Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda xüsusi karantin rejimi bu gündən sərtləşdirilib

06 İyun 2020, 10:17 (GMT +4)

Bakı, 6 iyun, SalamNews. Nazirlər Kabineti yanında Operativ Qərargahın “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarı bu gündən qüvvəyə minib.

SalamNews-un məlumatına görə, qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq edilir:

Aşağıda qeyd edilənlər istisna olmaqla, bütün iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandırılır:

- siyahısı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;

- xəstəxanalar və təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;

- sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;

- kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);

- elektrik enerjisinin istehsalı və təchizatı;

- meliorasiya və su təsərrüfatı;

- rabitə xidmətləri;

- teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;

- dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;

- boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

- fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);

- neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

- fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətləri.

Bu Qərarda nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib və onların həmin yerləri tərk etməsinə aşağıdakı müstəsna hallarda icazə verilir:

- həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım xidməti vasitəsilə);

- yaxın qohumların dəfnində iştirakla əlaqədar.

Xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım və fəaliyyətinə icazə verilmiş orqanlara (qurumlara) və təşkilatlara məxsus xidməti avtomobillər istisna olmaqla, bütün digər avtomobillərin və ictimai nəqliyyatın hərəkəti qadağan edilib.

Bu qərara əsasən, icazə verilən iş və xidmət sahələrində fəaliyyətin həyata keçirilməsi üçün yalnız zəruri və məhdud sayda işçilərin işə cəlb edilməsi təmin ediləcək.

Yaxın qohumların dəfnində iştirakla əlaqədar yaşayış yerini və ya olduğu yeri tərk etmək üçün hər bir şəxs Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım xidməti vasitəsilə) və yaxın qohumların dəfnində iştirakla əlaqədar tələblərə riayət olunmasına nəzarət Daxili İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək. Bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər qanunla nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarların hərəkəti dayandırılır

ADY: Sərt karantin rejimi günlərində Bakı-Sumqayıt-Bakı elektrik qatarları işləməyəcək

Prokurorluq Sumqayıtdakı insidentlə bağlı məlumat yayıb

Sumqayıtda müasir işıqlandırma sistemlərinin quraşdırılmasına 6 milyon manat ayrılıb

DYP Sumqayıtda 5 nəfərin ölümü ilə bağlı məlumat yayıb

Bakı, Sumqayıt və Abşeronda quraşdırılmış xüsusi polis postları götürülüb

Prezident İlham Əliyev Sumqayıtda tibbi maska fabrikinin açılışında iştirak edib

Prezident İlham Əliyev Sumqayıta çəkilən magistral qaz kəmərinin açılışında iştirak edib

Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə yardım ediblər

Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətində ləngimə olub

Sumqayıtda ağacları köçürüb yerində mobil səyyar hospital quraşdırılır

Nazirlik: Bakı-Sumqayıt yolundan köçürülən ağacların inkişafına nəzarət olunur

Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub

Sumqayıtda mənzildən meyit tapılıb

Polis Bakı, Sumqayıt və Abşerona aparan ara yollarda postlar qurub

Sumqayıt sakinindən nömrəsi silinmiş tapança götürülüb

Bakı, Sumqayıt və Abşerona giriş məhdudlaşdırılıb

Bakı, Sumqayıt və Abşerona sərnişin daşımaları qadağan olunur

Bakı-Sumqayıt qatarının 10 minlik naqilləri oğurlanıb

Sumqayıtda ilk dəfə Eland Education təşkilatçılığı ilə "IELTS Masterclass with foreign IELTS expert” tədbiri keçirilib (FOTO/VİDEO)

09 İyul 2020, 13:36 (GMT +4)
Qusarda evlərdən oğurluq edən usta tutulub

09 İyul 2020, 13:25 (GMT +4)
ABŞ Jurnalistləri Müdafiə Komitəsi Safronovun dərhal azadlığa buraxılmasını tələb edir

09 İyul 2020, 13:00 (GMT +4)
ATU: Koronavirusa yoluxmuş şöbə müdiri EKMO cihazına qoşulub

09 İyul 2020, 12:48 (GMT +4)
Moskvada aprelin 5-dən indiyə qədər ən az koronavirusa yoluxma sayı qeydə alınıb

09 İyul 2020, 12:46 (GMT +4)
İsrail qüvvələri işğal edilən ərazilərdə 14 fələstinlini həbs ediblər

09 İyul 2020, 12:30 (GMT +4)
Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır

09 İyul 2020, 12:15 (GMT +4)
BMT TŞ Rusiyanın Suriya ilə bağlı qətnaməsini dəstəkləməyib

09 İyul 2020, 12:11 (GMT +4)
Professor Elton Məmmədov qızıl medalla təltif edilib

09 İyul 2020, 12:03 (GMT +4)
AZAL Berlinə xüsusi reyslər həyata keçirəcək

09 İyul 2020, 12:02 (GMT +4)
İranın paytaxtında 4,500 həkim və tibb işçisi koronavirusa yoluxub

09 İyul 2020, 11:50 (GMT +4)
Tramp ABŞ və Meksika arasındakı münasibətlərin "əla" olduğunu açıqlayıb 

09 İyul 2020, 11:34 (GMT +4)
DİN: Karantin qaydalarını pozan daha bir kafe aşkarlanıb

09 İyul 2020, 11:20 (GMT +4)
Prezident İlham Əliyev “8-ci km” yarımstansiyasının açılışında iştirak edib (FOTOLAR)

09 İyul 2020, 11:16 (GMT +4)
Rusiya «Cəbhətan-Nusra»nın yeni «kimyəvi hücum planı»ndan xəbər verib

09 İyul 2020, 11:14 (GMT +4)
Trüdo: Kanada koronavirusa qarşı ABŞ-dan daha effektiv mübarizə aparır

09 İyul 2020, 10:58 (GMT +4)
ABŞ Süleymaninin öldürülməsi ilə bağlı BMT ekspertinin məruzəsini qeyri-obyetktiv hesab edib

09 İyul 2020, 10:55 (GMT +4)
Bu ilin I yarısında Energetika Nazirliyi tərəfindən 119 icazə verilib

09 İyul 2020, 10:40 (GMT +4)
Müdafiə nazirinin müavini vəzifəsindən azad edilib

09 İyul 2020, 10:30 (GMT +4)
ABŞ dövlət katibi İranın nüvə obyektindəki insidentə münasibət bildirməkdən imtina edib

09 İyul 2020, 10:27 (GMT +4)
Pompeo COVID-19-la mübarizədə ABŞ-ı "dünya lideri" adlandırıb

09 İyul 2020, 10:16 (GMT +4)
Xudatda qadın intihara cəhd edib

09 İyul 2020, 10:05 (GMT +4)
AZAL Dubaydan çarter reysi yerinə yetirib

09 İyul 2020, 09:52 (GMT +4)
Rusiyada sahibkarların qətlini sifariş edən Xabarovsk diyarının qubernatoru saxlanılıb - VİDEO

09 İyul 2020, 09:34 (GMT +4)
Səudiyyə Ərəbistanı son gündə Yəmənin iki əyalətinə 38 hava zərbəsi endirib

09 İyul 2020, 09:30 (GMT +4)
Ağsuda yas mərasimi keçirən 18 nəfər cərimələnib 

09 İyul 2020, 09:17 (GMT +4)
Dünyada koronavirus xəstələrinin sayı 12 milyonu keçib

09 İyul 2020, 09:08 (GMT +4)
Venesuela ölkə səmasına daxil olan bir ABŞ təyyarəsini vurub (FOTO)

09 İyul 2020, 09:01 (GMT +4)
Energetika Nazirliyinin Çağrı Mərkəzinə 1 112 müraciət daxil olub

08 İyul 2020, 20:35 (GMT +4)
Sona Tağıyeva «ASAN Xidmət»də yeni vəzifəyə təyin edilib  

08 İyul 2020, 18:00 (GMT +4)
Bakcell daha bir təşəbbüsə qoşulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66