Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev: "Düşünürəm ki, biz bu vəziyyətin öhdəsindən gələ biləcəyik"

02 İyun 2020, 09:30 (GMT +4)

Bakı, 2 iyun, SalamNews. "Əlbəttə ki, pandemiya dövründə göstərdiyimiz bütün səylər insanları necə xilas etmək, onların sağlamlığını, həyatlarını necə qorumaq məqsədi daşıyıb. Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik. Ümumdünya Səhiyyə Təşkilatının bəyanatlarına əsasən Azərbaycan pandemiya ilə mübarizədə nümunə hesab olunur".

SalamNews xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının təşəbbüsü ilə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfransda deyib.

Dövlət başçısı bildirib: "Biz, həmçinin böyük həcmdə vəsait ayırmışıq. İqtisadiyyatın pandemiyadan zərər çəkən sektorlarını dəstəkləmək, eləcə də işsizliyi, işini itirmiş insanları, aztəminatlı insanları və hətta qeyri-formal məşğulluğa cəlb olunmuş insanları dəstəkləmək üçün 2 milyard avrodan çox vəsait ayırmışıq.

Biz qeyri-formal məşğulluqla mübarizə aparırıq və ciddi tədbirlər görmüşük. Təkcə bu il işçilərlə şirkətlər arasında 100 mindən çox müqavilə imzalanıb. Lakin bununla belə, biz bu insanların bu problemdən əziyyət çəkdiyini başa düşürük. Bu səbəbdən də 4 ay ərzində iqtisadi artımımız çox az olmuşdur, bununla belə, 0,2 faiz təşkil etmişdir. Mən bilirəm ki, hazırda bir çox ölkələr, əfsuslar olsun, resessiyadadır. Beş ayın nəticələri hələ ki, bizə məlum deyil, ola bilsin, 1 həftə ərzində məlum olacaq. Lakin düşünürəm ki, biz bu vəziyyətin öhdəsindən gələ biləcəyik. Sizin doğru olaraq qeyd etdiyiniz kimi, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim üçün əlbəttə ki, çağırışdır. Lakin biz addımlarımızı, büdcəmizi yeni reallıqlara uyğunlaşdırmağa nail olmuşuq və reallıqlar necə olsa, biz bunu nəzərə almalıyıq. Biz sosial layihələrin heç birini ixtisara salmamışıq, onların hamısı büdcəmizdə qalır. Lakin o layihələr ki, bir neçə il gözləyə bilər, onlar, əlbəttə, ola bilsin bir qədər təxirə salınsın. Düşünürəm ki, ümumilikdə, Azərbaycan yaxşı nəticələr nümayiş etdirən ölkələr arasında olacaq.

Mən bilirəm ki, çox ölkələr, eşitdiyimə görə, 150-dən çox ölkə maliyyə dəstəyi üçün artıq beynəlxalq maliyyə institutlarına müraciət edib. Azərbaycan onların arasında deyil. Bilirsiniz ki, biz üzərimizə düşən işi layiqincə yerinə yetiririk və bizim xərclərimiz daim mənfəətimizdən aşağı olub. Mən deyərdim ki, ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimiz olub".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev “8-ci km” yarımstansiyasının açılışında iştirak edib (FOTOLAR)

Prezident İlham Əliyevlə BMT-nin Baş katibi arasında telefon danışığı olub

Prezident İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib

Prezident İlham Əliyev: Əlavə xəstəxanalara ehtiyac olacaq

Prezident İlham Əliyev Nursultan Nazarbayevə telefonla zəng edib

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib

Prezident İlham Əliyev modul tipli hospitalın açılışında iştirak edib

Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

Prezident İlham Əliyev səhifəsində Polis Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev nazirliklə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev və ÜTT-nin Baş katibi arasında videokonfrans keçirilib

Prezident İlham Əliyev Türkmənistan Prezidentinə zəng edib

Prezident İlham Əliyev iki dənizçini təltif edib 

Prezident İlham Əliyev İçərişəhərdə aparılan bərpa-konservasiya işləri ilə tanış olub

Prezident İlham Əliyev Səhiyyə Nazirliyinə 2 milyon manat ayırıb

Prezident İlham Əliyev: Sosial sahədə heç bir ixtisar olmayacaq

Prezident İlham Əliyev: Qapalı şəraitdə hər kəs maska taxmalıdır

10 İyul 2020, 18:01 (GMT +4)
Respublikaya daxil olan bütün sürücülər test edilir - TƏBİB

10 İyul 2020, 17:55 (GMT +4)
Yaqut Qarayeva: Bəlli bir sabitləşməyə nail ola bilmişik

10 İyul 2020, 17:54 (GMT +4)
ABŞ Yaponiyaya 105 ədəd "F-35" təyyarəsinin satışını təsdiqləyib

10 İyul 2020, 17:47 (GMT +4)
Hikmət Hacıyev: Yoluxanlarla sağalanlar arasında cüzi fərq nisbəti var

10 İyul 2020, 17:46 (GMT +4)
İran XİN Nətənz nüvə obyektindəki insidentin arxasında xarici amilin olması ehtimalını şərh edib

10 İyul 2020, 17:45 (GMT +4)
Sobyanin Moskvada koronavirusun ikinci dalğası ehtimalını dəyərləndirib

10 İyul 2020, 17:33 (GMT +4)
Türkiyə Dövlət Şurası "Ayasofya"nın statusu ilə bağlı qərarını elan edib

10 İyul 2020, 17:25 (GMT +4)
DGK sədri İspaniyanın müvəqqəti olaraq Qərb altqrupunda təmsil olunmasını təklif edib

10 İyul 2020, 17:11 (GMT +4)
Ərdoğanın nümayəndəsi Ayasofyanın statusu ilə bağlı açıqlama verib

10 İyul 2020, 17:09 (GMT +4)
Azərbaycanda daha 526 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

10 İyul 2020, 16:56 (GMT +4)
Azərbaycanda 190 manatın verilməsi başa çatdırılıb

10 İyul 2020, 16:51 (GMT +4)
Səudiyyə Ərəbistanında son sutkada koronavirusdan 51 nəfər ölüb

10 İyul 2020, 16:40 (GMT +4)
ABŞ-da son sutkada COVID-19-a yoluxmuşların sayı rekord həddə çatıb

10 İyul 2020, 16:32 (GMT +4)
DİM vaxtında qeydiyyatdan keçməyən rezident namizədlərə müraciət edib

10 İyul 2020, 16:17 (GMT +4)
Energetika Nazirliyi: I yarımildə elektrik enerjisi ilə bağlı 2 700-dən çox müraciət olub

10 İyul 2020, 16:15 (GMT +4)
Braziliyada son sutkada COVID-19-a yoluxanların sayı 42 mindən çox artıb

10 İyul 2020, 16:01 (GMT +4)
Şamaxıda yeni stadion inşa olunur

10 İyul 2020, 15:47 (GMT +4)
Emanuel Makron İsraili Fələstin ərazilərini özünə ilhaq etməməyə çağırıb

10 İyul 2020, 15:44 (GMT +4)
Kreml Safronovun cinayət işinin qapalı olmasına münasibət bildirib

10 İyul 2020, 15:40 (GMT +4)
Nazirlik onlayn müsahibələrin keçirilmə tarixi açıqlayıb

10 İyul 2020, 15:24 (GMT +4)
AZAL sərnişinlərə müraciət edib

10 İyul 2020, 15:07 (GMT +4)
Lavrov nüvə təhlükəsinin artıdığını bəyan edib

10 İyul 2020, 14:44 (GMT +4)
Baş Prokurorluq əsgər ölümü ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

10 İyul 2020, 14:39 (GMT +4)
İranda son sutkada koronavirusdan 142 nəfərin ölümü qeydə alınıb

10 İyul 2020, 14:34 (GMT +4)
Trampın fikrincə Baydenin "beyni yuyulub"

10 İyul 2020, 14:30 (GMT +4)
DYP: 1 440 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

10 İyul 2020, 14:14 (GMT +4)
ABŞ generalı: Rusiyanın Talibanla əlbir olması barədə məlumatlar təsdiqlənsə müvafiq tədbirlər görüləcək 

10 İyul 2020, 14:05 (GMT +4)
AERA bu il 431 texniki yoxlama aparıb

10 İyul 2020, 13:43 (GMT +4)
Çin Qazaxıstanda "ölümcül sətəlcəmin" yayıldığı iddia edir

10 İyul 2020, 13:30 (GMT +4)
Vüsal Qasımlı: Dövlət 1,5 mlrd. manatlıq kredit portfelinə subsidiya və zəmanət verəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66