22 May 2020, 15:44 (GMT +4)

Bakı, 22 may, SalamNews.Müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Ramazan bayramı” münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrik ünvanlayıb.

Müdafiə Nazirliyindən SalamNews-a verilən məlumata görə, təbrik mətnində deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar!

Sizi Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Milli-mənəvi dəyərlərimiz, dövlətçilik ənənələrimiz tarixin ən sərt dönəmlərində də qorunub saxlanılmışdır. Xalqımız digər milli, dini bayramlar kimi müqəddəs Ramazan bayramını da həmişə böyük istək və sevgi ilə qeyd edir. Xeyirxah əməllər naminə birliyə, qardaşlıq və bərabərliyə çağıran, mənəvi saflığa, dostluğa, həmrəyliyə söykənən, ailələrə sevinc, məhəbbət və şadlıq gətirən Ramazan bayramı sülhün, əmin-amanlığın təzahürüdür.

Azərbaycan müstəqilliyə yenidən nail olduqdan sonra, bərpa edilən dövlətçiliyimiz xalqa öz bayramlarını təmtəraqla qeyd etməyə imkan yaratdı. Xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində ölkəmiz ictimai-siyasi böhrandan, xaosdan xilas oldu və respublikamızın hərtərəfli inkişafı istiqamətində dönüş yarandı.

Böyük tarixi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan beynəlxalq layihələr Azərbaycanın iqtisadi qüdrətinin yüksəldilməsində mühüm rol oynadı.

Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini, sarsılmazlığını, dönməzliyini sübut edən ümummilli lider Heydər Əliyevin prinsipial və dönməz siyasəti ölkənin ordu quruculuğuna da əvəzsiz töhfələr verdi. Müstəqilliyimizin, dövlətçiliyimizin dayağı və qarantı olan müasir Azərbaycan Ordusunun banisi ulu öndər Heydər Əliyevin başladığı ordu quruculuğu siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, nizami ordumuzun hərbi qüdrəti gündən-günə artır.

Bu bayram günlərində şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlıqlarını itirən döyüşçülərimizi, veteranları təbrik edirəm.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

Zakir Həsənov: Azərbaycan xalqı 30 il bu qələbə həsrətilə yaşayırdı

Zakir Həsənov düşmən qüvvələrinin darmadağın edilməsinin davam etdirilməsini tapşırıb

Zakir Həsənov Ermənistanın təxribatının detallarını açıqlayıb

Zakir Həsənov vəzifəli şəxslərə tapşırıqlar verib

Müdafiə naziri Zakir Həsənov gənclərlə görüşüb

Türkiyə Prezidenti Ceyhun Bayramov və Zakir Həsənovu qəbul edib

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

Zakir Həsənov: Ordumuz dünyanın ən güclü orduları sırasında layiqli yerini tutub

Zakir Həsənov Moskvada keçiriləcək hərbi parada iştirak edəcək

Zakir Həsənov cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışında iştirak edib (FOTOLAR)

Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib

Zakir Həsənov Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib (FOTOLAR)

Zakir Həsənov Böyük Vətən müharibəsində həlak olanların xatirəsini yad edib

Prezidentin köməkçisi və Zakir Həsənov ön xətdəki hərbi hissələrdə olub (FOTO)

Zakir Həsənov döyüş fəaliyyətlərinin aparılmasına hazır olmağı tapşırıb

Zakir Həsənov ön xətdə hərbi qulluqçularla görüşüb (FOTOLAR)

Zakir Həsənov təlimin komanda idarəetmə məntəqəsində olub (FOTOLAR)

Zakir Həsənov Türkiyənin müdafiə nazirinə başsağlığı verib

26 Noyabr 2020, 19:31 (GMT +4)
Elxan Şahinoğlu: Azərbaycan-İran sərhədi dostluq sərhədinə çevriləcək

26 Noyabr 2020, 19:28 (GMT +4)
Azərbaycan Fransaya nota verib, səfir XİN-ə çağırılıb

26 Noyabr 2020, 18:23 (GMT +4)
“Azercell” “iPhone 12 Pro Max” və “iPhone 12 Mini”nin satışlarına başlayıb

26 Noyabr 2020, 17:59 (GMT +4)
Mikayıl Cabbarov: Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq

26 Noyabr 2020, 17:50 (GMT +4)
Azərbaycan manatının dövretmə sürəti cüzi artıb

26 Noyabr 2020, 17:43 (GMT +4)
Bu il əhali abonentlərinin 90 %-dən çoxu qazda güzəştli limiti keçməyib

26 Noyabr 2020, 17:36 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

26 Noyabr 2020, 17:24 (GMT +4)
Polietilen torba və plastik stəkan satanlar cərimələnəcək

26 Noyabr 2020, 17:10 (GMT +4)
Türkiyədə axtarışda olan şəxs Sumqayıtda həbs edilib

26 Noyabr 2020, 16:54 (GMT +4)
İsrail Tramp gedənə qədər işğal edilən Fələsitin ərazilərilə bağlı addım atacaq

26 Noyabr 2020, 16:35 (GMT +4)
Hulusi Akar: Fransa Dağlıq Qarabağ probleminin həll edilməməsinin tərəfdarıdır

26 Noyabr 2020, 16:22 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

26 Noyabr 2020, 16:08 (GMT +4)
Çavuşoğlu və Stoltenberq Dağlıq Qarabağ məsələsini müzakirə edib

26 Noyabr 2020, 15:57 (GMT +4)
DİN koronavirusla bağlı vətəndaşlara xəbərdarlıq edib

26 Noyabr 2020, 15:44 (GMT +4)
Almaniyada ordumuzun tarixi qələbəsi münasibəti ilə aksiya keçirilib

26 Noyabr 2020, 15:32 (GMT +4)
Milli Məclisin sədri Laçınla bağlı açıqlama verib

26 Noyabr 2020, 15:29 (GMT +4)
İranda koronavirusa yoluxduğu qeydə alınanların sayı 900 mini ötüb

26 Noyabr 2020, 15:18 (GMT +4)
Milli Məclisin Fransaya etiraz bəyanatının tam mətni açıqlanıb

26 Noyabr 2020, 15:10 (GMT +4)
Dohada BMT-nin terrorla mübarizə ofisi açılacaq

26 Noyabr 2020, 15:04 (GMT +4)
Milli Məclis Fransaya etiraz etmək üçün işçi qrup yaradıb

26 Noyabr 2020, 14:57 (GMT +4)
Neftçala sakinindən silah götürülüb

26 Noyabr 2020, 14:42 (GMT +4)
Azərbaycan İƏT-ə üzv ölkələri Qarabağdakı layihələrdə iştiraka dəvət edib

26 Noyabr 2020, 14:35 (GMT +4)
Ermənilər Laçında da evləri yandıraraq tərk edirlər

26 Noyabr 2020, 14:23 (GMT +4)
“Azərenerji” daha bir mühüm layihənin həyata keçirilməsinə başlayıb

26 Noyabr 2020, 14:18 (GMT +4)
Əmlak Məsələləri Dövlət Xidməti ABŞ şirkəti ilə əməkdaşlığa başlayır

26 Noyabr 2020, 13:58 (GMT +4)
Bakıda kişi müəmmalı şəkildə qətlə yetirilib

26 Noyabr 2020, 13:43 (GMT +4)
Bakıda motosiklet, Lənkəranda avtomobil qaçırılıb

26 Noyabr 2020, 13:35 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

26 Noyabr 2020, 13:24 (GMT +4)
Rusiyada son sutkada 520-dən çox insan COVID-19-dan ölüb

26 Noyabr 2020, 13:14 (GMT +4)
Fransadakı soydaşlarımız ölkə senatını Azərbaycanın haqlı mövqeyinə zidd addımları rədd etməyə çağırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66