Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dövlət Xidməti çağırışçılara müraciət edib

16 İyun 2020, 18:00 (GMT +4)

Bakı, 16 iyun, SalamNews. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib.

SalamNews  xəbər verir ki, müraciətdə deyilir:

“Əziz çağırışçılar!

Ümumbəşəri problem olan koronavirus infeksiyasına (COVID-19) ölkəmizin ərazisində yoluxma hallarını məhdudlaşdırmaq, yayılmasının qarşısını almaq və rəvac verəcəyi təhlükənin təsirlərindən qorunmaq üçün dövlət və hökumət strukturları tərəfindən ilk günlərdən təxirəsalınmaz və qətiyyətli tədbirlər görülməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əhalinin sağlamlığının qorunması və sosial rifahının təmin olunmasına yönələn kompleks tədbirlər əzmlə davam etdirilməkdədir. Atılmış bütün addımların əsas məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır. Bu istiqamətdə ölkəmizdə görülən tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı və ekspertlər tərəfindən yüksək qiymətləndirilir.

Bildiyiniz kimi infeksiyanın yayılma dinamikasına görə respublikanın bir sıra iri şəhər və rayonlarında xüsusi karantin rejimi cari ilin iyul ayının birinə kimi uzadılmışdır. Sizin sağlamlığınızla bağlı mümkün risklərin aradan qaldırılması məqsədilə bütün ölkə üzrə sistemli iş aparılmaqdadır. Belə ki, iyul ayında müddətli həqiqi hərbi xidmətə yola düşəcək çağırışçıların öyrənilməsi ilə bağlı prosedurlara, rayon hərbi həkim komissiyaları tərəfindən tibbi şəhadətləndirilmələrinə mövcud reallığa uyğun olaraq xüsusi həssaslıqla yanaşılır.

Hörmətli çağırışçılar, istər xüsusi karantin rejiminin qüvvədə olduğu şəhər və rayonlarda, istərsə də respublikamızın digər inzibati ərazi vahidlərində yaşamağınızdan asılı olmayaraq əhalimizin böyük əksəriyyəti kimi həmrəy olub görülmüş işləri yüksək qiymətləndirərək Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə məsuliyyətli yanaşmaqla, sanitar-epidemioloji və gigiyenik qaydalara riayət etməklə, özünütəcrid və sosial məsafəni qorumaqla Siz əsl vətənpərvərlik nümunəsi göstərməli, vətəndaş mövqeyi nümayiş etdirməlisiniz. Bununla da yaşadığımız çətin günlərdə hər biriniz sabahın əsgəri kimi hərbi xidmətin təməl prinsiplərinə əməl etməklə, ən başlıcası nizam-intizamlı olmaqla müstəqil dövlətimizin möhkəmliyinə, milli birliyə, özünüzün və yaxınlarınızın sağlamlığının qorunmasına böyük töhfə vermiş olarsınız.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün çağırışçıları bir daha qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı Azərbaycan hökumətinin qəbul etdiyi qərarların, təlimatların tələblərinə əməl etməyə çağırır.

Hörmətli çağırışçı, “Özünü qoru ki, Vətəni qoruya biləsən!”.

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz xidmət yerləri barədə Sizə əlavə məlumat veriləcəkdir. Hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən çağırıldığınız halda təyin edilmiş vaxtda aidiyyəti üzrə gəlməyiniz zəruridir”


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dövlət Xidməti çağırışçılarla bağlı məlumat yayıb

Dövlət Xidməti hərbi vəzifəlilərə zənglər edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Dövlət Xidməti: Çörəyin pərakəndə satış qiymətində heç bir artım yoxdur

Dövlət Xidməti qarlı hava şəraiti ilə əlaqədar işəgötürənlərə müraciət edib

Dövlət Xidməti qaz sayğaclarının dəyişdirilməsinə münasibət bildirib

Prezident Dövlət Xidmətinə yeni rəis təyin edib

Bugun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 9-cu ildönümüdür (FOTO)

Dövlət Xidmətinin rəis müavini Qobustan Milli Tarix-Bədii Qoruğuna səfər edib

Dövlət Xidməti məişət texnikası və mobil telefon istehsalçıları və satıcılarını qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb

Dövlət Xidməti Aİ-92 benzini ilə bağlı sahibkarlara müraciət edib

Dövlət Xidməti qoruyucu maska seçimi ilə bağlı əhaliyə müraciət edib

Dövlət Xidməti çağırışçılara müraciət edib

İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dərman satıcılarına müraciət edib

Əmlak Məsələləri Dövlət Xidməti ABŞ şirkəti ilə əməkdaşlığa başlayır

Dövlət Xidmətinin 10 illiyi ilə bağlı yubiley medalı təsis edilir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti gənc çağırışçılarla bağlı açıqlama yayıb

Dövlət Xidmətinə 3,866 milyon manat ayrılıb

Ceyhun Əsgərov Dövlət Xidmətinin mətbuat katibi təyin olunub

Dövlət Xidməti orduda könüllü xidmət etmək istəyən vətəndaşlara müraciət edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşlara müraciət edib

15 Aprel 2021, 15:28 (GMT +4)
DİM: Hərarəti yüksək olan 2 şagird imtahana buraxılmayıb

15 Aprel 2021, 15:14 (GMT +4)
Sosial təminat növləri üzrə ödənişlər 6,6% artıb

15 Aprel 2021, 15:10 (GMT +4)
ABŞ dövlət katibi Antonio Blinken ilk dəfə olaraq Əfqanıstana səfər edib

15 Aprel 2021, 15:04 (GMT +4)
"Türk Hava Yolları" Rusiyaya uçuşları 1 iyuna qədər dayandırıb

15 Aprel 2021, 14:54 (GMT +4)
Salyan və Sabirabadda KOB dostları fəaliyyətə başlayıb (FOTO)

15 Aprel 2021, 14:40 (GMT +4)
Rusiyada son sutkada 8 944 koronavirusa yoluxma aşkar edilib

15 Aprel 2021, 14:38 (GMT +4)
Gürcüstanda qəza törədib Azərbaycanda gizlənən şəxs təhvil verilib

15 Aprel 2021, 14:27 (GMT +4)
Hacıqabulda koronavirus xəstəsi saxlanılıb

15 Aprel 2021, 14:15 (GMT +4)
Azərbaycanda bələdiyyə sədri 3 min manat cərimələnib (VİDEO)

15 Aprel 2021, 14:03 (GMT +4)
İsrailin sabiq baş naziri İranı soyuqqanlı olmağa çağırıb

15 Aprel 2021, 13:54 (GMT +4)
Gömrükçülər yük maşınında kosmetik preparatlar aşkar edib

15 Aprel 2021, 13:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

15 Aprel 2021, 13:36 (GMT +4)
Putin və Lukaşenko telefon danışığında Qarabağdakı vəziyyəti müzakirə edib

15 Aprel 2021, 13:25 (GMT +4)
İctimai yerlərdə 17 koronavirus xəstəsi saxlanılıb

15 Aprel 2021, 13:14 (GMT +4)
Çavuşoğlu: Türkiyə "Montrö" razılaşmasının şərtlərinə ciddi şəkildə əməl edir

15 Aprel 2021, 13:00 (GMT +4)
AAYDA: “Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirilib (FOTO)

15 Aprel 2021, 12:53 (GMT +4)
"NYT" ABŞ-ın yeni sanksiyalarının Rusiyanın suveren borcuna təsir edəcəyini yazıb

15 Aprel 2021, 12:45 (GMT +4)
MN: Orduda gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir (VİDEO)

15 Aprel 2021, 12:15 (GMT +4)
Azərbaycanda 19 şəhər və rayonda reydlər keçirilib, sürücü və piyadalar cərimələnib

15 Aprel 2021, 12:00 (GMT +4)
Müdafiə Nazirliyi ordunun ərzaq təminatı ilə bağlı məlumat yayıb (VİDEO)

15 Aprel 2021, 11:58 (GMT +4)
İranın daxili işlər naziri və iki müavini koronavirusa yoluxublar

15 Aprel 2021, 11:44 (GMT +4)
Rusiyada yanğın zamanı dörd uşaq həyatını itirib

15 Aprel 2021, 11:30 (GMT +4)
Fərid Şəfiyev Paşinyanın “Dağlıq Qarabağı qaytarmaq” iddialarına münasibət bildirib

15 Aprel 2021, 11:26 (GMT +4)
ABŞ-dan sonra NATO da Əfqanıstandan çıxacağı vaxtı açıqlayıb

15 Aprel 2021, 11:15 (GMT +4)
“Azəriqaz” payız-qış mövsümünə hazırlıq işlərinə start verib

15 Aprel 2021, 11:15 (GMT +4)
Bayden Putini önümüzdəki həftələrdə görüşməyə dəvət edib

15 Aprel 2021, 11:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

15 Aprel 2021, 10:52 (GMT +4)
Ayətullah Xamenei nüvə sazişi danışıqlarının uzanması ilə bağlı xəbərdarlıq edib

15 Aprel 2021, 10:46 (GMT +4)
Ərdoğan: İstanbul Kanalı Türkiyənin müstəqilliyi və suverenliyini möhkəmləndirəcək

15 Aprel 2021, 10:45 (GMT +4)
ƏƏSMN: Aprel ayının pensiyaları tam ödənilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66