Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Türkiyə Azərbaycanda ziyarətgahın bərpasına kömək edəcək

19 İyun 2020, 15:51 (GMT +4)

Bakı, 19 iyun, SalamNews. Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Şamaxıda Pir Ömər Sultan türbəsinin bərpası layihəsini dəstəkləyəcək.

SalamNews xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ziyarətgahda olub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ərazinin arxeoloji parka çevrilməsi planlaşdırılır.

TİKA, bütün qazıntı işləri başa çatdıqdan sonra ziyarətgahın bərpasını həyata keçirəcək.

Ərazidə tarixi muzey tikiləcək.

Son 25 ildə Türkiyə agentliyi Azərbaycanda 950-dən çox layihə həyata keçirib.

Qeyd edək ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası Şamaxı rayonunun Avaxıl kəndi ərazisindəki Ömər Sultan ziyarətgahında tədqiqatları başa çatdırıb. Professor Qafar Cəbiyevin rəhbərlik etdiyi tədqiqatlar nəticəsində Azərbaycan sufiliyinin önəmli qolu olan xəlvətilik məktəbinin banisi Pir Ömər Avaxıli Şirvaninin türbəsi aşkar edilərək öyrənilib.

Yonulmuş çay və qaya daşları ilə hörülən türbənin şimal divarlarının nisbətən yaxşı qalan hissəsinin hündürlüyü 2,1 metr, qalınlığı 0,9 metr təşkil edir. Türbənin cənub tərəfi boyunca şərq-qərb istiqamətində uzanan qəbir kamerasının eni 0,9 metr, uzunluğu isə 2,1 metrdir. Türbədə ziyarətçilərin oturub zikr etməsi üçün xüsusi kətil də hörülüb.

Arxeoloqlar türbə içərisi və ətrafından Pir Ömərə aid elmi cəhətdən çox mühüm əhəmiyyət kəsb edən artefaktlar aşkara çıxarıblar. Həmin tapıntılar içərisində bilavasitə Pir Ömərə aid qəbir və türbə kitabəsi xüsusilə maraqlıdır. Türbə kitabəsindən bəlli olur ki, Pir Ömər 1409-cu ilin iyul ayında vəfat edib. 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

13 Avqust 2020, 15:15 (GMT +4)
Yasamal rayonunda 7 km uzunluğunda küçə və yol yenidən qurulur

13 Avqust 2020, 15:01 (GMT +4)
Səngəçal terminalından “Şahdəniz” qazının ixracı 11% artıb

13 Avqust 2020, 14:51 (GMT +4)
Belarus DİN: Ölkədəki iğtişaşlar artıq kütləvi xarakter daşımır

13 Avqust 2020, 14:45 (GMT +4)
Tərtərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

13 Avqust 2020, 14:17 (GMT +4)
QHT-lərə Dövlət Dəstəyi Şurası və KOBİA qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)

13 Avqust 2020, 14:16 (GMT +4)
Bakı Metropoliteni işçi qəbulu elan edib

13 Avqust 2020, 14:16 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 907 mini keçib

13 Avqust 2020, 14:15 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 19 mini ötüb

13 Avqust 2020, 14:00 (GMT +4)
Təhsil naziri müəllim, şagird və valideynlərlə onlayn görüş keçirib

13 Avqust 2020, 13:54 (GMT +4)
Belarus DİN 700 nəfərin saxlanıldığnı açıqlayıb

13 Avqust 2020, 13:46 (GMT +4)
Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür

13 Avqust 2020, 13:28 (GMT +4)
Türkiyə təhlükəsizliyini qorumaq üçün müvafiq tədbirlər görməkdə qərarlıdır - XİN

13 Avqust 2020, 13:28 (GMT +4)
İraqda İŞİD-in sığınacaqlarına şiddətli hava zərbələri endirilib

13 Avqust 2020, 13:16 (GMT +4)
Azəriqaz: Sayğacların əvəzlənməsi dövlət yoxlama qaydalarının tələbidir

13 Avqust 2020, 13:00 (GMT +4)
Milli Televiziya və Radio Şurasının iclası keçirilib

13 Avqust 2020, 12:45 (GMT +4)
Bakıdan rayona gedən koronavirus xəstəsi postda saxlanılıb

13 Avqust 2020, 12:40 (GMT +4)
Pandemiya: Dünyada COVID-19-a yoluxma hallarının sayı 20,8 milyonu keçib

13 Avqust 2020, 12:32 (GMT +4)
Caspian Energy Club ilk Online Business Tour təşkil edib

13 Avqust 2020, 12:15 (GMT +4)
İran hökuməti ölkə vətəndaşlarına yüksək mənfəətlə neft satşı təklif edib

13 Avqust 2020, 12:15 (GMT +4)
DGK: 200 kiloqram heroinin ölkəyə keçirilməsinin qarşısı alınıb

13 Avqust 2020, 12:10 (GMT +4)
Reuters: Tramp Pentaqon rəhbərinin istefasını müzakirə edib

13 Avqust 2020, 12:02 (GMT +4)
Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda rənglənmə işləri aparılacaq

13 Avqust 2020, 11:43 (GMT +4)
İlham Əliyev Vladimir Putinlə Rusiyanın Ermənistana silah satması məsələsini müzakirə edib  

13 Avqust 2020, 11:40 (GMT +4)
Təhsil naziri İƏT-in Təhsil İnstitutunun Himayəçilər Şurasının iclasında iştirak edib

13 Avqust 2020, 11:33 (GMT +4)
HƏMAS lideri Türkiyəyə gedib

13 Avqust 2020, 11:16 (GMT +4)
Azərbaycan və Türkiyə Müdafiə nazirləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)

13 Avqust 2020, 11:03 (GMT +4)
İsrail Qəzzaya aviazərbələr endirib, raketlərdən biri məktəbə düşüb

13 Avqust 2020, 11:00 (GMT +4)
Təhsil naziri Rusiya səfiri ilə görüşüb (FOTO)

13 Avqust 2020, 10:50 (GMT +4)
Minskdə "Molotov kokteyli" hazırlayanalar saxlanılıb - VİDEO

13 Avqust 2020, 10:30 (GMT +4)
Ağsuda zəlzələ olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66