Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb

18 İyun 2020, 17:47 (GMT +4)

Bakı, 18 iyun, SalamNews. Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

SalamNews xəbər verir ki, iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezidentlər Rauf Əliyev, Elşad Nəsirov, Vaqif Sadıqov, İcraiyyə Komitəsinin digər üzvləri – Kazbek Tuayev, İsgəndər Cavadov, Elmar Məmmədyarov, Mahir Məmmədov, Firudin Qurbanov, Zaur Axundov və Könül Mehtiyeva, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko iştirak ediblər.

COVID-19 qlobal pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınmış, iyunun 21-də bərpa olunması nəzərdə tutulan Azərbaycan Premyer Liqasının oyunlarının davam etdirilib-etdirilməməsi ilə bağlı məsələnin müzakirə olunduğu iclasda PFL-in prezidenti Ramin Musayev və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko çıxış ediblər. Ardınca İcraiyyə Komitəsinin bütün üzvləri qeyd olunan məsələ haqqında fikirlərini səsləndiriblər. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statisitikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il iyulun 1-dək uzadılması ilə bağlı klubların məşq keçməsi üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr və ən əsası, futbolçuların, məşqçilərin və Azərbaycan Premyer Liqasında oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası və ölkə kuboku uğrunda yarış dayandırılsın. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilsin (11 səs lehinə, 1 səs əleyhinə).
2020/2021-ci il mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrup yaradılsın.
COVID-19 qlobal pandemiyası ilə əlaqədar cari lisenziyalaşdırma mövsümündə klublara müvafiq maddi cərimələrin tətbiq olunmaması ilə bağlı AFFA rəhbərliyi tərəfindən irəli sürülən təklif qəbul olunsun.
2019/2020-ci il mövsümündə iştirak edən heç bir komanda Azərbaycan Premyer Liqasını tərk etməsin.
Qeyd: COVID-19 pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlara və tövsiyələrə riayət etməklə klublar məşqlərini davam etdirə bilər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AFFA türkiyəli futbolçular üçün TFF ilə danışıqlar aparır

AFFA erməni futbolçunun təxribatçı hərəkəti ilə bağlı müraciət edəcək

AFFA rəsmiləri UEFA-nın seminarında iştirak ediblər

AFFA prezidenti "Qarabağ"ı təbrik edib

FIFA AFFA-ya başsağlığı verib

AFFA yeni şirkətlə razılığa gəlib

AFFA klublara toplar təqdim edib

AFFA-nın texniki direktoru ilə müqavilə uzadılmayıb

UEFA AFFA-nın müraciətini müsbət cavablandırıb

AFFA I Divizion və Gənclər Liqası ilə bağlı qərarını açıqlayıb

AFFA hüquqi tənzimləmələr üzrə Təlimat hazırlayıb

AFFA gənc futbolçular üçün məşq proqramı hazırlayıb

AFFA e-Mili Liqaya start verir

2020-ci ildə futbol ictimaiyyətini yaxşı hadisələr gözləyir -AFFA prezidenti

AFFA-nın baş katibi Türkiyə millisinin baş məşqçisi ilə görüşüb

AFFA-nın baş katibi UEFA-nın İcraiyyə Komitəsinin iclasında iştirak edib

AFFA Türkan qəsəbəsində futbol meydançası istifadəyə verib

AFFA iki oyunçunu danışılmış oyunlara görə futboldan kənarlaşdırıb

AFFA “Düdelanj” – “Qarabağ” oyununda baş verən təxribatla bağlı bəyanat yayıb

AFFA UEFA-ya rəsmi qaydada müraciət edəcək

01 Dekabr 2020, 15:33 (GMT +4)
Dekabrın 2-dən hansı şəxslərin səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcəyi məlum olub

01 Dekabr 2020, 15:25 (GMT +4)
Azərbaycanda pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır

01 Dekabr 2020, 15:10 (GMT +4)
Prezident bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə bağlı sərəncam imzalayıb

01 Dekabr 2020, 15:00 (GMT +4)
İranda nüvə sazişinin öhdəliklərilə bağlı hökumətlə parlament arasında fikir ayrılığı yaranıb

01 Dekabr 2020, 14:57 (GMT +4)
Mehriban Əliyeva Laçının azad olunması münasibətilə xalqı təbrik edib

01 Dekabr 2020, 14:43 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

01 Dekabr 2020, 14:20 (GMT +4)
Mingəçevirdə karantin postunda COVID-19 xəstələri saxlanılıblar

01 Dekabr 2020, 14:08 (GMT +4)
Ombudsman Ermənistanın muzdluları barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

01 Dekabr 2020, 13:50 (GMT +4)
YUNESKO torpaqşünas alimin tədqiqatları ilə bağlı AMEA prezidentinə müraciət edib

01 Dekabr 2020, 13:38 (GMT +4)
İran Suriya-İraq sərhədində Sepah komandirlərindən birinin ölməsi xəbərini təkzib edib

01 Dekabr 2020, 13:33 (GMT +4)
Azərbaycanda "Zərərçəkmiş ailələrə humanitar yardım" aksiyası başa çatıb

01 Dekabr 2020, 13:24 (GMT +4)
Azərbaycan Prezidenti düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikalarını açıqlayıb

01 Dekabr 2020, 13:11 (GMT +4)
Astarada torpağa basdırılmış narkotik aşkarlanıb

01 Dekabr 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

01 Dekabr 2020, 12:50 (GMT +4)
Prezident İlham Əliyev üçtərəfli bəyanatın detallarını ilk dəfə şərh edib

01 Dekabr 2020, 12:45 (GMT +4)
Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin qurulması ilə bağlı saziş imzalanıb

01 Dekabr 2020, 12:30 (GMT +4)
Dövlət başçısı: Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib

01 Dekabr 2020, 12:24 (GMT +4)
ÜST dünyada COVID-19-a yoluxma hallarının sayında azalma qeydə alıb

01 Dekabr 2020, 12:15 (GMT +4)
Prezident Laçının işğaldan azad olunması münasibətilə xalqı təbrik edib

01 Dekabr 2020, 12:00 (GMT +4)
Prezident İlham Əliyevin xalqa müraciətinin tam mətni

01 Dekabr 2020, 11:52 (GMT +4)
Gürcüstanda son sutkada 3.759 yeni koronavirusa yoluxma aşkar edilib

01 Dekabr 2020, 11:45 (GMT +4)
Təhsil Nazirliyi: 13 mindən çox tələbənin təhsil haqqı ödənilib

01 Dekabr 2020, 11:30 (GMT +4)
Prezident İlham Əliyev xalqa müraciət edəcək

01 Dekabr 2020, 11:17 (GMT +4)
İran BMT TŞ-nın və BAEA-nin nüvə aliminin terroruna mövqe bildirməsini tələb edib

01 Dekabr 2020, 11:15 (GMT +4)
Xırdalan dairəsi yaxınlığında dəmir yolu körpüsünün tikintisi başa çatıb (FOTO)

01 Dekabr 2020, 11:10 (GMT +4)
Viskonsin qubernatoru Beydenin ştatdakı qələbəsini təsdiqləyib

01 Dekabr 2020, 11:00 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

01 Dekabr 2020, 10:45 (GMT +4)
Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb

01 Dekabr 2020, 10:40 (GMT +4)
Yəmən müharibəsi nəticəsində 233 min insan ölüb - BMT

01 Dekabr 2020, 10:30 (GMT +4)
Təhsil Nazirliyi Laçın rayonunun təhsil statistikasını açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66