Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Caspian European Club Vüsal Hüseynovun iştirakı ilə online B2G forum keçirib

17 İyun 2020, 18:25 (GMT +4)

Bakı, 17 iyun, SalamNews. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun iştirakı ilə təşkil olunmuş ikisaatlıq online B2G forum çərçivəsində sahibkarların COVİD-19 pandemiyası dövründə qarşılaşdıqları məsələlər müzakirə olunub.

Bu barədə SalamNews-a Caspian European Club və Caspian Energy qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Caspian European Clubun üzvləri ilə keçirilən görüşlərin əhəmiyyətini diqqətə çatdırıb və ölkəmizdə “Dövlət-Özəl sektor” arasında dialoqun inkişafına öz müsbət töhfəsini verdiyini bildirib.
Qeyd edib ki, dünyanı bürüyən COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində dövlətlər tərəfindən beynəlxalq sərhədkeçmələrə tətbiq olunan məhdudiyyətlər mənşə ölkəsindən kənarda olan çox sayda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin çətinliklərlə üzləşməsinə gətirib çıxarıb. Xidmət rəisi bildirib ki, bu dövr ərzində əməkçi miqrantların həyat və sağlamlıqlarının qorunması əsas prioritet təşkil etməklə, onların olduqları təyinat ölkələrində qanuni yaşaması üçün imkanlar genişləndirilməlidir. Pandemiyaya qarşı mübarizədə özəl sektor, hökumətlər və digər maraqlı tərəflərin bu prosesdə miqrantların daha çətin vəziyyətə düşməsinin qarşısını almaq üçün birgə fəaliyyəti mühüm həmiyyətə malikdir.

Vüsal Hüseynov Azərbaycan Respublikası tərəfindən pandemiya ilə əlaqədar ölkədə qalan əcnəbilərin qanuni yaşamalarının sadələşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Bildirib ki, COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini rəhbər tutaraq Dövlət Miqrasiya Xidməti mütəmadi olaraq müraciətlərlə bağlı vəziyyəti təhlil etmiş və fəaliyyətini mövcud vəziyyətə uyğun təkmilləşdirilməsi, müvafiq prosedurların sadələşdirilməsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, o cümlədən işəgötürənlərin rahatlığının təmin edilməsi istiqamətində bir sıra işlər görüb. Xidmət rəisi həyata keçirilən müvafiq məlumatların miqrantlara çatdırılmasında ticarət və biznes assosiasiyalarının rolunun vacib olduğunu qeyd edib.
Caspian European Club-un sədri və Baş İcraçı Direktoru Telman Əliyev DMX-nin pandemiya dövründə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərdiyi xidmətləri diqqəti qeyd edərək klub üzvləri adından miqrasiya xidmətləri ilə bağlı fikirlərini bildirib. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Caspian European Club-un birgə işçi qrupunun ən fəal və səmərəli olduğunu da qeyd edib.

Sonda Caspian European Clubun üzvlərinin sualları cavablandırılıb və səmimi fikir mübadiləsi aparılıb. .

Dövlət və özəl sektor arasında dialoqun fəallaşması üçün vacib alət olan Online B2G forum Caspian European Club tərəfindən Azərbaycan, Gürcüstan və Qazaxıstanda hər həftə keçirilir.
Telman Əliyevin sözlərinə görə, sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqları stimullaşdırmaqdan və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian European Club mütəmadi olaraq CEO Brunch, CEO Lunch, Business Tour və s. kimi müxtəlif tədbirlər təşkil edir. Online biznes treninqlər çərçivəsində yerli və xarici mütəxəssislər üçün vebinar, treninq və seminarlar keçirilir. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, eyni zamanda ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Caspian European Club” rebrendinq keçirir

Caspian European Club Anar Cəbrayıllının iştirakı ilə Online Round Table keçirib

Caspian European Club Zakir Fərəcovun iştirakı ilə B2G Online forumu keçirib

Caspian European Club Cavad Qasımovun iştirakı ilə Online Round Table keçirib

Caspian European Club növbəti onlayn B2G forum keçirib

Caspian European Clubun yeni strukturunun təqdimatı keçirilib

Caspian European Club Elmir Vəlizadənin iştirakı ilə B2B Transport forum təşkil edib

Caspian European Club onlayn B2B FMCG forum təşkil edib

"Caspian European Club"un üzvü olan şirkətlərin nümayəndələri ilə görüş keçirilib

Caspian European Club iki tematik Onlayn B2B Forum təşkil edib

KOBİA və Caspian European Club ilk onlayn B2G forum təşkil edib

Caspian European Club-un ilk ümumi onlayn iclası keçirilib

“Caspian European Club” “Online business training”in təşkilinə başlayıb

Caspian European Club müvəqqəti onlayn rejimdə fəaliyyət göstərəcək

Caspian European Club B2B Forum təşkil edib

DGK və Caspian European Club-un birgə işçi qrupunun növbəti iclası keçirilib

“Caspian European Club” Gürcüstan-Azərbaycan biznes forumunda iştirak edib

Telman Əliyev Caspian European Club-un yeni sədri seçilib

Caspian European Club biznes-tur təşkil edib

Caspian European Club biznes-tur təşkil edib

04 Avqust 2020, 12:53 (GMT +4)
Fəttah Heydərov I Fəxri xiyabanda dəfn olunub

04 Avqust 2020, 12:48 (GMT +4)
AzTU beynəlxalq layihənin regional koordinatoru olub

04 Avqust 2020, 12:35 (GMT +4)
Yəməndə sel daşqınları bir neçə əyalətdə qarşıdurmaların səngiməsinə səbəb olub (FOTO)

04 Avqust 2020, 12:35 (GMT +4)
FHN: Samur-Abşeron kanalından meyit çıxarılıb

04 Avqust 2020, 12:18 (GMT +4)
Belarusdakı seçkilərdə erkən səsvermə başlayır

04 Avqust 2020, 12:07 (GMT +4)
Bakıda gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir 

04 Avqust 2020, 11:50 (GMT +4)
Tramp tezliklə Əfqanıstandakı qüvvələrinin sayını 4 minə endirəcəyini bildirib

04 Avqust 2020, 11:39 (GMT +4)
ABŞ-da helikopter batıb, itkin düşənlər var

04 Avqust 2020, 11:23 (GMT +4)
BNA sərnişindaşıma şirkətlərinə xəbərdarlıq edib

04 Avqust 2020, 11:13 (GMT +4)
Mayk Pompeo Talibanın lideri ilə danışıqlar aparıb

04 Avqust 2020, 11:10 (GMT +4)
Cənubi Koreyada leysan yağışları 12 nəfərin ölümünə səbəb olub

04 Avqust 2020, 10:59 (GMT +4)
Azərbaycanda tanınmış ruhani uzun sürən xəstəlikdən sonra vəfat edib

04 Avqust 2020, 10:54 (GMT +4)
Polşa baş naziri ölkəsinin Rusiyanı niyə xoşlamadığına aydınlıq gətirib

04 Avqust 2020, 10:43 (GMT +4)
DMX-nin sabiq rəisi Firudin Nəbiyev dünyasını dəyişib

04 Avqust 2020, 10:20 (GMT +4)
KİV: İspaniyanın keçmiş kralı ölkəni tərk edib

04 Avqust 2020, 09:56 (GMT +4)
Milli Məclisin deputatı Fəttah Heydərov vəfat edib

04 Avqust 2020, 09:46 (GMT +4)
Liviyanın beynəlxalq Misrata hava limanında şiddətli yanğın baş verib

04 Avqust 2020, 09:45 (GMT +4)
Müdafiə Nazirliyi: Tovuz, Gədəbəydəki mövqelərimiz atəşə tutulub

04 Avqust 2020, 09:43 (GMT +4)
Türkiyədə təhlükəli terrorçu zərərsizləşdirilib

04 Avqust 2020, 09:43 (GMT +4)
Firuzə Sultan-zadə: Su ehtiyatı ilə bağlı problemləri məktəblilər arasında müzakirə mövzusuna çevirmişik

04 Avqust 2020, 09:15 (GMT +4)
Tramp bu il COVID-19 peyvəndinin əldə ediləcəyindən əmindir

04 Avqust 2020, 09:12 (GMT +4)
İsrail Suriyanın cənubunu hədəfə alıb, havadan müdafiə hərəkətə keçib

04 Avqust 2020, 09:03 (GMT +4)
Bakıda mənzilə girərək quldurluq törədən şəxslərdən biri saxlanılıb

03 Avqust 2020, 18:10 (GMT +4)
Yaqut Qarayeva: Yeni laboratoriyaalrın açılması və aparılan testlərin artırılıması gözlənilir

03 Avqust 2020, 17:55 (GMT +4)
Operativ Qərargah çimərliklərdən istifadə qaydasını açıqlayıb

03 Avqust 2020, 17:46 (GMT +4)
İmişlidəki göllərdən Baş Muğan kanalına su vurulmasına başlanılıb

03 Avqust 2020, 17:44 (GMT +4)
Livanın yeni xarici işlər nazirinin kimliyi müəyyənləşib

03 Avqust 2020, 17:41 (GMT +4)
İndoneziyada 22,5 mindən çox insan daşqınların yaratdığı fəsadlardan əziyyət çəkir

03 Avqust 2020, 17:40 (GMT +4)
Hikmət Hacıyev: Avqustun 5-dən etibarən müvafiq qrafik əsasında imtahanlar təşkil olunacaq

03 Avqust 2020, 17:23 (GMT +4)
KİV: Dünyanın ən zəngin ölkələri kütləvi şəkildə COVID-19 peyvəndi alır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66