Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan və Türkiyə: ortaq maraqlar, fərqli gələcək

26 May 2020, 15:41 (GMT +4)

Bakı, 26 may, SalamNews. Mayın əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) inşası ilə bağlı  Azərbaycan tərəfi ilə qarşılıqlı fəaliyyəti təqdir edib və Bakı ilə gələcək əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirib. Bu bəyanat bir sıra irimiqyaslı beynəlxalq mətbu orqanlarda dərc edilmiş məqalələrdə yer alıb və bu Türkiyənin bölgədəki rolunu güclənməsini, sülhməramlı potensialının ortaya qoyulmasını və iqtisadi cəlbediciliyinin armasını şərtləndirməli idi.

Azərbaycan-Türkiyə münasibətlərinin tarixi həqiqətən də qarşılıqlı faydalı əməkdaşlığın və ortaq hədəflərə birgə nail olmasının bariz nümunəsidir. Türkiyənin postsovet Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olduğunu xatırlatmaq kifayət edir. Ankara hər zaman Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləmiş, nüfuzlu beynəlxalq strukturlarda respublikanın transatlantik və Avropa siyasi-iqtisadi qurumlarına və təhlükəsizlik proseslərinə inteqrasiyası üçün aktiv fəaliyyət göstərmişdir.

Şübhəsiz ki, Ermənistanla davamlı gərginləşən ərazi mübahisəsi olan Azərbaycanın müstəqil dövlət kimi formalaşması dövründə Türkiyə ilə eyni məcrada fəaliyyəti tamamilə təbii idi. Ancaq indi, 2020-ci ildə bu münasibətlərin mahiyyəti dəyişib, hər bir ölkənin siyasi, iqtisadi və sosial-mədəni sahələrdə özünəməxsus inkişaf istiqamətləri var.

Bu aşağıdakı amillərlə şərtlənir. 

Birinci, Azərbaycan dayanıqlı iqtisadiyyatı olan suveren ölkəyə çevrilib.

Böyük beynəlxalq layihələrdə iştirak etməklə bağlı müstəqil qərarlar qəbul edir, qaz kəmərlərinin tikintisi və inteqrasiya proseslərində sərbəst fəaliyyət göstərir.

Türkiyənin bu kimi məsələlərdə məsləhətçi və köməkçi kimi rol oynaması aktual deyil,  xüsusən də Ankaranın pantürkizm ideyasından əl çəkmədiyi nəzərə alınsa.

İkinci, məsələ son vaxtlar militarist siyasət yürüdən, Avropa Birliyi və NATO ilə qarşıdurmaya girən, Suriyadakı vəziyyətə müdaxilə edən Türkiyənin özündədir.

Bundan əlavə, R.T.Ərdoğanın volyuntarizmi ilə şərtləndirilmiş ölkədəki qeyri-stabil daxili siyasi vəziyyət, onun müttəfiqlərinə kölgə salacaq.

Üçüncü, ölkələrin sosial-mədəni və siyasi quruculuq sahəsindəki inkişaf istiqamətləri əhəmiyyətli dərəcədə fərqlidir. Türkiyə getdikcə mühafizəkar ölkəyə çevrilir, dövlət səviyyəsində dini normaların qanunvericiliyə tətbiqi ideyaları səsləndirilir, 2016-cı ildə uğursuz çevriliş cəhdindən sonra müxalifət həqiqətən məhv edilib, ordu siyasi arenada vacib oyunçu olaraq qalır və s. Əlbəttə, demokratiya haqqında danışmağa dəyməz. Təbii ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutları inkişafın ilkin mərhələsindədir və ali orqanlarda rotasiya demək olar ki nəzərə çarpmır. Ancaq Birinci vitse-prezident M.Əliyevanın gəlişi ilə sosial-mədəni sahədə nəzərəçarpacaq dəyişikliklərin başlandığı aydındır.

Təhsil, tibb, mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, ictimai təşkilatların və hərəkatların inkişafına güclü təkan verilib. İcra hakimiyyəti orqanlarının rəhbərliyindəki dəyişikliklər, Azərbaycan üçün kifayət qədər mütərəqqi fikirli insanların idarəetmə proseslərində iştirakına imkan verilməsi sayəsində ölkənin beynəlxalq arenadakı iştirakı artır, xarici şirkətlər üçün etibarlı və sabit tərəfdaş kimi imici formalaşır, irimiqyaslı beynəlxalq siyasi və idman tədbirlərini yüksək səviyyədə təşkil edir və keçirir. Əlbəttə ki, Azərbaycanın demokratiya nöqteyi-nəzərdən inkişafının vacibliyi məsələsinin də hələ öz həllini tapmadığı tam aydındır.

Beləliklə, Bakı və Ankara arasındakı qarşılıqlı fəaliyyətin əsas istiqamətinin hələ də neft və qaz ixracatı, habelə müvafiq infrastruktur layihələri olduğu aydın olur. Digər sahələrdə isə iki ölkə arasında ümumi məsələlərin sayı kifayət qədər azalıb. Ərdoğanın militarist siyasətini nəzərə alaraq, Azərbaycan üçün Türkiyə ilə beynəlxalq miqyasda sıx qarşılıqlı fəaliyyət və ya hər hansı bir strateji ittifaqa daxil olmaq sərfəli deyil. Bunun nüfuzdan düşmə ilə nəticələnəcəyi qaçılmazdır. Ortaq sosial-mədəni layihələrin inkişafı da böyük sual altındadır, çünki milli əlamətlərinə görə yaxın dövlətlər arasında lider mövqeyinə sahib olmaq arzusunda olan Türkiyə hələ də pantürkist ambisiyalarından vaz keçməyib. Bundan başqa, Ankaranın əhatəsindəki ölkələrə iqtisadi ekspansiyası, heç də humanitar məqsədlər güdməyən ictimai təşkilatların fəaliyyətini təmin etməsi hamıya məlumdur. Təbii ki, bu cür “bonuslar” Azərbaycana qətiyyən lazım deyil. Hazırda sadəcə enerji sahəsindəki əməkdaşlıq hər iki tərəf üçün sərfəlidir, “strateji tərəfdaşlıq” əlaqələrindən isə artıq danışmağa dəyməz.

Müəllif: Ruslan Mamedov, Rusiya Dovlət Sosial Universiteti.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

10 İyul 2020, 18:01 (GMT +4)
Respublikaya daxil olan bütün sürücülər test edilir - TƏBİB

10 İyul 2020, 17:55 (GMT +4)
Yaqut Qarayeva: Bəlli bir sabitləşməyə nail ola bilmişik

10 İyul 2020, 17:54 (GMT +4)
ABŞ Yaponiyaya 105 ədəd "F-35" təyyarəsinin satışını təsdiqləyib

10 İyul 2020, 17:47 (GMT +4)
Hikmət Hacıyev: Yoluxanlarla sağalanlar arasında cüzi fərq nisbəti var

10 İyul 2020, 17:46 (GMT +4)
İran XİN Nətənz nüvə obyektindəki insidentin arxasında xarici amilin olması ehtimalını şərh edib

10 İyul 2020, 17:45 (GMT +4)
Sobyanin Moskvada koronavirusun ikinci dalğası ehtimalını dəyərləndirib

10 İyul 2020, 17:33 (GMT +4)
Türkiyə Dövlət Şurası "Ayasofya"nın statusu ilə bağlı qərarını elan edib

10 İyul 2020, 17:25 (GMT +4)
DGK sədri İspaniyanın müvəqqəti olaraq Qərb altqrupunda təmsil olunmasını təklif edib

10 İyul 2020, 17:11 (GMT +4)
Ərdoğanın nümayəndəsi Ayasofyanın statusu ilə bağlı açıqlama verib

10 İyul 2020, 17:09 (GMT +4)
Azərbaycanda daha 526 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

10 İyul 2020, 16:56 (GMT +4)
Azərbaycanda 190 manatın verilməsi başa çatdırılıb

10 İyul 2020, 16:51 (GMT +4)
Səudiyyə Ərəbistanında son sutkada koronavirusdan 51 nəfər ölüb

10 İyul 2020, 16:40 (GMT +4)
ABŞ-da son sutkada COVID-19-a yoluxmuşların sayı rekord həddə çatıb

10 İyul 2020, 16:32 (GMT +4)
DİM vaxtında qeydiyyatdan keçməyən rezident namizədlərə müraciət edib

10 İyul 2020, 16:17 (GMT +4)
Energetika Nazirliyi: I yarımildə elektrik enerjisi ilə bağlı 2 700-dən çox müraciət olub

10 İyul 2020, 16:15 (GMT +4)
Braziliyada son sutkada COVID-19-a yoluxanların sayı 42 mindən çox artıb

10 İyul 2020, 16:01 (GMT +4)
Şamaxıda yeni stadion inşa olunur

10 İyul 2020, 15:47 (GMT +4)
Emanuel Makron İsraili Fələstin ərazilərini özünə ilhaq etməməyə çağırıb

10 İyul 2020, 15:44 (GMT +4)
Kreml Safronovun cinayət işinin qapalı olmasına münasibət bildirib

10 İyul 2020, 15:40 (GMT +4)
Nazirlik onlayn müsahibələrin keçirilmə tarixi açıqlayıb

10 İyul 2020, 15:24 (GMT +4)
AZAL sərnişinlərə müraciət edib

10 İyul 2020, 15:07 (GMT +4)
Lavrov nüvə təhlükəsinin artıdığını bəyan edib

10 İyul 2020, 14:44 (GMT +4)
Baş Prokurorluq əsgər ölümü ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

10 İyul 2020, 14:39 (GMT +4)
İranda son sutkada koronavirusdan 142 nəfərin ölümü qeydə alınıb

10 İyul 2020, 14:34 (GMT +4)
Trampın fikrincə Baydenin "beyni yuyulub"

10 İyul 2020, 14:30 (GMT +4)
DYP: 1 440 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

10 İyul 2020, 14:14 (GMT +4)
ABŞ generalı: Rusiyanın Talibanla əlbir olması barədə məlumatlar təsdiqlənsə müvafiq tədbirlər görüləcək 

10 İyul 2020, 14:05 (GMT +4)
AERA bu il 431 texniki yoxlama aparıb

10 İyul 2020, 13:43 (GMT +4)
Çin Qazaxıstanda "ölümcül sətəlcəmin" yayıldığı iddia edir

10 İyul 2020, 13:30 (GMT +4)
Vüsal Qasımlı: Dövlət 1,5 mlrd. manatlıq kredit portfelinə subsidiya və zəmanət verəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66