Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Bu gün Xalq şairi Səməd Vurğunun anım günüdür

27 May 2020, 11:56 (GMT +4)

Bakı, 27 may, SalamNews. Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq, alim, ictimai xadim Səməd Vurğunun bu gün anım günüdür. Onu Azərbaycan xalqına sevdirən şeirlərindəki sadəlik, səmimilik, xalq dilinə yaxınlıq, lakin bütün bunlarla yanaşı, dərin mənalılıqdır. Şairin ədəbiyyatımızın qızıl fondunda yer almış əsərləri bu gün də poeziyamızın qiymətli inciləri sırasındadır. Səməd Vurğun cəmi 50 il yaşamasına baxmayaraq, onun ədəbi irsi özündən sonrakı Azərbaycan poeziyasına böyük təsir göstərib.

SalamNews xatırladır ki, Səməd Yusif oğlu Vəkilov 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olub. Atası gözəl saz ifaçısı kimi tanınıb. Uşaqlıq illərini doğma kəndində keçirən Səməd ibtidai təhsilini rus-tatar məktəbində alıb. Onun 6 yaşı olarkən anası Məhbub xanım vəfat edib. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyüb. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi idi. Şairin ana nənəsi Aişə xanım Molla Pənah Vaqifin nəslindən idi.

1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qazaxda Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini təşkil edib. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov qardaşları da var idi. Mehdixan Vəkilov Səmədin böyük və yeganə qardaşı olub. Qardaşı Hacıməmməd və bacısı Nabat isə uşaq yaşlarında vəfat edib. Səməd Vurğun 1924-cü ildə seminariyanı bitirdikdən sonra Qazax, Quba və Gəncə məktəblərində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edib.

Səməd Vurğun gəncliyində hər şeylə maraqlanan, həssas, bununla yanaşı, çox qətiyyətli, möhkəm iradəli, hazırcavab olub. Hələ təhsil illərində Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, Puşkin və Lermontovun, türk şairlərindən Tofiq Fikrət, Namiq Kamal, Mehmed Eminin əsərləri ilə də tanış olub. 1930-cu illərdə o, Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Şairin ilk çap əsəri olan “Cavanlara xitab” şeiri 1924-cü ildə Tiflisdə çıxan “Yeni fikir” qəzetində dərc olunub. 1930-cu illərdə şairin “Könül dəftəri” və “Şeirlər” kitabları çapdan çıxıb. 1934-cü ildə yazdığı “Azərbaycan” şeiri ədəbiyyatımızın incilərindən hesab olunur. 1937-ci ildə “Vaqif”, sonrakı illərdə “Xanlar”, “Fərhad və Şirin”, “İnsan” dramlarını, “Zəncinin arzuları”, “Muğan”, “Aygün” və “Zamanın bayraqdarı” poemalarını qələmə alıb.

1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilib. 1956-cı ilin martında “Azərbaycanın Xalq şairi” fəxri adı təsis edilib və ilk dəfə bu ada Səməd Vurğun layiq görülüb.

Şair 1956-cı il mayın 27-də dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bu gün Xalq şairi Səməd Vurğunun anadan olmasından 114 il ötür

Səməd Vurğun küçəsində 3 metr enində sürüşmə qeydə alınıb

Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışı olub

UNEC-in əcnəbi tələbələri Səməd Vurğunun ev-muzeyində olublar

Səməd Vurğunun ev-muzeyində "Mənim 60-cılar nəslim" adlı tədbir keçirilib

Ankarada Səməd Vurğunun yubileyi münasibətilə foto və kitab sərgisi keçirilib

Səməd Vurğuna həsr edilmiş biblioqrafiya təqdim olunub

Səməd Vurğunun ev-muzeyində “Seçilənlər” kitabının təqdimatı keçirilib

ADU-da Səməd Vurğunun fransız dilində şeirlər kitabının təqdimatı olub

Səməd Vurğun və Vaqif Səmədoğlunun xatirəsi anılıb

ADGTT-nın direktoru və baş redaktoru “Səməd Vurğun mükafatı”na layiq görülüblər

15 İyul 2020, 11:30 (GMT +4)
Qobustanda yağan leysan yağışlar bir sıra fəsadlar törədib

15 İyul 2020, 11:12 (GMT +4)
Ərdoğan və Tramp Liviyada sabitliyi təmin etmək üçün əməkdaşlıq barədə razılığa gəliblər

15 İyul 2020, 11:08 (GMT +4)
Nazirlik: Daha 44 müəllim müddətsiz işləmək imkanı qazanıb

15 İyul 2020, 10:55 (GMT +4)
Azərbaycanda indiyədək 6778 sahibkarlıq subyektində nöqsanlar aşkar edilib

15 İyul 2020, 10:42 (GMT +4)
Ərdoğan Aya Sofiyanın statusunun dəyişdirilməsini “səhvin düzəldilməsi” adlandırıb

15 İyul 2020, 10:39 (GMT +4)
Qasim Süleymaninin xələfi ABŞ aviadaşıyıcısındakı yanğına münasibət bildirib

15 İyul 2020, 10:37 (GMT +4)
ƏƏSMN: Daha 51 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək

15 İyul 2020, 10:26 (GMT +4)
AFFA-nın texniki direktoru ilə müqavilə uzadılmayıb

15 İyul 2020, 10:13 (GMT +4)
İndoneziyada 54 jurnalist eyni vaxtda koronavirusa yoluxub

15 İyul 2020, 10:11 (GMT +4)
Polkovnik İlqar Mirzəyev dəfn olunub - FOTOLENT

15 İyul 2020, 09:58 (GMT +4)
İraqın yeni baş naziri Səudiyyə Ərəbistanına rəsmi səfərə gedir

15 İyul 2020, 09:47 (GMT +4)
MN: Düşmənin digər atəş nöqtəsi də yerlə yeksan edilib - VİDEO

15 İyul 2020, 09:39 (GMT +4)
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb

15 İyul 2020, 09:26 (GMT +4)
Şəhid general-mayor Polad Həşimov dəfn olunub (YENİLƏNİB, FOTOLENT)

15 İyul 2020, 09:23 (GMT +4)
Ərdoğan: Bu hücum Ermənistanın boyunu aşır

15 İyul 2020, 09:19 (GMT +4)
İsraildə hökumət əleyhinə izdihamlı etiraz aksiyaları keçirilib (VİDEO)

15 İyul 2020, 09:12 (GMT +4)
Nazirlik: İlin sonuna 102 məktəb binası istifadəyə veriləcək

15 İyul 2020, 09:00 (GMT +4)
DİM: İmtahan heyəti üzvlərindən koronavirusa yoluxan olmayıb

15 İyul 2020, 08:50 (GMT +4)
MN: Düşmənin növbəti hərbi obyekti darmadağın edilib - VİDEO

14 İyul 2020, 19:43 (GMT +4)
Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib - VİDEO

14 İyul 2020, 18:07 (GMT +4)
Moldova Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

14 İyul 2020, 18:00 (GMT +4)
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

14 İyul 2020, 17:55 (GMT +4)
Lukaşenko seçkiqabağı çıxışlardan imtina edib

14 İyul 2020, 17:54 (GMT +4)
Təbriz universitetinin professoru Azərbaycan xalqına başsağlığı verib

14 İyul 2020, 17:52 (GMT +4)
Azərbaycan dili imtahanlarının nəticələri elan olunub

14 İyul 2020, 17:40 (GMT +4)
Dövlət Xidməti: Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır

14 İyul 2020, 17:28 (GMT +4)
İran Ayasofiyanın məscid elan edilməsinə münasibət bildirib

14 İyul 2020, 17:17 (GMT +4)
Kliniki Tibbi Mərkəzin direktoru işdən çıxarılıb

14 İyul 2020, 17:16 (GMT +4)
Saakaşvili Ukrayna və Gürcüstanla bağlı "böyük planları" olduğunu açıqlayıb

14 İyul 2020, 17:10 (GMT +4)
XİN: Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66