Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Deputat: Yeni salınan şəhərciklər məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeridir

29 May 2020, 22:05 (GMT +4)

Bakı, 29 may, SalamNews. Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə göstərilən diqqət nümunəvi xarakter daşıyır. “Qobu Park-3” yaşayış kompleksinin açılışında Prezident İlham Əliyevin dediyi bu sözlər ölkəmizdə hər bir vətəndaşa fərdi qaydada göstərilən qayğının bariz nümunəsidir.

Bu fikirləri SalamNews-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova bildirib. O əlavə edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə salınmış yeni şəhərciklərdə 3700 məcburi köçkün ailəsi yerləşdiriləcək. Məcburi köçkünlər üçün salınmış “Qobu 3” yaşayış kompleksində işlər ən yüksək səviyyədə görülüb. Kompleksdə 960 şagirdlik məktəb fəaliyyət göstərəcək və böyük uşaq bağçası artıq tikilib, istifadəyə hazırdır. Şəhərciklərdəki binaların kommunikasiyaları, təchizatı ən yüksək səviyyədə təşkil edilib, tibb məntəqəsi, ticarət obyektləri, yeni iş yerləri yaradılıb. Bu qəsəbələrin yaradılması onu göstərir ki, əgər iradə varsa, siyasət düzgün aparılırsa, istənilən təşəbbüs, gözəl ideya həyata keçər.

Milli Məclisin deputatı qeyd edib ki, kompleksin açılışının Respublika Gününə təsadüf etməsi rəmzi xarakter daşıyır, yalnız müstəqillik dövründə Azərbaycan öz potensialını böyük dərəcədə inkişaf etdirə bilib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların da dəfələrlə təsdiqlədiyi kimi, Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət nümunəvi xarakter daşıyır. Hər bir məcburi köçkün uzun illər ərzində dövlət tərəfindən aylıq müavinətlə təmin edilir və son illər ərzində onlara verilən müavinətin həcmi 50 faiz artıb. Məcburi köçkünlərin sığındığı çadır şəhərciklərinin ləğv olunması böyük bir uğurdur, indiyədək 100-dən çox qəsəbə-şəhərcik salınıb, 300 mindən çox məcburi köçkün mənzillərlə, fərdi evlərlə təmin olunub. J.Əhmədova vurğulayıb ki, dünyada iqtisadi və maliyyə böhranı hökm sürdüyü, neftin qiymətinin bir neçə dəfə kəskin düşdüyü şəraitdə məcburi köçkünlərlə bağlı heç bir layihədə yubanma və ixtisar olmadı. 2019-cu ildə məcburi köçkünlər üçün 5 minə yaxın ev-mənzil tikildi, bu il isə bütün çətinliklərə baxmayaraq, 7-8 min mənzilin məcburi köçkünlərə təhvil verilməsi nəzərdə tutulur.

“Lakin unutmayaq ki, yeni salınan şəhərciklər məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra orada gözəl binalar, şəhərciklər tikiləcək, ermənilər tərəfindən dağılmış şəhərlərimiz yenidən qurulacaqdır. Cocuq Mərcanlı kəndinin timsalında biz görürük ki, işğaldan azad olunacaq digər torpaqlarda hansı işlər görüləcək. Həmçinin işğaldan azad olunan Şıxarx qəsəbəsində böyük şəhərcik salınıb. Bütün bunlar dövlətin öz vətəndaşlarının hər zaman yanında olduğuna işarə edir”, - deyə Jalə Əhmədova bildirib.

Qeyd edib ki, Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və birdəfəlik, tam həll olunmalıdır. Əminliklə deyə bilərəm ki, Azərbaycan ordusu istənilən vəzifəni icra etmək qüdrətindədir. Ermənistan tərəfinin hər dəfə danışıqları pozmaq və öz xalqını yalanlarla aldatmaq ritorikasına baxmayaraq, bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Deputatların koronavirus testinin nəticələri sabah açıqlanacaq

Deputat: Avropanın qarşısında duran bir sıra vəzifələr yeni bir yanaşma tələb edir

Deputat Musa Qasımlı gənclərlə görüşəcək

İranda iki deputat həbsə məhkum edilib

Deputat: Azərbaycan mövcud vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərini həll etməkdədir

Deputat: Xəstələrlə ünsiyyətdə olan insanlar üçün sığorta mexanizmi tətbiq olunmalıdır

İran Parlamentinin 190 deputatı koronavirusa görə analiz verib

Sabiq deputat Prezidentin təşəbbüsünə qoşulub

Deputat: Böyük şirkətlər dövlətlə bərabər məsuliyyəti bölüşməlidir

65 yaşdan yuxarı şəxslərlə bağlı məhdudiyyətlər deputatlara şamil edilməyəcək

İlham Əliyev: Deputatlar Prezidentin deyə bilmədiyi sözü deməlidir 

Fransa parlamentinin dörd deputatı koronavirusa yoluxub

İranda tanınmış partiya sədri və deputat koronavirusdan həyatını itirib

Fransada deputat koronavirusa yoluxub

İranda bir tanınmış diplomat və bir deputat koronavirusdan vəfat ediblər

İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb

MSK deputatlığa namizədin vəkilinin ölməsinə münasibət bildirib

Baş Prokurorluq Neftçalada deputatlığa namizədin vəkilinin ölümü ilə bağlı məlumat yayıb

Kimlər deputat seçildi? - EXİT POLL-un nəticələri

Parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparacaq

04 İyul 2020, 17:05 (GMT +4)
AQTA: Daha 78 obyektdə qanun pozuntuları aşkarlanıb

04 İyul 2020, 17:00 (GMT +4)
Lənkəran sakinindən 11 kq-dan çox narkotik vasitə götürülüb

04 İyul 2020, 16:47 (GMT +4)
Tacikistanda 5 bal gücündə zəlzələ baş verib

04 İyul 2020, 16:33 (GMT +4)
İsrail qüvvələri fələstinlilərin aksiyasına müdaxilə edib, 23 nəfər xəsarət alıb

04 İyul 2020, 16:27 (GMT +4)
Əflatun Amaşov: KİV-lərin ümumrespublika konfransı keçiriləcək

04 İyul 2020, 16:19 (GMT +4)
NYT: ABŞ kəşfiyyatı Rusiyanın Talibanla əlaqələrinə dair dəlil olmadığını iddia edir

04 İyul 2020, 16:08 (GMT +4)
“İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə bir sıra yeniliklər tətbiq edilib

04 İyul 2020, 15:50 (GMT +4)
AMEA-nın şöbə müdiri vəfat edib

04 İyul 2020, 15:47 (GMT +4)
"Mançester Siti" Messinin yeni klubu ola bilər

04 İyul 2020, 15:29 (GMT +4)
İranda koronavirusa yoluxanlardan 198 mini sağalıb

04 İyul 2020, 15:29 (GMT +4)
Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb

04 İyul 2020, 15:18 (GMT +4)
Ermənistanda son sutkada 580 nəfər COVID-19-a yoluxub, 8 nəfər ölüb

04 İyul 2020, 15:07 (GMT +4)
Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib

04 İyul 2020, 14:51 (GMT +4)
Türkiyə Kaşıqçının işi üzrə şəffaflığı təmin edib

04 İyul 2020, 14:34 (GMT +4)
Əlcəzair Fransaya qarşı mübarizə aparmış şəhid cənazələrini Paris muzeyindən ölkəyə gətirib (FOTO)

04 İyul 2020, 14:34 (GMT +4)
Qanunsuz yollarla Bakıdan Qəbələyə gələn şəxslər cəzalandırılıblar

04 İyul 2020, 14:30 (GMT +4)
Sahibkarlara hüquqi xidmətlərin göstərilməsi müzakirə edilib

04 İyul 2020, 14:20 (GMT +4)
Yenilənmiş Rusiya Konstitusiyasının mətni dərc edilib

04 İyul 2020, 14:06 (GMT +4)
Bakıda alternativ qaz xətləri yaradılır

04 İyul 2020, 13:49 (GMT +4)
Bostonda baş verən atışma ilə bağlı iki nəfər saxlanılıb

04 İyul 2020, 13:46 (GMT +4)
İranda dolların qiyməti rekord həddə bahalaşıb

04 İyul 2020, 13:40 (GMT +4)
Şamaxıda ictimai iaşə və ərzaq satışı müəssisələrində reydlər keçirilir (FOTO)

04 İyul 2020, 13:20 (GMT +4)
KİV: Hindistanın şimal-şərqində sel nəticəsində təxminən 60 nəfər ölüb

04 İyul 2020, 13:13 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 İyul 2020, 13:00 (GMT +4)
Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır 

04 İyul 2020, 12:50 (GMT +4)
ABŞ, Taliban və hökumət Əfqanıstandaxili sülh danışıqlarının zamanını təyin edə bilməyiblər

04 İyul 2020, 12:44 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 6 632 nəfər artıb

04 İyul 2020, 12:41 (GMT +4)
DYP: 2 491 hərəkət iştirakçısı karantin qaydalarını pozub

04 İyul 2020, 12:25 (GMT +4)
Forbes: İlon Maskın sərvəti bir həftədə $5 milyard artıb

04 İyul 2020, 12:15 (GMT +4)
İran Nətənz nüvə obyektindəki hadisənin səbəbilə bağlı açıqlamanı təxirə salıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66