Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatından 31 il keçir

03 İyun 2020, 07:32 (GMT +4)

Bakı, 3 iyun, SalamNews, B.Samid. İran İslam İnqilabının banisi Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının 31-ci  ildönümüdür. İldönümü ilə əlaqədar İranda və sair müsəlman ölkələrində bir sıra tədbirlər və mərasimlər keçirilir.

SalamNews xəbər verir ki, iyun ayının 3-ü İran İslam İnqilabının banisi Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının ildönümü günüdür. Ayətullah Xomeyni 1902-ci ildə dünyaya gəlib və 1989-cu ildə vəfat edib.

İnqilabı ilə dünyada misilsiz siyasi zəlzələ yaradan bu arif və fəqih ömrünün 15 ilini iraq, Türkiyə və Fransada sürgündə keçirib.

İran başda olmaqla bir sıra müsəlman ölkələrində İslam İnqilabının banisi Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının ildönümü ilə əlaqədar mərasimlər keçirilməkdədir.

Ayətullah Xomeyni İraqda sürgündə olduğu müddət ərzində çoxlu şagird yetişdirməkdən əlavə, şahlıq rejiminin mahiyyətini və Amerikanın İrandakı istismarçı siyasətini ifşa edib, intensiv çağırışlar edərək, İslam İnqilabının zəfər çalmasına şərait yaradıb.

Nəhayət, mübarizənin yüksəlişi və Ayətullah Xomeyninin Fransaya hicrət etməsi, sonradan isə İrana qayıdışı İslam İnqilabının 1979-da zəfər çalması ilə nəticələndi. 

Həmin zaman dünyada iki qüdrət şərqin kommunizmi və qərbin kapitalizmi ölkələri ələ aldığı zamanda üçüncü bir qüdrətin meydana çıxması hamını heyrətləndirmişdi. Çünki o zaman yalnız bu iki qütbdən birinin siyasi tərkibində olmaqla baş qaldırmaq mümkün idi. Bütün siyasi proseslərin və diaqnozların əksinə olaraq “Nə şərqi nə qərbi yalnız islam cümhuriyyəti” devizi altında bir iqtidar meydana gəldi. Bu inqilab dünyada imperializm və sosializmin inkişaf etdiyi bir vaxtda sözügedən qütblərə meydan oxuyan bir cərəyan formalaşdırdı.

İnqilabın ərsəyə gətirdiyi yeni ictimai və siyasi model dini mənbələrdən qaynaqlandığından böyük əksəriyyətin təəccübünə səbəb oldu. Çünki İslam dünyasında həmin vaxtadək heç bir dini xadim “müctəhidin və din aliminin hakimiyyəti” kimi model yaratmamış, buna cürət belə etməmişdi.

Bu inqilab İran daxilində 2500 illik şahlıq rejimini devirmək və ölkədə dini demokratiya modelini bərqərar etməyə çalışmaqla yanaşı, xaricdə də hegemonluğa qarşı yeni və barışmaz cəbhə yarada bildi.

Ayətullah Xomeyni böyük siyasətçi olmaqla yanaşı həm də məşhur fəqih və arif idi. Onun vəfatı və dəfn mərasimi Ginnesin Rekordlar Kitabına düşdü. Buna səbəb dəfn mərasimində o vaxt fantastik sayda insanın iştirak etməsi idi. O zaman Ayətullah Xomeyninin Tehran şəhərindəki dəfn mərasimində ölkə əhalisnin 6/1-i qədər yəni 10 milyon 200 min insan iştirak etmişdi.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

«İran İslam inqilabı rəhbərinin Qarabağ və Qüds münaqişələrinin ədalətli həllinə dair baxışları» adlı məqalə dərc edilib

Təbriz, Urmiya və Ərdəbildə İslam İnqilabının ildönümü ilə bağlı mitinqlər keçirilib (FOTO)

İranda İslam inqilabının ildönümü ilə bağlı izdihamlı nümayişlər keçirilir (VİDEO)

İran İslam İnqilabının 41-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

Bu gün İran İslam İnqilabının 41-ci ildönümüdür

Ayətullah Xamenei İslam İnqilabının 41-ci ildönümü ərəfəsində İranın ictimaiyyət nümayəndələrilə görüşüb

Ayətullah Xomeyninin vəfatının ildönümü ilə bağlı İranda tədbirlərə start verilib

İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatından 30 il keçir

ABŞ İran İslam İnqilabının Keşikçilər Ordusunu rəsmən terror siyahısına salıb

ABŞ İran İslam İnqilabının Keşikçilər Ordusunu terror siyahısına salacaq - KİV

Bakıda İran İslam İnqilabının 40-cı ildönümü qeyd edilib (FOTO)

İranda islam inqilabının 40 illiyi münasibətilə kütləvi nümayişlər keçirilib (FOTO)

Bu gün İran İslam İnqilabının 40-cı ildönümüdür

İranda islam inqilabının ildönümünə görə 50 min məhbusun əfvi təsdiqlənib

İranda islam inqilabının ildönümü münasibətilə 50 min məhbus əfv ediləcək

İranda İslam İnqilabının ildönümü qeyd olunub

İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı sanksiyalar tətbiq edib

Bu gün İran İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatı günüdür

Naxçıvanda İran İslam İnqilabının 38-ci ildönümü qeyd olunub

04 İyul 2020, 17:05 (GMT +4)
AQTA: Daha 78 obyektdə qanun pozuntuları aşkarlanıb

04 İyul 2020, 17:00 (GMT +4)
Lənkəran sakinindən 11 kq-dan çox narkotik vasitə götürülüb

04 İyul 2020, 16:47 (GMT +4)
Tacikistanda 5 bal gücündə zəlzələ baş verib

04 İyul 2020, 16:33 (GMT +4)
İsrail qüvvələri fələstinlilərin aksiyasına müdaxilə edib, 23 nəfər xəsarət alıb

04 İyul 2020, 16:27 (GMT +4)
Əflatun Amaşov: KİV-lərin ümumrespublika konfransı keçiriləcək

04 İyul 2020, 16:19 (GMT +4)
NYT: ABŞ kəşfiyyatı Rusiyanın Talibanla əlaqələrinə dair dəlil olmadığını iddia edir

04 İyul 2020, 16:08 (GMT +4)
“İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə bir sıra yeniliklər tətbiq edilib

04 İyul 2020, 15:50 (GMT +4)
AMEA-nın şöbə müdiri vəfat edib

04 İyul 2020, 15:47 (GMT +4)
"Mançester Siti" Messinin yeni klubu ola bilər

04 İyul 2020, 15:29 (GMT +4)
İranda koronavirusa yoluxanlardan 198 mini sağalıb

04 İyul 2020, 15:29 (GMT +4)
Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb

04 İyul 2020, 15:18 (GMT +4)
Ermənistanda son sutkada 580 nəfər COVID-19-a yoluxub, 8 nəfər ölüb

04 İyul 2020, 15:07 (GMT +4)
Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib

04 İyul 2020, 14:51 (GMT +4)
Türkiyə Kaşıqçının işi üzrə şəffaflığı təmin edib

04 İyul 2020, 14:34 (GMT +4)
Əlcəzair Fransaya qarşı mübarizə aparmış şəhid cənazələrini Paris muzeyindən ölkəyə gətirib (FOTO)

04 İyul 2020, 14:34 (GMT +4)
Qanunsuz yollarla Bakıdan Qəbələyə gələn şəxslər cəzalandırılıblar

04 İyul 2020, 14:30 (GMT +4)
Sahibkarlara hüquqi xidmətlərin göstərilməsi müzakirə edilib

04 İyul 2020, 14:20 (GMT +4)
Yenilənmiş Rusiya Konstitusiyasının mətni dərc edilib

04 İyul 2020, 14:06 (GMT +4)
Bakıda alternativ qaz xətləri yaradılır

04 İyul 2020, 13:49 (GMT +4)
Bostonda baş verən atışma ilə bağlı iki nəfər saxlanılıb

04 İyul 2020, 13:46 (GMT +4)
İranda dolların qiyməti rekord həddə bahalaşıb

04 İyul 2020, 13:40 (GMT +4)
Şamaxıda ictimai iaşə və ərzaq satışı müəssisələrində reydlər keçirilir (FOTO)

04 İyul 2020, 13:20 (GMT +4)
KİV: Hindistanın şimal-şərqində sel nəticəsində təxminən 60 nəfər ölüb

04 İyul 2020, 13:13 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 İyul 2020, 13:00 (GMT +4)
Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır 

04 İyul 2020, 12:50 (GMT +4)
ABŞ, Taliban və hökumət Əfqanıstandaxili sülh danışıqlarının zamanını təyin edə bilməyiblər

04 İyul 2020, 12:44 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 6 632 nəfər artıb

04 İyul 2020, 12:41 (GMT +4)
DYP: 2 491 hərəkət iştirakçısı karantin qaydalarını pozub

04 İyul 2020, 12:25 (GMT +4)
Forbes: İlon Maskın sərvəti bir həftədə $5 milyard artıb

04 İyul 2020, 12:15 (GMT +4)
İran Nətənz nüvə obyektindəki hadisənin səbəbilə bağlı açıqlamanı təxirə salıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66