Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Gömrük Hospitalının həkimi canlı yayımda çıxış edəcək

03 İyun 2020, 11:13 (GMT +4)

Bakı, 3 iyun, SalamNews. Mərkəzi Gömrük Hospitalının nəzdində fəaliyyət göstərən Qadın Sağlamlıq Mərkəzinin uzman həkim-ginekoloqu Serdar Çelik 12 iyun 2020-ci il tarixində saat 15.00-da "Sonsuzluğun müasir müalicə metodları" mövzusunda canlı yayımda çıxış edəcək və sizin suallarınızı cavablandıracaq.

Hospitaldan SalamNews-a verilən məlumata görə, Dr. Serdar Çelikin canlı yayımı Mərkəzi Gömrük Hospitalının (https://www.facebook.com/customshospital/) rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq. Sualları canlı yayım vaxtı və yaxud öncədən facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.

Qeyd edək ki, Dr. Sərdar Çelik Hospitalın Qadın Sağlamlıq Mərkəzində inseminasiya və süni mayalanma, sonsuzluğun konservativ və cərrahi müalicəsini, normal, patoloji və riskli, hamiləlik təqibini, normal fizioloji və cərrahi doğuşları, laparoskopik ginekoloji əməliyyatları və ginekoloji xəstəliklərin müalicəsini həyata keçirir.

Dr.Sərdar Çelik 2004-cü ildə Türkiyədə İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsini bitirmiş, 2005-2010-cu illərdə Türkiyə Səhiyyə Nazirliyinin İstanbul Təhsil və Araşdırma Xəstəxanasında qadın xəstəlikləri və doğum fakültəsində uzmanlıq təhsili almışdır. O, 2011-2012-ci illərdə Türkiyə Cümhurriyyətinin İstanbul şəhərində Siirt Baykan Xəstəxanasında, 2012-2014-cü illərdə İstanbul şəhərində VKV Amerika Xəstəxanasında, 2014-2015-ci illərdə İstanbul şəhərində Bahçeci Süni Mayalanma Mərkəzində həkim-ginekoloq kimi işləmişdir.

Dr. Sərdar Çelik 2016-cı ildən Mərkəzi Gömrük Hospitalının Qadın Sağlamlıq Mərkəzində həkim-ginekoloq kimi çalışır. O, Türkiyə Reproduktiv Sağlamlıq və sonsuzluq dərnəyinin, Amerika Reproduktiv Tibb Cəmiyyətinin və Avropa Reproduktivlik və Embriologiya Cəmiyyətinin üzvüdür.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

25 İyul 2021, 14:00 (GMT +4)
"Qalatasaray" rumıniyalı futbolçu transfer edib

25 İyul 2021, 12:51 (GMT +4)
"Mançester Yunayted" baş məşqçisi ilə yeni müqavilə imzalayıb

25 İyul 2021, 10:22 (GMT +4)
Tokio-2020: Daha 4 idmançımız mübarizəyə başlayır

25 İyul 2021, 10:00 (GMT +4)
Tokio-2020: Cavid Çələbiyev inamlı qələbə qazanıb

25 İyul 2021, 09:42 (GMT +4)
Tokio-2020: Cüdoçumuz Orxan Səfərov 1/16 finalı adlaya bilməyib

25 İyul 2021, 09:09 (GMT +4)
Məhəmməd Abdullayev: İnanıram ki, Olimpiadadan medalsız qayıtmayacağıq

25 İyul 2021, 08:54 (GMT +4)
Tokio-2020: Çin liderliyi ələ alıb

25 İyul 2021, 01:30 (GMT +4)
Polşa çempionatı: Mahir Əmrəlinin oynadığı "Legiya" qələbə qazanıb

25 İyul 2021, 00:12 (GMT +4)
Əlcəzairli idmançı israilli cüdoçu ilə qarşılaşmamaq üçün Tokio-2020-dən imtina edib

24 İyul 2021, 18:01 (GMT +4)
Tokio-2020: Gimnastımız final mərhələsindən kənarda qalıb

24 İyul 2021, 17:40 (GMT +4)
Su polosu üzrə qadınlardan ibarət ABŞ yığması yeni olimpiya rekorduna imza atıb

24 İyul 2021, 17:15 (GMT +4)
Daha iki idmançımız Yay Olimpiya Oyunları ilə vidalaşıb

24 İyul 2021, 17:02 (GMT +4)
Şənlik mərasimlərində karantin şərtlərinə əməl olunması vəziyyəti araşdırılıb

24 İyul 2021, 17:00 (GMT +4)
Olimpiadada fırtınaya görə bəzi yarışlar təxirə salınıb

24 İyul 2021, 16:50 (GMT +4)
Türkiyədə COVID-19-a yoluxmaların artması fonuda ciddi tədbirlərin tətbiqinə çağırış edilib 

24 İyul 2021, 16:50 (GMT +4)
Tacikistan 100 min əfqanıstanlı qaçqına sığınacaq verə biləcəyini bəyan edib

24 İyul 2021, 16:35 (GMT +4)
Tokio -2020: Boksçularımız Lorenso Sotomayorla Tayfur Əliyev mübarizəni dayandırıb

24 İyul 2021, 16:34 (GMT +4)
Bulvarda özünü dənizə atan gənc qızın meyiti çıxarılıb

24 İyul 2021, 16:31 (GMT +4)
Filippinlərdə 13,2 min insan təxliyyə edilib

24 İyul 2021, 16:20 (GMT +4)
Azercell Milli Olimpiya Komandasına uğurlar arzulayır

24 İyul 2021, 16:10 (GMT +4)
AQTA 6 müəssisədə nöqsanlar aşkarlayıb

24 İyul 2021, 15:57 (GMT +4)
Hindistanda daşqınlar zamanı ölənlərin sayı 110-a yüksəlib

24 İyul 2021, 15:53 (GMT +4)
Ağcabədidə restoran sahibi barəsində cinayət işi başlanılıb

24 İyul 2021, 15:43 (GMT +4)
İranın cənub-şərqində silahlıların hücumu nəticəsində dörd hərbçi həyatını itirib

24 İyul 2021, 15:32 (GMT +4)
Ötən gün toylarda xüsusi karantin qaydalarını pozan 83 nəfər cərimələnib

24 İyul 2021, 15:20 (GMT +4)
Çin ABŞ-ın 7 fikizi şəxs və təşkilatına qarşı sanksiya tətbiq edib

24 İyul 2021, 15:05 (GMT +4)
Bərdədə ev sahibinə 4000 manatlıq ziyan vuran oğru tutulub

24 İyul 2021, 14:55 (GMT +4)
İraqın şimalında ABŞ bazasına PUA ilə hücum edilib

24 İyul 2021, 14:45 (GMT +4)
Rusiyada son sutkada 23.947 koronavirusa yoluxma aşkar edilib

24 İyul 2021, 14:36 (GMT +4)
Serbiya xarici işlər naziri Azərbaycana səfərə gələcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66